Müdafiə Nazirliyinin 3 hərbçisinə general-mayor rütbəsi verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Fərid Əlibaba oğlu Əliyevə
polkovnik Namiq Süleyman oğlu Bayramova
polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.