Ermənilər sazişin son variantının Vaşınqtonda hazırlanacağını deyir...
Ermənistan baş nazirinin xüsusi tapşırlqlar üzrə səfiri Edmon Marukyan Azərbaycanla sülh sazişinin yekun variantının hələ tam hazır olmadığını deyib.Lakin əlavə edib ki, sazişin yekun variantı yanvar ayında Vaşinqtonda Azərbaycan- Ermənistan görüşündə hazır ola bilər.
Belə görünür ki , Marukyan hansısa mənbəyə əsasən əmindir ki, yanvarda Vaşinqtonda Bakı- Yerevan görüşü olacaq.Marukyan hətta rəsmi Bakının bu görüşə razılıq verdiyini də bildirib.Halbuki hələlik rəsmi Bakı bu barədə konkret rəy bildirməyib. Onu da qeyd edək ki, 2 gün əvvəl Şarl Mişel " Azadlıq" rafiosuna tərəflərin Brüsseldə görüşünün təşkili üzərində ciddi iş aparıldığını bildirib.
Elə bu günlərdə Rusiya XİN rəsmisi də Miskvada tərəfləri görüşdürməyə hazır olduqlarını və bunu xeyli əvvəl də tərəflərə dediklərini xatırladıb .Hətta bir az da qorxuducu tonda" güman edirik ki , bizi başa düşürlər" deyib. Beləliklə , donmuş danışıqlar buzu ilk dəfə haradan hərəkətə başlayacaq- Moskvadan, Brüsseldən, ya Vaşinqtondan?
Bəlkə ən realı Prezident İlham Əliyevin dediyi kimi, Tiflisdə ikitərəfli görüşdən başlamaqdı?...
Ramil Quliyev