KÖHNƏ VERSİYA            

"Müharibədə 15 min itki, Qarabağa 11 milyard pul, hərbi büdcədə 7 faiz ixtisar" - Azərbaycana daha nə böhtanlar...

Image

Erməni icması xülyalardan əl çəkməsə məhvə məhkumdur 

Ermənilər həmişə yalanla yaşayıblar, indi də özləri özlərini yalanla ovundurur, özlərinə təsəlli verirlər. Bu yerdə bir köhnə zərb məsəl yadıma düşdü. Bir gün bir erməni rəiyyət (mülkədardan asılı, onun torpağını icarəyə götürən (çox vaxt irsən) kəndli) görür ki, bunun ağasının papağı başında əyri durub. 

Düşünür ki, ağanın papağı əyilibsə, deməli hardasa başından düşəcək. Qarabaqara düşür ağanın dalınca ki, papağı harda düşsə götürüb qaçacam. Sən demə ağanın da kefi kök olduğundan papağını qəsdən yan (əyri) qoyubmuş. Görür erməni nökər düşüb dalına, bunu güdür. Soruşur ki, ara, ay "dığa" xeyirdimi, düşmüsən arxama? Erməni də qorxusundan dili topuq vura-vura deyir ki, ağa papağın əyilib, dedim, birdən düşüb bulaşar, düşəndə yerə dəyməmiş tutum. Bu da ağanın xoşuna gəlmir ki, necə yəni, mən papağımı başımda saxlaya bilmirəm? Qamçı ilə erməninin kürəyini bir qədər "ölçüb" buraxır. İndi ermənilər də həmin rəiyyətin günündədir. Amma heç olmasa rəiyyət erməni gördüyünü səhv başa düşmüşdü. "Ayakve" Təşəbbüsü isə öz qərəzli arzularını reallıq kimi qələmə verib, erməniləri ruhlandırmağa çalışır. İndiyə qədər bu qəbildən olan təşkilatlar ermənilərin başını "erməni soyqırımı", "böyük Ermənistan", "dənizdən dənizə dövlət", "qərbi Ermənistan" və s. kimi nağıllarla qatır, beyinlərini "yuyurdular". Bu yolla erməniləri bütün qonşuları ilə düşmən ediblər. İndi artıq ermənilər bu "şirin" nağıllara inanmır. Ona görə də erməni icmasının başını qatmaq üçün yeni ideyalar uydururlar ki, Azərbaycan da, Gürcüstan da tezliklə dağılacaq, bütün Qafqaz bizə qalacaq. Müxalif erməni təşviqat ideoloqları əhalini həmin erməni rəiyyət kimi düşünməyə vadar etmək istəyir.

Bu baxımdan özünü şovinist-millətçi daşnaksütun ideya qanadına məxsus sayan "Ayakve" Təşəbbüsünün bəyanatı çox gülüncdür.

Bu gün Azərbaycanın ciddi problemləri var. Bu barədə "Ayakve" Təşəbbüsünün yaydığı bəyanatda deyilir. Bəyanatda daha sonra bildirilir:

“İqtisadi artım çox aşağıdır, neft hasilatı azalır, sosial problemlər pisləşir. Gələn il Azərbaycan müdafiə büdcəsini 7%, işğal olunmuş "Artsax"a xərcləri 20% azaltmalı olacaq.

4 il ərzində Azərbaycan "Artsax"ın "mənimsənilməsi"nə təxminən 11 milyard dollar xərcləyib, lakin rəsmi məlumatlara görə, hökumət buraya cəmi 8000 nəfəri köçürə bilib. Onların əksəriyyəti rəsmi olaraq orada yaşayır, amma əslində insanlar bu yerləri tərk edirlər. Biz qayıtmaqdan nə qədər çox danışsaq, onlar da bir o qədər çox məskunlaşdıqları əraziləri tərk edəcəklər.

"Artsax"ın tutulması zamanı 15 minə yaxın azərbaycanlı həlak oldu, amma əslində Azərbaycan bundan heç nə qazanmadı, ona görə də ölkədə ictimai-siyasi ziddiyyətlər güclənir".

Əvvəla, Azərbaycanda neft hasilatının azalması təbii prosesdir və bu gözlənilən idi. Hələ onu demirik ki, Azərbaycanın yenilənən müqaviləsi ilə daha 25 il ərzində 500 milyon tondan çox neft hasil ediləcək. Bu olmasa belə, Azərbaycanın aktivlərinin həcmi Ermənistanın dövlət büdcəsindən 20 dəfə çoxdur. Müdafiə xərclərinə gəldikdə isə gələn il bu xərclər 25 faiz artacaq.

