KÖHNƏ VERSİYA            

Paşinyan Putinə kəskin tonda cavab verdi - “Belə sənədlər yoxdur”

Image

Bəhruz Quliyev: “Qərb Ermənistan qarşısında Rusiyadan uzaqlaşmaq, onun çətiri altından çıxmaq şərtini qoyub”

Ermənistanla KTMT arasında münasibətlər geri dönüşü olmayan nöqtəyə keçib. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq. Bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik. Biz, sadəcə olaraq, heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarı ilə biz özümüzü KTMT-dən kənarda hesab edirik, qoy istədiklərini etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir”, - Paşinyan bildirib.

Bu günlərdə KTMT-nin Astana sammitindən sonra Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə keçirdiyi brifinqdə demişdi ki, Ermənistan fasilə verib, lakin KTMT sammitində qəbul edilən sənədləri təsdiqləyib. Paşinyan isə bunu inkar edərək deyir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik, heç bir sənədi qəbul etmirik. Bundan başqa, Paşinyan iddia edir ki, 2021 və 2022-ci illərdə Azərbaycan tərəfindən ərazi iddiasına və təcavüzə məruz qalmışıq. Təcavüzə məruz qalmışıq deyən adam Azərbaycanla sülh sazişi imzalayar?

“İrəvan isə sözdə razılaşsa da, əməldə bir addım belə ata bilmir və o üzdən, Nikol spekulyativ açıqlamalarla çıxış edir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Ermənistanın KTMT-dən imtina görüntüsünün arxasında siyasi iddialar dayanır: “İrəvan bilir ki, Rusiya KTMT adlı hərbi blokun dağılmasını istəmir. Ən azından, beynəlxalq arenada bir görüntü yaratmaq üçün Moskvaya bu qurum hələlik lazımdır. Ermənistan isə 44 günlük müharibənin acısını Rusiyadan bu yolla çıxmaq istəyir. Ermənistanın KTMT-də təmsil olunması, yaxud olunmaması heç nəyi dəyişdirmir. Əksinə, İrəvanın bu qurumda formal olaraq qalması Kremlə bəzi üstünlüklər qazandırır. Belə ki, Ermənistan nə qədər Qərbə yönəlik siyasət yürütməyə çalışsa da, Rusiya ilə mövcud bağları qopmağa qoymur. Həm də Rusiya bu ölkədə siyasi, iqtisadi, xüsusən də hərbi varlığını qoruyub saxlaya bilir”.

Politoloq vurğuladı ki, Ermənistan ikibaşlı oyun oynamağa cəhd edir: “Paşinyan bir tərəfdən ölkəsinin KTMT-nin toplantılarında iştirak etmədiyini deyir, amma qəbul edilən bütün qərarlara, sənədlərə imza atdığı bəlli olur. Ermənisayağı bu gedişlər bizə də tanışdır, 44 günlük müharibənin sonunda imzalanan üçtərəfli bəyanatda Paşinyan dərkənar qoymadığını iddia edirdi. Əlbəttə, bu addımı ilə o, daxili auditoriyanın ona qarşı gözlənilən təzyiqlərini yayındırmaq istəyirdi. Bir müddət keçəndən sonra çıxılmaz duruma düşərək sənədə imza atdığını etiraf etməli oldu. Qərb Ermənistan qarşısında Rusiyadan uzaqlaşmaq, onun çətiri altından çıxmaq şərtini qoyub. İrəvan isə sözdə razılaşsa da, əməldə bir addım belə ata bilmir və o üzdən, Nikol spekulyativ açıqlamalarla çıxış edir. Düzdür, nə MDB, nə KTMT, nə də Aİİ tədbirlərində iştirak etmir, amma bu, İrəvanın həmin qurumlardan, daha doğrusu Rusiyanın buxovundan, onun təsir dairəsindən qopduğu, uzaqlaşdığı anlamına gəlmir. Ermənistan müstəqil yaşamağa alışmayıb, onu kimsə idarə etməli, təhlükəsizliyini təmin etməlidir. Rusiya Ermənistanın sərhədlərini qoruyur, dövlətin yaşamasını təmin edən bütün strateji sahələr Rusiyanın əlindədir, 102-ci hərbi baza Moskvanın İrəvanla hansı tərzdə danışmasını müəyyənləşdirir. Rusiya hərbçilərinin Ermənistan ərazisində qalma müddətinin bitməsinə ən azından 24 il var. Bu razılaşmanın, memorandumun ləğvi Ermənistana çox ağır başa gələr. İrəvan bunu nəzərə alır, ona görə də hələlik imtina edə biləcəyi sammitlərə, konfranslara, iclaslara qoşulmamaq yolunu tutur. Qərb isə Ermənistana hələlik söz verir, əməli işə keçməyi isə həmişə ertələyir. Çünki Rusiya ilə dünyanın fərqli nöqtələrində toqquşsa da tam üstünlük əldə edə bilmir. Ona görə də gözləmə mövqeyindədir, fürsət axtarır”.

