KÖHNƏ VERSİYA            

Astanada Aznavura 100 illik keçirilir - ömrü boyu türk düşməni olmuş birinə...

Image

Qazaxıstanda 30 min erməni yaşadığı halda, Ermənistanda yaşayan qazaxları barmaqla saymaq olar, niyə..?

Son zamanlar Ermənistanla türk dünyasının ən böyük dövlətlərindən olan Qazaxıstanın əlaqələri genişlənməkdədir. Sözsüz ki, bu əlaqələrin təşəbbüskarı Ermənistandır. Amma Qazaxıstan da buna qarşılıq verir. 

Məsələn, bu ilin avqust ayında Qazaxıstanda keçirilən biznes forumda Ermənistandan 50 iş adamı iştirak edirdi. Həmin erməni sahibkarlar qazaxıstanlı həmkarları ilə yüzlərlə biznes müqavilələri bağlayıb.

Ötən il 2022-ci ilə nisbətən Ermənistanla Qazaxıstan arasında ticarət dövriyyəsi 2,4 dəfə artaraq 104 milyard dollara çatıb. İndiki templə davam etsələr bu il iki dövlət arasında ticarət dövriyyəsi 200 milyard dollara çata bilər.

Qazaxıstandan Ermənistana kənd təsərrüfatı və ərzaq məhsulları, elektrik akkumulyatorları ixracında artım müşahidə olunub. Ermənistandan Qazaxıstana isə idxalın əsasını maşın və avadanlıqlar, laklar, boyalar, dərman vasitələri təşkil edib.

Bu günlərdə isə Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Qazaxıstanın paytaxtı Astanada rəsmi səfədə olub.

Qazaxıstana səfər çərçivəsində Ermənistan prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, Ermənistan Respublikası Milli Assambleyasının deputatı, parlamentin Ermənistan-Qazaxıstan dostluq qrupunun rəhbəri Vaqarşak Akopyan, Ermənistanın Qazaxıstandakı səfiri Armen Gevondyan və başqaları daxildir.

Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan oktyabrın 14-16-da Qazaxıstanda olan Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyanın nümayəndə heyətinin tərkibində tədbirlərdə iştirak edib. Qazaxıstanda Ermənistanın Mədəniyyət Günləri çərçivəsində erməni əsilli fransız müğənnı-bəstəkar Şarl Aznavurun 100 illiyinə həsr olunmuş konsert keçirilib. Halbuki, Şarl Aznavur ömrü boyu ermənilərin türk dünyasına qarşı düşmənçiliyini dəstəkləyib və ciddi səkildə təbliğ edib. Lakin bu gün belə bir türk düşməni olan Şarl Aznavurun 100 illiyinin Qazaxıstanda qeyd edilməsi türk dünyasına təhqirdir. Qazaxıstan hakimiyyəti bu cur məsələlərə həssas yanaşmalı, ondan asılı olan Ermənistanın türk dünyasını Astanada təhqir etməsinə imkan verməməlidir. Fikrimizcə, Azərbaycan hökuməti doscasına bunu Qazaxıstan rəhbərliyinin diqqətinə çatdırmalıdır. Bəlkə də Qazaxıstanda heç hökumət səviyyəsində belə bilən yoxdur ki, Şarl Aznavur kimdir. Əminik ki, Qazaxıstan rəhbərliyi Şarl Aznavurun kimliyi barədə dolğun məlumata malik olsa idi, belə bir tədbirin ölkənin bas kəndində keçirilməsinə razılıq verməzdı.

O ki qaldı Ermənistan-Qazaxıstan məhəbbətinin səbəblərinə, burada da erməni hiyləsi öz işini görür. Məlum olduğu kimi, Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) ən çox bəhrələnən ölkədir. Aİİ ölkələri ilə intensiv iqtisadi əlaqələr hesabına Ermənistan 2022-ci ildə ÜDM-i 9 faiz, 2023-cü ildə isə 8 faisə qədər artıra bilib. Bu il də ciddi artımın olacağı gözləniləndir. Lakin Ermənistan çox gözəl bilir ki, Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda haçansa o Aİİ-dən qovula bilər. Ona görə də Ermənistan Aİİ çərçivəsində hansi ölkələr ona daha çox dividend verə bilirsə, həmin ölkələrlə ikitərəfli münasibətləri sürətlə inkişaf etdirmək istəyir ki, İrəvan Aİİ-dən qovulanda heç olmasa ikitərəfli münasibətlər çərçivəsində əvvəlki iqtisadi əlaqələri qorumaq mümkün olsun. Yəni Ermənistan-Qazaxıstan izdivacının təşəbbüskarı rəsmi İrəvandır. Sözsüz ki, Qazaxıstan da Ermənistanın istehlak bazarından bəhrələnir. Bununla yanaşı, Ermənistan Qazaxıstana vəd edir ki, gələcəkdə avropali tərəfdaşlarının dəstəyi ilə Çin-Qazaxıstan-Rusiya-Gürcustan-Ermənistan-Türkiyə-Avropa dəmir yolu dəhlizinin inşasına nail ola biləcək. Lakin bu da Ermənistanın baş tutmayan xülyasıdır. Bununla Ermənistan Qazaxıstanı özünə cəlb etmək istəyir. Çünki bu dəhlizə alternativ daha səmərəli nəqliyyat dəhlizləri var. Bu dəmir yolu dəhlizinin yalnız Böyük Qafqaz sıra dağlarından keçməsi üçün 5-6 milyard dollar sərmayə tələb edilir. Belə xərcin altına isə hec bir investor girməz.

Sonda bir məsələni də vurğulamaq istərdik ki, bu gün Qazaxıstanda 30 minə yaxın erməni yaşadığı halda, Ermənistanda yaşayan qazaxları barmaqla saymaq olar. Bu nədən belədir - bu suala Qazaxıstan hakimiyyəti cavab tapmağa çalışmalıdir. Amma görünən odur ki, ermənilər özlərini yalnız Azərbaycanın deyil, bütün türk dünyasının düşməni hesab edir - "Axber, hayes, türkes?" (erməni dilindən tərcümədə "Qardaş, ermənisən, yoxsa türk?" anlamını verir - red.).

Akif NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031