KÖHNƏ VERSİYA            

Avropanın Cənubi Qafqaz siyasətində təzadlar...

Image

Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatası 10 oktyabr 2024-cü ildə Azərbaycanı əsassız olaraq hədəfə alan və Cənubi Qafqaz regionunda real vəziyyəti bilərəkdən təhrif edən iki qətnamə qəbul edib. Azərbaycan cəmiyyəti ilə bərabər Milli Məclis də bu qətnamələri qərəzli siyasi aktlar kimi qətiyyətlə pisləyir və rədd edir.

Yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa xidmət etmir, əksinə, yaxın tariximizə aid olan aşkar faktları təhrif edir, regionda mövcud olan bu günkü reallıqları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşma ortaya qoyur. Niderland Krallığı Parlamentinin bu yanaşmasını ən azı beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətsizlik adlandırmaq olar.

Bu qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz siyasətində ayrıseçkilik xarakterli yanaşmaya əsaslandığını nümayiş etdirir.

Torpaqlarımızın 30 il işğal altında qaldığı müddətdə Niderland höküməti də digər Avropa dövlətləri kimi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına reaksiya verməmişdi, əksinə iddiaların üstüörtlü şəkildə dəstəklənməsindən ibarət dövlət siyasəti yeritmişdi. Doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırım aktlarına məruz qalmış azərbaycanlıların hüquqları heç zaman etiraf olunmamışdı və sayı 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunması zəruriliyi heç zaman heç bir Avropa parlamentinin müzakirəsinə çıxarılmamışdır.

Bu günlərdə Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib ki, bu ölkə Ukraynaya hərbi yardım göstərmək üçün ümumilikdə 10,4 milyard avro vəsait ayırıb və bu məbləğin artıq təxminən 4 milyardı təyinatı üzrə xərclənib. Təbii ki, Ukrayna hərbi təcavüzün qurbanı olduğu, əraziləri işğal altına düşdüyü, dinc şəhərləri yerlə-yeksan edildiyi, mülki əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşməyə məcbur olduğu üçün Niderland ondan köməyini və dəstəyini əsirgəmir. Azərbaycan Niderlandın Ukraynaya dəstəyini alqışlayır və özü də dönmədən Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir.

Azərbaycan Ukraynaya humanitar yardım göstərib və göstərməkdə davam edir. Hazırda daha bir qrup ukraynalı uşaq ölkəmizdə müalicə olunur, reabilitasiya kursu keçir. Və bu yaxınlarda Azərbaycanın Laçın şəhəri ilə Ukraynanın İrpen şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanıb. Bütün bunlar Ukrayna torpaqlarının işğal cəhdinə qarşı dünya birliyinin, o cümlədən ayrı-ayrı dövlətlərin adekvat münasibətindən irəli gəlir.

Amma 30 il ərzində Azərbaycan da eyni və bəlkə də daha ağır vəziyyətdə olub. Ermənistan Azərbaycan ərazisinin 20 faizini bu illər ərzində işğal altında saxlayıb. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, hərbi əməliyyatlar zamanı 20 mindən çox azərbaycanlı həlak olub, 50 mindən çox insan sağlamlığını itirib. 1988-1993-cü illərdə ümumilikdə 900 qəsəbə, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey eksponatları, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıntılara məruz qalıb və ya tamamilə məhv edilib. Hollandiyada da çox yaxşı bilirlər ki, insanlığa sığmayan bu dəhşətlər Ermənistanda deyil, məhz Azərbaycanda yaşanıb.

Amma Azərbaycan torpaqlarında törədilən bu cinayətlərə görə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü il aprelin 30-da 822 saylı, 1993-cü il iyulun 29-da 853 saylı, 1993-cü il oktyabrın 14-də 874 saylı və nəhayət, 1993-cü il noyabrın 11-də 884 saylı Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz olaraq çıxarılmasını tələb edən qətnamələr qəbul edilsə də onlar icra olunmayıb. Avropa Siyasi Birliyinin üzvü kimi Niderland Krallığı Parlamenti tərəfindən bu ədalətsizliyə göz yumulması indi onu Azərbaycana qarşı hər hansı iddialar səsləndirmək hüququndan məhrum edir. Niderland Parlamentinin qətnamələrində söhbət hansısa qeyri-müəyyən iddialardan yox, birbaşa reallığın təhrifindən gedir.
Şübhə yoxdur ki, Niderland millət vəkilləri bilirlər ki, Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə Ermənistanın deyil, məhz bizim ölkəmizin ərazisində aparılıb. Ötən ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində keçirilən bir günlük antiterror əməliyyatı da məhz Azərbaycan ərazisində yaradılmış qeyri-qanuni quldur rejiminin tərk-silah olunması üçün keçirilmişdi. Bu tədbirlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi beynəlxalq hüquq normaları çərçivəsində bərpa olundu. Niderlandın bu gün yaxından kömək etdiyi Ukrayna da məhz belə bir nəticə əldə etmək uğrunda mübarizə aparır. Bəs niyə Niderland parlamenti və höküməti beynəlxalq birliyin bərabərhüquqlu üzvləri olan Azərbaycan və Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsinə bu qədər fərqli münasibət sərgiləyir?!

