Azərbaycanla Səudiyyə arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edildi
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə qanunu təsdiqləyib.
Qeyd edək ki, Anlaşma Memorandumu 2024-cü il sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.