Vidadi ORDAHALLI







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

SON XƏBƏRLƏR

23.01.2025 | 16:55
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənlər yaxalandı

23.01.2025 | 16:43
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi siyasətini sərt şəkildə qınadı

23.01.2025 | 16:36
Ceyhun Bayramov Cahit Bağcını qəbul etdi

23.01.2025 | 16:26
Zelenski 2022-də İstanbul razılaşmalarının niyə pozulduğunu açıqladı - Ukraynada biri mənə Putindən ultimatum gətirdi…

23.01.2025 | 16:08
Trampdan Putinə təhdid kimi xəbərdarlıq - müharibəni dayandırın, yoxsa... mənim başqa yolum qalmayacaq

23.01.2025 | 15:58
MOK Makronun saxta medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə müraciət etdi

23.01.2025 | 15:24
Polis Nəsimidə əməliyyat keçirdi, 16 kiloqram narkotik tutuldu

23.01.2025 | 15:16
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının sədri dəyişdirildi

23.01.2025 | 14:55
"Ukraynanın məğlub olması NATO-ya trilyonlarla dollara başa gələcək" - Baş katib

23.01.2025 | 14:30
Gəncədə 10-dan çox avtomobili soyan şəxslər yaxalandı...

23.01.2025 | 13:57
Suraxanıda mağazadan oğurluq edən şəxs saxlandı

23.01.2025 | 13:42
Paris prokurorluğu Fransa daxili işlər nazirini səriştəsizlikdə günahlandırdı...

23.01.2025 | 13:28
Tehrandakı səfirliyimizə hücumda şəhid olan Orxan Əsgərovun atası - "Biz o terrorçunun edamını istəyirik"

23.01.2025 | 13:14
Личный враг Путина на инаугурации Трампа. Почему? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.01.2025 | 13:06
Xaçmazda dələduzluq edənlər yaxalandı

23.01.2025 | 12:43
Prezident İlham Əliyev Ərdoğana zəng edib

23.01.2025 | 12:15
Bölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir

23.01.2025 | 12:05
Deputatlar Qarabağ yolçusudur - azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar

23.01.2025 | 12:00
Tovuzda ustanı elektrik cərəyanı vurub

23.01.2025 | 11:30
“Fənərbağça” “Lion”a, “Mançester Yunayted” “Reyncers”ə qarşı

23.01.2025 | 11:20
“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı təsis ediləcək

23.01.2025 | 11:18
Tanınmış jurnalist vəfat edib

23.01.2025 | 11:15
ABŞ-da ATIŞMA - 4 polis yaralanıb

23.01.2025 | 11:05
Miqrantlara bəd xəbər - Tramp deportasiya üçün bu Nazirliyə səlahiyyət verdi

23.01.2025 | 11:03
Ermənistan Trampa gərək olacaqmı? - CANLI

23.01.2025 | 11:00
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb

23.01.2025 | 10:30
Naxçıvanda bu idarəyə yeni rəis təyin olunub

23.01.2025 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

23.01.2025 | 10:14
Bakıda "Tofaş" yolu keçən qadını vurub öldürdü

23.01.2025 | 10:05
"Qarabağ" bu gün Avroliqada növbəti oyununa çıxır

23.01.2025 | 10:00
Tramp durmaq bilmir - indi də "Husilər"i terror təşkilatı elan etdi

23.01.2025 | 09:25
Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi - bilirsiz bu nədir?..

23.01.2025 | 09:20
Qəzzada dağıntılar altından daha 212 nəfərin cəsədi çıxarılıb

23.01.2025 | 09:10
Bir ildə 83 milyona yaxın tibbi xidmət göstərilib - TƏBİB

23.01.2025 | 09:05
Tramp öz şəxsi mühafizə rəhbərini Məxfi Xidmətə direktor təyin edib

23.01.2025 | 09:00
Tehranda Azərbaycan və İran arasında Anlaşma Memorandumu imzalanıb

23.01.2025 | 08:39
Həcc ziyarəti azərbaycanlılar üçün buna görə bahalaşır - QMİ-nin inhisarı...

22.01.2025 | 23:27
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrə səfərilə bağlı videoçarx paylaşılıb - VİDEO

22.01.2025 | 22:55
Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzidir - İlin 22-ci gününə sözardı

22.01.2025 | 21:27
Tramp İranla iş görən ölkələri hədələdi - İranla münasibətlərimiz necə olacaq...

