KÖHNƏ VERSİYA            

Dənizin və Sözün kapitanı

Image

 Şairlik sonu bilinməyən ümman, başqa bir aləmdir. Şairlər daxilən zəngin, təmiz qəlbli və içində söz xəzinəsi daşıyan saf insanlar olurlar. İlahi qüdrəti özlərində gəzdirirlər. Yazıları, sözləri ilə sözün rəsmini çəkirlər.  Yaratdıqları ilə özləri nəfəs, oxucu isə ümid alır. Yazıları ilə oxucuya inam, həvəs və özlərinə isə güc verirlər.   Şair olmaq, söz demək, yazmaq və oxucuya gözəl formada çatdırmaq hər adamın işi deyil. Çox yerində deyilib: Bu bir İlahi hikmətdir və şairlər Tanrının seçilmiş bəndələridirlər. İnsanda şairlik, yazmaq ruhu varsa o, təbiəti, yaradılışı və insanı gözəl vəsf edə bilir. Təsviri ilə cism, isim yaradır və ona xarakter, obraz verir. Rəssam gözəlliyi cansız təsəvvür edir, şair isə onu sözlə, ruhla təsvir edib, yaradır və yazdıqca yaradır, yaratdığı ilə oxuculara ruh verirlər. Şairlərin sözlə ifadə etdikləri daha ifadəli, cəlbedici olanda oxucuda şairə qarşı böyük sevgi, məhəbbət yaranır. Faiq Balabəyli ruhən təmiz insandır. Cəlilabadın təmiz havası onun ruhuna hopub.

Faiq Balabəyli 1964-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində dünyaya gəlib. 1981–ci ildə orta təhsilini başa vurub. 1981-1984-cü illərdə Bakı Dənizçilik Məktəbində oxuyub. Sonra iki il hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində (İndiki ADDA-da) davam etdirib. 1984-cü ildə Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexaniki, gəmi kapitanının baş köməkçisi və gəmi kapitanı vəzifələrində çalışıb. 1994–cü ildə iki illik jurnalist sənətkarlığı kursunu bitirib, sonralar isə BSU-nun yaradıcılıq fakultəsində təhsil alıb.  1996-indiyə qədər ikinci iş yeri kimi "Ədəbiyyat qəzeti"ndə işləyir. Eyni zamanda  "Müstəqil.az " saytının yaradıcısı və baş redaktorudur. Bu vaxta qədər isə “Yeni Xəbər” və “Millətin səsi” qəzetlərinə rəhbərlik edib. Yazdığı və tərtib etdiyi kitabların sayı  20-ni  keçib. Kapitan -Şair Faiq Balabəyli haqqında hər iki sahədə, dənizçilik və ədəbiyyat sahəsində, özünü hər iki sahədə təsdiq edən böyük bir şəxsiyyət haqda yazmaq, onun haqqında fikirlərini əks etdirmək deməkdir.

O, həm bir gəmi kapitanı, həm də şair olaraq Azərbaycan dənizçiliyinin və ədəbiyyatının tarixinə öz möhürünü vurmuşdur. Faiq Balabəylinin həyatı və yaradıcılığı iki böyük sevgi üzərində qurulub: dəniz və poeziya. Bu iki sahə, onun həyatında bir- birini tamamlayır və əvəzolunmaz bir ahəng yaradır.

Faiq Balabəyli, bir gəmi kapitanı olaraq, illərlə dənizlərdə gəmi idarə edib və bu sahədə böyük təcrübə qazanmışdır. Dənizlə onun arasında olan yaxın əlaqə onu təkcə bir dənizçi kimi deyil, həm də dənizin sirlərini və dərinliklərini anlaya bilən bir şair kimi formalaşdırıb. Onun həyatının bu iki istiqaməti bir-birindən ayrılmazdır və məhz bu səbəbdən o, xüsusi insanlardan biri kimi yadda qalır.

