KÖHNƏ VERSİYA            

Qərbin Gürcüstan seçkilərinə qeyri-müəyyən münasibəti davam edir...

Image

Gürcüstanda Qərb üçün  şok seçki sonuclarının ardınca müxalif düşərgədə bütün gözlər ABŞ ilə Avropaya yönəlib. ABŞ və Avropa İttifaqı hələlik seçkinin nəticələrinə ehtiyatla cavab verib. Bu nəticələrə görə, hakim “Gürcü Arzusu” partiyası səslərin 54 faizini, dörd müttəfiq müxalifət qüvvəsi isə birlikdə 38 faizini toplayıb.

Xatırladaq ki, oktyabrın 26-da axşam – seçki sonuclarının açıqlanmasından az sonra müxalifət partiyaları nəticələrin saxtalaşdırıldığını bəyan edib. Bundan sonra Gürcüstan prezidenti Salome Zurabişvili də nəticələrin “total saxtalaşdırma” və hətta Rusiya “xüsusi” əməliyyatının nəticəsi olduğunu deyib. Bu açıqlamalardan sonra Salome Zurabişvili prokurorluğa çağrılıb. Prokurorluğun bəyanatında deyilir ki, istintaq zamanı iddia edilən cinayət faktları ilə bağlı bilgiləri ola biləcək bütün şəxslər sorğu-sual ediləcək. Zurabişvili Qərbi hakim “Gürcü Arzusu” partiyasına təzyiq göstərməyə səsləyib. Eyni zamanda Zurabişvili son parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluqda dindirilməkdən imtina edib. O,prokurorluqda təyin olunmuş söhbətə getməyəcəyini deyib və vurğulayıb ki, prokurorluq qanun pozuntularına dair sübutları özü axtarmalı, dövlət başçısından bunu tələb etməməlidir. Prezident seçki saxtakarlığı texnologiyaları haqqında videoçarx nümayiş etdirməklə başlayıb: “Prokurorluğa məsləhət görərdim ki, işə başlasınlar və prezidentlə siyasi hesablaşmalardan çəkinsinlər. Prokurorluğa müraciət edirəm: siz xalqa hesabatlısınız, ictimaiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir”. Xatırladaq ki, Gürcüstanda prezident vəzifəsi nominal xarakter daşıyır. Müxalifət partiyaları hakim partiyanı tənqid edən Zurabişvilinin dəstəyindən yararlanmağa çalışır. Baş verənlər fonunda Avropa İttifaqı öz bəyanatında Gürcüstan hökumətini pozuntuları araşdırmağa çağırıb. ABŞ Dövlət Departamenti isə beynəlxalq müşahidəçilərin nəticələri azad və ədalətli elan etmədiyini vurğulayıb. Ancaq onların hər ikisi seçkini qeyri-legitim elan etməkdən yayınıb. Belə ehtiyatlı yanaşma Gürcüstanda ABŞ və Avropadan dəstək gözləyən müxalifət liderlərini məyus edib. Müxalif “Dəyişiklik naminə koalisiya” blokunun liderlərindən Nika Qvaramiya Britaniyanın “The Financial Times” qəzetinə müsahibəsində deyib: “İndi güzəşt və həlim sözlərin vaxtı deyil. Bu, diplomatiya məsələsi deyil, geosiyasət məsələsidir”.  “Utanc Hərəkatı”nın qurucularından Mariam Qequçadze isə bildirir: “Qərb qərar verməlidir: ya Gürcüstan xalqını tərk etməli, ya da onun yanında möhkəm dayanıb seçkini tanımaqdan imtina etməlidir. Bunun orta nöqtəsi yoxdur”. Təhlilçilərin fikrincə, beynəlxalq aləmin sakit qalmasının bir neçə səbəbi var. Ekspertlər deyir ki, Macarıstanın millətçi-mühafizəkar baş naziri Viktor Orbanla “Gürcü Arzusu”nun yaxın münasibətləri Avropa İttifaqının reaksiyasını məhdudlaşdıracaq. Orban hakim partiyanı hətta nəticələrin elan olunmasından da öncə qələbə münasibətilə təbrik edib. O, oktyabrın 28-də yüksəkvəzifəli şəxslərlə görüşmək üçün Tiflisə gələrək mətbuat konfransı keçirib və hakim partiyanın qələbəsinin danılmaz olduğunu söyləyib. Karneqi Avropa Mərkəzinin aparıcı tədqiqatçısı Tomas de Vaal qeyd edir ki, Orban Avropa İttifaqının hərəkətinə mane olacaq: “Üstəlik, üzv ola biləcək ölkə ilə münasibəti tam korlamaq da istəməzlər”.