44 günlük müharibə zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə təkcə savaş bölgələrinə deyil, Azərbaycanın dinc şəhərlərinə də raket zərbələri endirilib. O cümlədən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistan tərəfindən 5 dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə nəqliyyat vasitələrinə və mülki infrastruktura ciddi ziyan dəyib. Ümumilikdə, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə zamanı Azərbaycanın 93 dinc sakini ( 54 kişi, 27 qadın və 12 uşaq olmaqla) həlak olub, 444 nəfər (268 kişi, 109 qadın və 67 uşaq olmaqla) isə yaralanıb.

Bütün bunlar Ermənistanın hazırkı rəhbərliyinin göstərişi ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlərdir. Amma Niderland Krallığı Parlamentində bütün bu vəhşilikləri törətmiş Ermənistana qarşı heç vaxt heç bir qınağa və ya sanksiya çağırışlarına rast gəlinməyib. Əksinə, BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində hərəkət edən ölkəmizə qarşı haqsız ittihamlar irəli sürülüb. Keçən ilin 19-20 sentyabr günlərində keçirilmiş anti-terror tədbirləri nəticəsində 30 ildən çox Azərbaycanın Qarabağ bölgəsində quldurluq edən və orada yaşaan erməni əhalisini də öz çirkin siyasi oyunlarının girovunda saxlayan separatçılar həbs olunub və Bakıya gətiriliblər. Onlar terrorçuluğu maliyyələşdirməkdə, qanunla nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılmasında və separatçılıq fəaliyyətində ittiham olunurlar.

Bütün Avropa ölkələrində olduğu kimi, onlar da uzun illər ərzində Azərbaycanda törətdikləri ağır cinayətlərə görə məhkəmə tərəfindən mühakimə olunacaqlar. Ən yaxın keçmişimizdə İspaniyada Kataloniya separatizminə qarşı belə məhkəmələr keçirilib və separatçılar 25 ilədək azadlıqdan məhrumiyyətə məhkum olunublar. Ukrayna ərazisində qeyri- qanuni olaraq yaradılmış DNR və LNR kimi separatçı qruplaşmaların rəhbərləri ilə bağlı belə məhkəmələr keçirilib və onların hamısı haqqında qiyabi olaraq həbs cəzası təyin edilib. Amma eyni ədalət tərəzisinə qarşı Azərbaycana təzyiq və təhdid göstərilir. Hadisələrə eyni yanaşmaya görə Azərbaycan Niderland Krallığı tərəfindən ittiham olunur, Ukrayna isə dəstəklənir.

Bu faktlar Niderland hökümətinin Azərbaycana qarşı qərəzli və düşmən münasibətinin göstəricisidir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yuman, Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi bu ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur.

Əlbəttə, Niderland parlamenti tərəfindən Azərbaycan və Ukraynaya qarşı heyrətamiz dərəcədə fərqli yanaşmaları özündə əks etdirən başqa çoxsaylı faktlar da sadalamaq olar. Lakin zənnimcə bütün bu deyilənlər – Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələrinə dair qənaətlərin təhrif edilməsi, təcavüzə və işğala məruz qalan ölkəmizə qarşı əsassız ittihamlarla bağlı Azərbaycan cəmiyyətinin Niderland Parlamentinə ünvanladığı neqativ reaksiyaları anlamaq üçün kifayətdir. Digər tərəfdən, bütün bu deyilənlər Azərbaycan cəmiyytində Avropa və Avropa ölkələrinin bölgəmizlə bağlı apardığı ikiüzlü və heç də dost olmayan siyasətin dərk edilməsi üçün də kifayətdir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı 













VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031