KÖHNƏ VERSİYA            

O hansı prosedurlardır ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz - nazir çox maraqlı məsələ qaldırdı...

Image

“Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər yaşanır”. Mətbuatda gedən məlumata görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, azərbaycanlı alimlərin dünya elminə inteqrasiya olunması, həmçinin dünyanın aparıcı alimlərinin Azərbaycana gəlməsi, burada elmi tədqiqatlara cəlb olunması prioritet istiqamətdir və burada görüləcək işlər daha çoxdur.

Nazir bildirib ki, mövcud format və qəliblər əsaslı şəkildə dəyişməlidir: “Biz xaricdən hansısa tədqiqatçını Azərbaycana alim və ya professor kimi dəvət ediriksə, onun bizim qaydalara uyğun olaraq prosedurlardan keçməsi çətindir. Yəni loru dildə desək, özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir. Əgər biz həmin alimləri Azərbaycanda görmək istəyiriksə, o zaman mövcud prosedurlara mütləq yenidən baxmalıyıq".

E.Əmrullayev vurğulayıb ki, bir çox hallarda tədqiqatçı və alimlər üçün bürokratik prosesləri keçmək o qədər də asan deyil: "Çünki alimin işi tədqiqat aparmaqdır, nəinki külli miqdarda sənəd toplamaq işlərinə fokuslanmaq. Ona görə də bəzi mexanizmləri sınaqdan keçiririk, yaxşı nəticə əldə edilsə, prosedurun sadələşdirilməsinə nail ola bilərik".

Söhbət hansı prosedurlardan gedə bilər ki, onlar mütləq dəyişməlidir? Nazir deyir ki, “özünə hörmət edən alim o prosedurlardan keçmək istəmir”, o, nələri nəzərdə tutur? O hansı prosedurlardı ki, öz alimlərimizə olar, xarici alimlərə olmaz? Nazir nələrə işarə vurur?

Məhərrəm Zülfüqarlı: “Nazir bunu adi vətəndaş kimi deməməlidir, bu sahədə münbit şəraitin yaradılmasında, bürokratik əngəllərin, ağır prosedurların ləğv edilməsində birbaşa iştirak etməlidir”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, elm və təhsil sahəsində problemlər mövcuddur. M.Zülfüqarlının sözlərinə görə, bu problemlərin həlli birbaşa bu sahəyə rəhbərlik edən nazirlikdən asılıdır. Bu problemi ilk növbədə bizim ölkədə alimlərin əməkhaqqısının aşağı olması ilə əlaqələndirən professor qeyd etdi ki, elm adamlarının maaşı çox aşağıdır. “Nazir ilk növbədə deməlidir ki, bizim alimlərin, elmi işçilərin əməkhaqları çox aşağıdır, bu səbəbdən də xarici alimlər gəlib burada elmi-tədqiqat işi aparmaz. Nazir bunu demir, əvəzində “özünə hörmət edən alim bu prosedurlardan keçmək istəmir, yaxud keçmir” deyir. Nazirin bu fikri ilə razıyam ki, bu sahədə mövcud prosedurlar çox çətindir. Mən də nazirə bir söz deyim ki, özünə hörmət edən alim də müasir dövrdə Azərbaycan elminə, təhsilinə rəhbərlik edən, elmi dərəcəsi, elmi adı olmayan gənc kadrların rəhbərliyi altında işləmək istəməz. Əvvəl biz görmüşdük, elə adamlar rəhbər təyin edilirdi ki, onlar laborantlıqdan başlayıəb professor elmi adına qədər mərhələ-mərhələ yüksəlirdilər. İndi bu sahədə proseslər tərsinə gedir. Bir də görürsən ki, elmlər doktorları, professorlarla, elmlər nazmizədləri, dosentlərlə bol olan elm və təhsil sahəmizə elə adam rəhbər gəlir ki, elmi nəticəsi, müəllimlik təcrübəsi olmur. Nazirin dediyi bu fikir təkcə xarici alimlərə aid deyil, bizim özümüzə də aiddir. Yəni çoxlarımız bu cür sistemdə əlacsızlıqdan işləyirik. Yəni özünə hörmət edən professor magistrin rəhbərliyi altında işləməz. Bu bir. Qaldı xarici alimlərə, nazir deməlidir ki, xarici ölkələrdə 10 min dollar əməkhaqqı alan professor gəlib 1000 dollar əməkhaqqıya Azərbaycan elm və təhsil sistemində işləmək istəməz. Hələ mən ordakı sosial ödənişləri demirəm”.

