KÖHNƏ VERSİYA            

Ərzaq idxalına ildə 1 milyard manatdan çox itiririk, ancaq yerli istehsal da artır - bəs problem nədədir...

Image

Ərzaq məhsulları ən çox istehlak olunan, ən çox zəruri sayılan məhsul olduğuna görə onunla təminat hər bir ölkə üçün mühüm önəm kəsb edir. Təminatın daxili resurslar hesabına ödənilməsi isə hər bir ölkə üçün prioritet təşkil edir. 

Qeyd edilən istiqamətdə Azərbaycanda da müvafiq addımlar atılır. Lakin ərzaq təminatını hələ ki, yerli istehsal hesabına tam ödəmək mümkün deyil.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq idxalı xərcləri 2024-cü ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz artaraq 1.97 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə qida məhsullarının ümumi ölkə idxalında çəkisi 11.84 faiz təşkil edib. Ərzaq idxalının son beş ildə 46.8 faiz, son 10 ildə isə iki dəfədən çox artdığı bildirilir. Bu fonda yerli istehsal da artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 11 milyard 407.1 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz çoxdur. Ölkənin aqrar sahəsinə xeyli vəsait xərclənir. Lakin nəticələr hələ də istənilən həddə deyil. Hesablama Palatasının “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində bildirilir ki, 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2.2 dəfə, bir hektara düşən subsidiya 2.4 dəfə artıb, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12.2 faiz azalıb. Rəydə qeyd olunur ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484.5 milyon manat subsidiya proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnozundan 41.6 milyon manat və ya 9.4 faiz çoxdur: “Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və sair) nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9.4 faiz artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0.1 faiz bəndi olması gözlənilir”. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də “Turan”a açıqlamasında idxalın ildən-ilə artmasının tərəfdarı olmadığını bildirib: “Yerli bazar formalaşdırılmalıdır, yerli məhsullardan daha çox istifadə olunmalıdır. Ancaq insanlar məhsulların xarici görünüşünü nəzərə alır, yerli məhsullara üstünlük vermir. İnsanlar elə bilirlər ki, xaricdən gələn ərzaq məhsulları daha keyfiyyətlidir. Ancaq bir çox hallarda onların keyfiyyəti bizim yerli məhsullardan daha aşağı olur”. Amma deputat hesab edir ki, ərzaq məhsullarının idxalında artım həm də tələbat məsələsidir: “İnsanların ərzaq mallarına tələbatı artır. Əhalinin artımı ilə də əlaqəli ola bilər... Həm də xarici turistlərin sayının artımı ilə bağlı ola bilər ki, onlar burada bu məhsullara ehtiyac duyur və iş adamları bu məhsulların idxalında maraqlı ola bilər”. Onun fikrincə, xaricdən idxalı azaltmaq və yerli istehsalı artırmaq üçün sistemli iş getməlidir: “Tələbata uyğun bazar nizamlanmalıdır”. Bəllidir ki, idxal artdıqca valyuta axını artır və ölkə daxilində bahalaşma baş verir.

Hesab edilir ki, əsas məsələ yerli istehsalın daha sürətlə inkişaf etdirilməsidir. Ərzaq təhlükəsizliyi maksimum təmin olunmalıdır. Bunlar hökumətin diqqət mərkəzində olan mövzulardır və neçə illərdir ki, bu məsələlər prioritet olaraq qalıb. İqtisadçılar bildirir ki, heç bir ölkə maksimum dərəcədə özünü bütün ərzaq məhsulları ilə təmin edə bilməz. Dünya ölkələrinə nəzər salsaq, hər şeyini özü təmin edən ölkə tapmaq mümkün deyil. Amma idxalı elə tənzimləməlidir  ki, hər növ məhsul üzrə yerli istehsalı da himayə etmək mümkün olsun. Elə olmalıdır ki, ölkəyə gətirilən məhsula daxili bazarda diktə edilən qiymət yerli istehsal ilə məşğul olan şəxsdə bazara öz məhsulunu çıxarmağa mane olmasın. Yerli istehsalı inkişaf etdirməklə bərabər bazarda rəqabət şəraitinin geniş miqyasda təmin olunmasını, idxalda və daxili bazarda inhisarçılığa yol verməmək və qiymətlərin gömrük, vergi, idxal rüsumları vasitəsi ilə düzgün tənzimlənməsi təmin olunmasına xüsusi diqqət etmək lazımdır. Bunları təmin etmək mümkün olarsa, daxili bazarda xarici mənbələrdən qaynaqlanan inflyasiya, qiymət artımı kəskin xarakter daşımayacaq. Bu fonda qeyd edək ki, son illərdə ərzaq məhsulları bazarında müşahidə edilən müsbət trend yerli məhsullardan istifadənin artmasıdır. Yəni insanlar getdikcə üstünlüyü daha çox yerli məhsullara verirlər. Hazırda ərzaq məhsulları idxalındakı artım əsasən maliyyə bazarlarında müşahidə edilən trendlərin dəyişikliyindən qaynaqlanır. Bundan əlavə, idxaldan asılılığı azaltmaq və ixracatda mühüm addımlar atmaq üçün regionlarda kənd təsərrüfatı və sənaye məhsullarını istehsal edən müasir müəssisələr qurulmalıdır. Bu, həm ixracı artırar, həm də yeni iş yerləri yaradaraq yerli əhalinin məşğulluğunu təmin edər. İndilikdə isə hökümət tərəfindən makroiqtisadi sabitliyin təmin olunması istiqamətində görülən kompleks tədbirlərə baxmayaraq, dünya iqtisadiyyatında cərəyan edən təlatümlərin təsirlərindən tam şəkildə qorunmaq mümkün deyil.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 09:30
Türkiyədən Suriyaya uçuşlar başlayır - həftədə üç reys

16.01.2025 | 09:26
Tikinti üzrə peşə təhsilində tələbə sayı narahatlıq yaradır…

16.01.2025 | 09:20
Co Bayden dövrü bitdi - xalqa vida müraciəti edib

16.01.2025 | 09:10
"Bu razılaşmanı alqışlayırıq" - Ərdoğandan AÇIQLAMA

16.01.2025 | 09:10
Daha 32 ailə Cəbrayıl şəhərinə köçürüldü

16.01.2025 | 09:05
Tiktok bazar günü bu ölkədə tamamilə QADAĞAN edilir...

16.01.2025 | 09:00
Zelenski Trampla görüşə hazırlaşır - “Əlbəttə, inoqurasiyadan sonra"

16.01.2025 | 08:40
Plastik cərrahların efirlərə çıxışı qadağan olundu - reaksiyalar…

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031