Almaniyadan qərar - bu təşkilata 360 milyon avro ayıracaq
Almaniya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) azı 360 milyon avro verəcək. Bu barədə Almaniya kansleri Olaf Şolts Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxışı zamanı deyib.
"Almaniya ÜST-nin davamlı maliyyələşdirilməsini də dəstəkləyir. Buna görə də mən bu gün sizinlə Almaniyanın ÜST-ə ümumilikdə ən azı 360 milyon avro töhfə verəcəyini bölüşməkdən məmnunam", - Şolts bildirib. Eyni zamanda başqalarını da Almaniyadan nümunə götürməyə çağırıb.
Mətləb Salahov