…Adətən, gəmi kapitanları ədəbiyyat, söz və ruh məsələlərindən uzaq, bir az hərbçi qəddarlığı, bir az da rəsmiyyət daşıyan şəxslər olur. Amma Faiq Balabəyli tək gəminin deyil, həm də sözün kapitanı kimi dənizlərdə ədəbiyyat gəmisini yürüdür, həm də bütün tufanlara qalib gələrək... O, dənizə bambaşqa gözlə baxan şair-dənizçidir:

Dənizçiyə dalğaların arasından

əl eləyər su pərisi,

Dənizçiyə ad qoyarlar -

su dəlisi.

Mavi sular mavi gözlü gözəl olar,

naz eləyər dənizçiyə...

Faiq Balabəyli yaradıcılığında dəniz onun üçün təkcə bir coğrafi element deyil, həm də dərin məcaz və simvolik bir anlam daşıyır. Onun poeziyasında dəniz həm dost, həm də düşmən kimi təsvir edilir; bəzən sakit və hüzurlu, bəzən isə amansız və qəzəbli. Balabəyli dənizdə tapdığı sirləri şeirlərində açıb-tökür, oxuculara bu mistik dünyanın qapılarını açır. O, dənizi bir tale, bir həyat yolu kimi qəbul edir və onu bu yolda müşayət edən hər hissi, hər təəssüratı poeziya ilə təsvir edir.

 

Dəniz bir gözəl üzüdür,

Xaldır tənha adaları

Dəniz xallı gözəl kimi,

Hey aldadır adamları… və sair.

 Faiq Balabəylinin şeirlərində uzun illərini dənizdə keçirən bir insanın hissləri və xatirələri əks olunub. Bu şeirlərdə dəniz həyatın özü kimi təqdim edilir, onu yavaş-yavaş anlamağa və sevməyə məcbur edir. Dəniz Faiq Balabəyli üçün həm həyatın gözəlliyini, həm də təhlükələrini özündə birləşdirən bir məfhumdur.

 Yaşıl yosunlu dənizim,

 Sirli, ovsunlu dənizim

 Xırda balıqlarının

 Böyümək arzusu

 Böyük balıqlarının

 Qarmaq qorxusu …

 Lövbərlə hörüklənmiş

 Gəmilərin yuxusu,

 Növbətçi motrosların

 Yuxusuzluğu.

 Suların sonsuzluğu…

 

Faiq Balabəyli dənizçilərin gündəlik həyatı və onların qarşılaşdığı çətinlikləri gözəl və dəqiq bir şəkildə təsvir edən xüsusi istedada və müşahidəyə sahib olan şairdir. O, dənizi təkcə bir iş yeri kimi deyil, həyatın özü kimi qəbul edir və bu, onun poeziyasında bariz şəkildə əks olunur. Balabəyli dənizçilərin dənizlə olan əlaqəsini, onların sevinclərini və kədərini, mübarizələrini və qələbələrini poeziya ilə dilə gətirir. 

Yuxarıda qeyd etdiyim kimi, Faiq Balabəyli, həm bir gəmi kapitanı, həm də şair olaraq, Azərbaycan ədəbiyyatında dərin və unudulmaz izlər buraxıb. Onun şeirlərində dənizin sonsuzluğu və dərinliyi təsvir edilərkən, eyni zamanda insan ruhunun da dərinliklərinə eniş edilir. Balabəyli dənizçilik təcrübələrini şeirə çevirərək, oxuculara dənizin gücünü və əzəmətini hiss etdirir.

Faiq Balabəyli öz həyatını dənizə və poeziyaya həsr etmiş bir kapitan-şair olaraq, Azərbaycanın dənizçilik və ədəbiyyat tarixində əbədi bir yer tutacaq. Onun şeirləri, hər zaman oxucuları ilhamlandıracaq və onun adı hər zaman dəniz və poeziyanın birlikdə yaşadığı bir dünya olaraq xatırlanacaq.

