Rusiya almazı Avropa deputatlarının qeyri - şəffaf qazanc mənbəyidir - İşlərin başı Karampetyandır, Komissar Barrozo ifşa etdi....
"Dəfələrlə deyilib ki, Avropa Birliyi Rusiyaya neft, qaz və digər sanksiyaları tətbiq etdiyi halda, Rusiya almazının sanksiyalar siyahısına salınmamasının çox ciddi və çox da qaranlıq səbəbləri var. Belə ki, Avropada ən güclü almaz biznesmeni Brüssel ermənisi Karampetyandır. Karampetyanın məhz almaz biznesindən əldə etdiyi pullar hesabına Avroparlamentin deputatlarını satın alması və onları dəfələrlə Azərbaycanın əleyhinə qətnamə qəbuluna təşfiq etməsi də məlumdur. Hələ illər öncə Azərbaycanda və dünya mediasında belə təhlillər veriləndə Avropa institutları var güclə onu inkar etməyə çalışırdılar...
Lakin sübut "öz ayaqları" ilə gəldi..."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Bu günlərdə Avropa Komissiyasının keçmiş sədri, məşhur diplomat Manuel Barrozo Evronyus televiziyasında sirləri açdı. Sabiq Baş Komissar 2014- cü ildə Krımın işğalı ilə əlaqədar Avropa Komissiyasında Rusiyaya qarşı sanksiyaların qızğın müzakirə olunduğunu xatırlayır. Deyir ki, birlik yox idi, Fransa, İngiltərə və Almaniya ən qatı sanksiyaların tərəfdarı idilər, Orban qəti əleyhinə çıxdı, Hollandiya, Brüssel və digər bəzi ölkələr çox yumşaq sanksiyaların tərəfdarı idilər, biri deyirdi o məhsulu sanksiya siyahısına sal, biri deyirdi bu məhsulu salma, nəticədə çox məhdud sayda məhsulların adları sanksiya siyahısına düşdü. Maraqlıdır ki, Barrozo sanksiya siyahısına salınması istənilməyən məhsulların arasında "almazın" da olduğunu dedi ...
Əlavə olaraq onu da deyim ki, 2014- cü ildən bu yana Avropanın Rusiyaya qarşı sanksiya paketləri hər dəfə müzakirə olunduqca, hansısa sehirli əl Rusiyadan almaz alınmasının sanksiyalar siyahısına salınmasına imkan verməyib.
Bütün bunlar Avropa Parlamentinin deputatlarının əsas qazanc mənbəyi sayılan "çirkli almaz biznesinin Ermənistanın əsas lobbiçisi" Katampetyanın əlində olmasının sübutu deyilmi?!.."
Mətləb