Paşinyanın indi öyündüyü rəqəmə Azərbaycan xeyli əvvəl çatıb....
Söhbət orta pensiya məbləği ilə yaşayış minimumunun bir- birinə uyğunlaşdırılmasından gedir. Paşinyan xalqa yeni il təbrikində hər bir vergi ödəyənə təşəkkür edərək deyib: "Sağ olun ki, sizlərin ödədiyiniz vergi sayəsində biz bu il orta pensiyaları ehtiyac meyarına, yəni yaşayış minimumuna bərabərləşdirə bilmişik. Paşinyanın sözlərinə görə bu, hardasa 450 - 500 min dram məbləğdi.
Paşinyanın sevincərək xalqa verdiyi bu rəqəmləri Azərbaycan prezidenti çoxdan reallığa çevirib. Belə ki, Azərbaycanda bu məsələdə bərabərləşmə və hətta ötüb keçmə çoxdan fəth olunub. İndi Azərbaycanda yaşayış minimumu 270 manat oldiğu halda , minimum pensiya 300 manatdan artıqdır. Belə- belə işlər, Paşinyan!...
Ramil Quliyev