22.01.2025 | 21:15
Məktəblərdə 5 gün dərs olmayacaq

22.01.2025 | 21:14
Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

22.01.2025 | 20:59
Tramp 1-ci dönəmdə Azərbaycanın enerji siyasətinə necə dəstək verib - yaxın tarixin gerçəyi...

22.01.2025 | 20:44
Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

22.01.2025 | 20:30
Bakıda məhkəməsi gedən ermənilərin "ev dustaqlığına" çıxmaq planlarının məqsədi...

22.01.2025 | 20:15
Dünyanın "strateji idarəedicisi" İlham Əliyevlə görüş istəyini reallaşdırdı...

22.01.2025 | 20:02
Hərbi cinayətdə ittiham olunan ermənilərin ziyan vurduğu 531 min azərbaycanlı kimlərdir...

22.01.2025 | 19:53
Əli Əsədov fəaliyyət müddəti başa çatan Cahit Bağçını qəbul etdi

22.01.2025 | 19:45
Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

22.01.2025 | 19:32
Naxçıvanda 640 baş donuz yoxa çıxıb...

22.01.2025 | 19:18
Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

22.01.2025 | 19:05
Bakıda xəstənin ölümünə görə plastik cərrah həbs edildi…

22.01.2025 | 18:53
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşdü

22.01.2025 | 18:48
"RUSİYANI DAĞITMA!" - Trampın Putinə mesajı...

22.01.2025 | 18:33
Abdolbari Gözəlin sərvəti kim(lər)ə qalacaq?...

22.01.2025 | 18:19
Lavrovun Mirzoyanla görüşü çox gərgin keçdi - Rusiya ya ikibaşlı oynayır, ya da qorxur...

22.01.2025 | 18:05
Reyunyonda fransız vəhşiliyi - qadınlar mal dərmanları ilə abort olunub...

22.01.2025 | 17:52
Gəncləri siyasi təxribat alətinə çevirmək istəyən qüvvələr hələ də var...

22.01.2025 | 17:39
Rusiya Bakı-İrəvan danışıqlarının bütün formatlarından kənarda qaldı - Lavrov dilə gəldi, Mirzoyan “insafa” gəlmədi...

22.01.2025 | 17:27
Hərbi təcavüz cinayətinə görə Bakıda ittiham olunan ermənilərə İrəvanda təzə "status" tapıblar...

22.01.2025 | 17:14
Azərbaycan LGBT-çiləri Qərbdəki böyük dayaqdan məhrum oldular - Tramp imtina etdi...

22.01.2025 | 17:00
Almaniya və Rusiyadan qorxunc iddia… III Dünya Müharibəsi başlayır - konkret tarix də açıqlandı…

22.01.2025 | 16:57
Prezident İlham Əliyev Davosda AYİB-in prezidenti ilə görüşdü - FOTO

22.01.2025 | 16:43
Britaniya təyyarə qəzasının araşdırılmasında Azərbaycana dəstək təklif etdi

22.01.2025 | 16:35
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başladı

22.01.2025 | 16:30
“Mazımqara” gömrük postunda maşında gizlədilmiş 140 ədəd mobil telefon aşkarlandı

22.01.2025 | 16:21
"Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib" - Prezident İlham Əliyev

22.01.2025 | 16:18
Kreml Putin-Tramp görüşü üçün ABŞ-dan konkret təkliflər gözlədiyini açıqladı...

22.01.2025 | 16:15
Cahit Bağçı Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

22.01.2025 | 16:05
Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşdü

22.01.2025 | 15:56
Ermənistanın siyasəti Cənubi Qafqazda təhlükəsizliyi pozur

22.01.2025 | 15:43
BMU Çinin nüfuzlu universitetləri ilə ikili diplom proqramının icrasına başlayır

22.01.2025 | 15:37
Tehrandakı səfirliyimizə hücum edən şəxsin edamı ilə bağlı qərar təsdiqləndi

22.01.2025 | 15:23
Şəmkirdə narkotik satışan şəxs tutuldu

22.01.2025 | 15:09
Gələn aydan bu müavinət məbləği də artacaq...

22.01.2025 | 14:47
İxracdan əldə olunan 54,4 milyon dollar ölkəyə qaytarıldı...

22.01.2025 | 14:33
Panama Trampdan BMT-yə şikayət etdi

22.01.2025 | 14:17
Nəsimidə dələduzluq edən şəxs saxlandı

22.01.2025 | 14:02
"İqlim dəyişiklikləri həyatımızın bütün sahələrinə təsir edən ciddi çağırışdır" - Əhliman Əmiraslanov

22.01.2025 | 13:48
Ağdaşda narkotik əməliyyatı - saxlananlar var - FOTO

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031