Keçmiş məcburi köçkunlərin məskunlaşdığı dədə-baba yurdundan geri qayıtması isə ağ yalandır. Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə indiyə qədər 8 min deyil, 30 mindən çox keçmiş məcburi köçkün məskunlaşdırılıb. Yeni qəbul edilmiş qanuna əsasən isə həmin əhalinin məşğulluğunu daha yaxşı təmin etmək üçün onlara əkinə yararlı torpaqlar ucuz qiymətə icarəyə veriləcək. Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olan subyektlərə geniş spektrli vergi güzəştləri və sığorta tətilləri verilib.

Eyni zamanda, keçən 4 il ərzində işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına 19 milyard manat xərclənib, amma illik xərclərdə azalma mövcud deyil. Bu il də həmin məqsəd üçün 4 milyard manat ayrılıb. Çox güman ki, büdcədə il boyu əlavə imkanlar yaransa, büdcəyə yenidən baxıb, ötən ilki kimi, bu xərcləri bir qədər də artırmaq mümkün olacaq.

O ki qaldı 44 günlük müharibədə və antiterror əməliyyatlarında Azərbaycan tərəfinın şəhidlərinə, onların adlı siyahısı bütün açıq resurslarda dərc edilib. Onların sayı da, şəxsiyyəti də tam bəllidir. "Ayakve" bu sayı orta hesabla beşə vurub, özünə təsəlli verir. Erməni cəmiyyəti bu rəqəmə ola bilsin ki, inanır. Çünki bu gün saysız-hesabsız müharibədə ölmüş erməni əsgəri var ki, hökumət tərəfindən onların müharibədə həlak olduğu tanınmır. Ermənilər elə bilir ki, Azərbaycanda da yəqin belə hallar var. Lakin Azərbaycanda bu qəbildən olan bir fakt belə yoxdur. Hökumət və xalq öz şəhidlərinə sayğı ilə yanaşır. Azərbaycan üçün şəhidlər müqəddəsdir, çünki onlar canlarını öz vətəninə qurban verib. Erməni əsgəri isə yad torpaqlarda işğalçı ordunun əsgəri kimi ölüb. Ona görə də ölən erməni əsgəri yalnız öz yaxınları üçün əzizdir. Cəmiyyət üçün onlar o qədər də əhəmiyyət kəsb etmir.

Bu gün erməni icması tarixdən bir etnik qrup olaraq silinmək istəmirlərsə, boş xəyallardan əl çəkib, reallıqla barışmalıdır. Əks təqdirdə həm erməni icmasının, həm də Ermənistanın gələcəyi sual altında qalacaq.

Akif NƏSİRLİ







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

08.01.2025 | 09:30
Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı

08.01.2025 | 09:24
Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..

08.01.2025 | 09:15
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb

08.01.2025 | 09:05
Juninyo hansı kluba keçir- "Sevilya"ya, yoxsa “Flamenqo"ya?

08.01.2025 | 09:00
Şəmkirdə ev yanıb

08.01.2025 | 08:40
Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

07.01.2025 | 21:27
"Fransa Prezidenti şəxsən onlara zəng edərək, Bakıya getməməyi tövsiyə edirmiş" - Prezident Əliyev Makronu ifşa etdi

07.01.2025 | 21:21
Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

07.01.2025 | 21:14
"COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur" - Prezident İlham Əliyev

07.01.2025 | 21:11
Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

07.01.2025 | 20:55
Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

07.01.2025 | 20:53
Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

07.01.2025 | 20:47
"İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq" - Prezident

07.01.2025 | 20:44
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

07.01.2025 | 20:37
Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

07.01.2025 | 20:22
Afrika dövlətləri Makrona qarşı qalxdılar - "Afrika xalqları ilə danışmağı öyrən"...

07.01.2025 | 20:08
Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

07.01.2025 | 19:53
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

07.01.2025 | 19:40
10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

07.01.2025 | 19:26
Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...

07.01.2025 | 19:17
"Stratfor" kəşfiyyat qrupu - “ABŞ Ermənistana dəstək verməyəcək...”

07.01.2025 | 19:03
Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

07.01.2025 | 18:49
Makron Gürcüstanda da "yandı"...

07.01.2025 | 18:35
Makron əvvəlki prezident Sarkozidən ya qisas alır, ya da xalqın qəzəbini başqa yerə yönəldir...

07.01.2025 | 18:20
90-larda ermənilərin Bakı və Sumqayıtdan kütləvi gedişinin sirri açıldı - Ter düzünü dedi...

07.01.2025 | 18:06
İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir...

07.01.2025 | 17:52
Sərhədlərdə yenidən atəş açıldı - Ermənistan kimlərə güvənir?

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031