İnsanlar arasında olan haqsızlıqlardan qaçaraq, özünü dənizin qoynunda sakitləşdirərək hüzur tapan Faiq Balabəyli sanki öz həyatında olan hüzursuzluqları, etibarsızlıqları dənizdə dalğaların çırpıntısında, təlatümünda unudur. O, xəyallarının sahilsiz ümmanında saflaşır. Ona görə də Faiq sevgi, qayğı, səmimiyyət, dürüstlük umduğu insanlardan nə qədər incisə də, onları bağışlayır, onlar üçün darıxır… Bu da onun insanpərvərliyindən, dosta, doğmaya olan sevgisindən irəli gəlir. Bütün bunlar şair qardaşımızın yaradıcılığında boy verir.

Faiq Balabəyli zamanımızın ədəbi mühitində yalnız şair kimi imzasını təsdiqləməyib. Onun publisistik kitabları Azərbaycanın yaxın keçmişində bir sıra qaranlıq məqamlara ayna salır. 34 il əvvəl - o dəhşətli 20 Yanvar gecəsində Bakı buxtasında çalışan qəhrəman dənizçilərimizin fədakarlığı təkcə buxta üçün deyil, bütövlükdə Azərbaycanın şərəf tarixi üçün əvəzsiz səhifələrdir. Faiq Balabəyli 20 Yanvar hadisələrində Bakı buxtasında dənizçilərin öz əməlləri ilə yazdığı igidlik tarixini sistemli şəkildə araşdıran tək müəllifdir. "Kəsilməyən həyəcan fiti" və  "Bakı buxtası-20 Yanvar" kitablarında o zaman çoxları üçün müəmmalı olan məqamlar açılır.

"Dənizçi həyatı" kitabında isə Faiq Balabəyli Azərbaycan dənizçilərinin Somali sahillərində 30-a qədər qayıqda silahlı quldurun mühasirəyə aldığı gəmini qorumasını, Sarqaz dənizində üzən cavan dənizçilərimizin  Bermud üçbucağı ərazisində üzdüklərini onların öz dili ilə ustalıqla təsvir edir.

Göründüyü kimi Faiq Balabəylinin yaradıcılıq sərhədləri kifayət qədər genişdir. Faiq Balabəyli dedikdə, istər-istəməz insanın zehnində ədəbiyyat, dərin duyğulu şeir-poeziya, jurnalistika və siyasət sahəsi, oradan isə ucsuz-bucaqsız dalğalı dəniz üzərində üzən gəmi və gəminin kapitanı canlanır. Bu, əslində onun həyatda çoxşaxəli bir insan olması ilə bağlı olan bir məsələdir. Çünki bu dəyərli insan şeir və poeziyada olduğu kimi, həm də jurnalistika və siyasət, həmçinin gəmiçilik sahələrində peşəkarlıq qazanmış çoxşaxəli fəaliyyəti olan bir şəxsiyyətdir. Bu baxımdan Faiq müəllim həyatda tək bir insan olsa da, əslində bir neçə sahədə sərgilədiyi peşəkarlığa görə sözün müsbət mənasında bir neçə insan və bir neçə şəxsiyyət kimi özünü təsbit etmişdir. O, şeir və poeziyanı dənizə, dənizi ədəbiyyata, hər ikisini də jurnalistika və siyasət sahələrinə aparıb birləşdirən bacarıqlı  həmyerlimizdir. Bütün bunlar onun həyatda daxili zənginliyindən, bir şəxsiyyət olaraq əhatəli bacarığından xəbər verir.

Bu dəyərli şəxsiyyət həyatda xüsusi bacarıqları ilə yanaşı həm də gözəl ziyalı, xüsusilə də, öz milli kimliyinə möhkəm bağlı olan türkçü, dövlətçi və vətənpərvər insandır. Bütün bunlar onu çoxsaylı insanlar tərəfindən sevdirən, böyük hörmətə layiq görən xüsusiyyətləridir.

Samir Əsədli

VHP sədrinin müavini








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031