Donald Tramp Ukraynaya getməkdən imtina etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynaya səfər etməkdən imtina edib. Dünya mediasının yazdığına görə, sabiq Ağ Ev rəhbəri Kiyevə getməkdən imtina etməsini onunla izah edib ki, hazırda Ukraynaya getmək üçün münasib vaxt deyil. D.Tramp Ukrayna lideri Vladimir Zelenksiyə hörmət bəslədiyini də fikirlərinə əlavə edib.
Xatırladaq ki, V.Zelenski D.Trampı Ukraynaya dəvət edərək, ona Rusiya ilə sülh əldə etməyin mümkün olmadığını cəmi 24 dəqiqəyə sübut edəcəyini bildirmişdi.
Mətləb