M.Zülfüqarlı hesab edir ki, Azərbaycanda elmlə məşğul olanlara güzəştlər edilməlidir. O, eyni zamanda vurğuladı ki, bizdə başlıca səbəb əməkhaqqının azlığı olsa da, burada digər problemlər də var: “Bizdə bu sahədə prosedurlar sadələşdirilməli və mövcud bürokratik əngəllər aradan qaldırılmalıdır, bu isə nazirliyin, elmə rəhbərlik edən qurumların səyləri ilə baş verməlidir. Lazım gəlsə, bu sahədə qanunvericilik aktlarına nəzər salınmalıdır. Başlıcası isə, alimlərin, tədqiqatçıların maaşları qaldırılmalıdır.

Nazir deməlidir ki, biz xaricdən mütəxəssis dəvət etmək üçün onlara oradakı ideal, münbit şəraiti yaratmalıyıq, bürokratik əngəlləri aradan qaldırmalıq və onlara da onlar səviyyəsində insanlar rəhbərlik etməlidir. Yəni xarici alimlərə burda saxta diplomlarla, dostbazlıqla, qohumbazlıqla vəzifəyə gələn insanlar rəhbərlik etməməlidir. Bütün bunlar yerinə yetirilsə, o alimlər bura gələ bilərlər. Amma tutaq ki, hansısa bir insan ailə vəziyyətinə görə məcbur olub bura gəlirsə, burdakı şəraiti gördükdən sonra geri qayıdacaq. Çünki burdakı mühit onu qane etmir. 

Bu sahədə problemlər var və bu problemin də həllində nazir iştirak etməlidir. Yəni nazir bunu adi vətəndaş kimi deməməlidir, bu sahədə münbit şəraitin yaradılmasında, bürokratik əngəllərin, ağır prosedurların ləğv edilməsində birbaşa iştirak etməlidir. Yəni o, özündən yuxarıdakı səlahiyyətli qurumların qarşısında qəti şəkildə bu tələbləri qoymalıdır. Yoxsa belə çıxır ki, adi vətəndaşın deməyi ilə nazirin deməyi arasında elə də bir fərq olmur. Onsuz da bütün insanlar bilir ki, bizdəki elmi mühit necədir, bürokratik əngəllər hansı səviyyədədir, hansı insanlar elm və təhsil sahəsinə rəhbərlik edirlər, təhsil sahəsindəki problemlər hansıdır. Xarici ölkənin vətəndaşı, orda işləyən mütəxəssis gəlib burda o çətinlikləri, problemləri görsə, əlbəttə ki, işləməz. Bürokratik əngəllər, dostbazlıq, qohumbazlıq təəssüf ki, hələ də elm sahəsində qalmaqdadır və bu da xarici alimlərin ölkəmizə gəlib burada tədqiqatlar aparmasını, işləməsini əngəlləyir. Əgər həqiqətdən də nazir istəyir ki, xaricdən ölkəmizə mütəxəssislər cəlb edilsin, onlar gəlib Azərbaycan elminə töhfə versin, onda dediyimiz o mühiti yaratmalıdır. Burada o ölkələrdəki münbit, demokratik mühüt  yaradılmalıdır. Amma mənə elə gəlir, hələ ki, gənc nazirin buna gücü yetməz. Gəlişi gözəl sözlərlə müəyyən qədər özünü sığortalamaq istəyir” - deyə M.Zülfüqarlı bildirdi. 

İlqar Orucov: “Bunun üçün mexanizmin, standartların yaradılması çox vacibdir, bunlara ehtiyac var, çünki bizdə o mexanizmlər yoxdur”

Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun isə məsələyə münasibəti belə oldu: “Cənab nazirin toxunduğu məsələ çox ciddi məsələdir. Biz əlbəttə ki, xarici alimlərin Azərbaycanda işləmələrində, birgə tədiqatlar aparılmasında, universitetlərdə tədrislə məşğul olmalarında maraqlı olmalıyıq. Ancaq bürokratik əngəllər var. Bu bürokratik əngəllər nə ilə bağlııdr? Bu probelmin olması, hesab edirəm ki, həm də qanunvericiliyin yumşaldılmasını zəruri edir. Məsələn, bir xarici mütəxəssisi, alimi elm və təhsil müəssisəsində çalışması üçün onlara ödənilən ezamiyyə xərclərilə, eyni zamanda onların əmək miqrantı olaraq ölkəmizdə yaşamasının təmin edilməsi, onlara ödəniləcək vəsaitlə bağlı problemlər mövcuddur. Ölkəmizdə bu istiqamətdə həm də kifayət qədər oturuşmamış yanaşmalar mövcuddur. Bu qanunvericilikdə ödənişlərlə və sairlə bağlı normaların təkmilləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, bu yöndə işləri təkmilləşdirməliyik. Məsələn, bizim universitetlərin elmi-tədqiqatlarla bağlı beynəlxalq qrant layihələrində iştirakı çox aşağı səviyyədədir. Fikrimcə, universitetlərə bu sahədə sərbəstlik verilməsi çox vacibdir. Elm və Təhsil Nazirliyi elmimizin, təhsilimizin, ali təhsilimizin, tədqiqatlarımızın müasir səviyyədə aparılmasında çox maraqlıdır. Hesab edirəm ki, universitetlər də bunda maraqlı olmalıdır. Onlar maraqlıdırlarmı? Bir sıra hallarda qanunvericilikdəki o təkmilləşmələrin olmaması əslində buna mane olur. Məsələn, bir xarici mütəxəssis gəlib burda çalışırsa, ona bəlli əməkhaqqı verilməlidir, o əməkhaqqıdan tutulan vergilərlə bağlı yumşalmalar çox vacibdir. Tədqiqatçılar qrupunun yaradılması və birgə tədqiqatlarda iştirak məsələsində daha çox maneələr məhz maliyyə ödənişləri ilə bağlı məsələlərdən irəli gəlir ki, mütləq şəkildə bunlara ödəniş etmək lazımdır. Tutaq ki, Türkiyədə universitet müəllimləri, tədqiqatçıları müxtəlif ölkələrə vizasız gedə, yaşıl pasportla tədqiqat müəssisələrinə ezam oluna  bilirlər. 

Bizdə ezamiyyət xərcləri ilə bağlı problemlər var. Düşünürəm ki, xarici mütəxəssislər gəlib burda  mövcud normalar çərçivəsində, Azərbaycandakı o maaşla çalışmaq istəmirlər. Bu ödənişlər edilərkən, hesab edirəm ki, onlar üçün müəyyən yumşalmalar tətbiq edilməsi zəruridir. Bu mütləq şəkildə edilməlidir. Düşünürəm ki, belə olduğu təqdirdə universitetlərdə o tədqiqatları canlandıra bilərik”. 

İ.Orucov qeyd etdi ki, problemə səbəb həm də bizdə bu istiqamətdə mexanizmin olmamasıdır. “Elə ölkələr var ki, ordan gələn işçilərdən ikiqat vergi tutulmaq tələb olunur. Məsələn, ABŞ-dan bir alimi bura gətirirsənsə o burada qazandığından həm işlədiyi ölkədə, həm də ABŞ-da vergi ödəməlidir. Amma müvafiq razılaşmalar əsasında dəyişikliklər baş versə məsələ öz həllini tapır. Elə ölkələr də var ki, orda ikiqat vergi tutmaq yoxdur, yalnız işlədiyi ölkədə vergi verir, çünki burda qazanır. Eyni zamanda digər məsələlərdən biri odur ki, biz əmək miqrantı dəvət ediriksə burda da ciddi problemlər yaşanır. Əmək miqrantı gələndə konkret kvotalar var. Məsələn, filan sahədə bizə bu qədər mütəxəssis lazımdır. Tutalım, bizdə bir universitet deyirsə ki, mənə filan sahə üzrə beş mütəxəssis lazımdır, amma bizdə kvotanın ayrılmasında problem var, bəzən ayrılmış kvota onların gəlməsinə imkan vermir. O mütəxəssislər əmək miqrantı kimi bura gələndə miqrasiya idarəsində əmək miqrantı kimi qeydiyyata düşməlidir. Onlarla müqavilə imzalanmasında ciddi probemlər yaranır. Halbuki, universitetlər səviyyələrini, tədqiqatlarının səviyyəsini artırmaq, tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün bu işdə maraqlıdır”.

İ.Orucov dedi ki, burada söhbət bürokratik əngəldən getmir, sadəcə olaraq mexanizm işlək olmalıdır: “Bunun üçün mexanizmin, standartların yaradılması çox vacibdir, bunlara ehtiyac var, çünki bizdə o mexanizmlər yoxdur. Düşünürəm ki, bu istiqamətdə aidiyyəti qurumlar birgə müzakirələr aparmalıdır, bu müzakirələr nəticəsində sırf tədqiqatlarla, ali təhsil müəssisələrində tədrislə bağlı qanunvericikdə dəyişiklik edilməsi, yaxud yumşaldılmaların olması zərurəti gerçəkdən də var”.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031