Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edildi
Azərbaycan ilə İndoneziya arasında diplomatik və xidməti pasportların sahibləri vizadan azad edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”i təsdiqləyib.
Qeyd edək ki, Anlaşma Memorandumu 2024-cü ilin sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.