Almaniyanın Henrix Böll Fondunun Tiflis ofisinin rəhbəri Sonya Şiffers qeyd edir: “Gürcü arzusu”nun qələbəsini təmin edən say fərqi önəmlidir, axı ciddi beynəlxalq müdaxilənin ağır nəticələri ola bilər. Aİ dərindən müdaxilə edəcəyi halda, qütbləşmə və münaqişənin daha da artması mümkündür”. Ancaq o deyir ki, beynəlxalq aləm pozuntuların miqyasını anlayandan sonra etirazlar sürərsə, bəlli koordinasiyanın ardınca daha güclü reaksiya gələ bilər. Di gəl, seçki sonucları ilə bağlı suallara cavabı ölkə içində axtaran gürcülər də var. Gürcüstanın cənubunda - erməni və azərbaycanlıların yaşadığı ərazilərdə çoxluğun “Gürcü Arzusu”na səs verdiyini görəndən sonra buna sosial mediada mənfi reaksiya verməyə başlayıblar. Nəticələrin bu bölgələri diqqətdənkənar qoyan müxalifətin öz günahı olduğunu iddia edənlər də var. Tiflisdə çalışan təhlilçi Olesya Vartanyan qeyd edir: “Bu son seçkidə heç bir müxalifət lideri bölgəyə baş çəkmədi, yerli mediada heç bir gerçək kampaniya gözə dəymədi və seçkidən bir neçə gün öncə, sadəcə, bir neçə poster asıldı. …Ancaq “Gürcü Arzusu” səsləri almaq üçün bütün mülki və güvənlik şəbəkələrini sıx səfərbər edib”. Tiflis Beynəlxalq Film Festivalının direktoru Qaqa Çxeidze Gürcüstanın mərkəzi hissəsində yerləşən bir kənddə seçki müşahidəçisi olub və öz təcrübəsini “Facebook” postunda paylaşıb. O, seçki gününün sakit keçdiyini, baş verən kiçik pozuntuların düzəldildiyini, günün sonunda həmin dairədə seçicilərlə sıx işləməsi ilə izah edib: “Çox aydın göründü ki, “Gürcü Arzusu” bu kənddə əvvəlcədən yaxşı işləyib və, bəlkə də, Gürcüstanın hər yerində bütün kəndlərdə yaxşı işləyib. Nəticələr də bunu təsdiqləyir”. Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası 11-ci çağırış parlamentdə 89 yer tutacaq.Parlamentdə ən çox yer tutan ikinci partiya müxalif “Dəyişiklik üçün Koalisiya”dır. Bütün səslərin 11,034%-ni qazanan koalisiya parlamentdə 19 yer tutacaq. Ümumilikdə 5% -lik seçki baryerini 5 partiya/koalisiya keçərək parlamentə düşə bilib. Sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının da olduğu “Birlik-Milli Hərəkat” koalisiyası isə parlamentdə 16 mandat əldə edərək üçüncü yerə düşüb. Bununla da “Vahid Milli Hərəkat” partiyası ana müxalifət partiyası statusunu itirib. “Güclü Gürcüstan” 14 mandat, “Qaxariya Gürcüstan üçün” partiyası isə 12 mandat əldə edib. 148 mandat partiyalar arasında bölüşdürülüb, bölüşdürülməmiş 2 mandat isə ən yaxşı göstəricilərə malik “Gürcü Arzusu” və Qvaramiya və Melianın “Dəyişiklik üçün Koalisiya”sı arasında bölüşdürülüb.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031