Ermənıstan yaxınlarda 10 noyabr 2020- ci il bəyanatındakı imzadan imtina edəcək...
"Paşinyan özünün "Dünya kəsişməsi" layihəsinə həsr olunmuş konfransda "Azərbaycan niyə 10 noyabr sənədinin yalnız 9- cu maddəsindən yapışır, məgər digər maddələrin hamısı icra olunub?!" kimi ritorik sualla çıxışının sonrakı hissələrinə keçib. Məsələn, daha sonra sorğu edib: "Hanı Laçın dəhlizi, hanı Arsax, hanı əsir, itkin ,girov və başqa saxlanan şəxslərin dəyişdirilməsi, hanı qaçqın və köçkünlər hanı sülhməramlılar?!"..."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Paşinyan bu suallarla öz aləmində rəy yaratmaq istəyib ki, 10 noyabr sənədinin tək 9-cu yox, heç bir maddəsi icra olunmayıb və bütünlüklə sənədi Azərbaycanla Rusiya pozub. Təbii ki, Paşinyan konfransda " birqapı" prinsipi ilə oynadığı üçün alternativ fikirlər eşitmədi. Ancaq tutarlı əks alternativlər var.
1.Sülhməramlılar haradadır? Paşinyan özü Dağlıq Qarabağı Azərbaycan kimi tanıyandan sonra orada sülhməramlılara daha nə ehtiyac qalırdı?
2 .Laçın dəhlizi haradadır?Azərbaycanın bu dəhlizi açıq saxlanmasından sui- istifadə edərək Ermənistan 2020 - ci ilin noyabrından 2022- ci ilin dekabrınadək Qarabağa yüz minlərlə minalar, silah, texnika daşıdısa, bəs Laçın dəhlizi harada olmalı idi?
3." Arsax" haradadır? Cəhənnəmdə. Və Azərbaycanın təklif etdiyi reinteqrasiya layihəsini kənara ataraq erməniləri dəstə ilə çəkib Yerevana aparandan sonra "Arsax" "cəhənnəmdən" başqa harda olmalı idi?!
4.Köçkün və qaçqınların BMT himayəsində qaytarılması harada qaldı? Bəs 88- 89- cu illərdə Qərbi Azərbaycandan qovulmuş 300 min azərbaycanlının məsələsini heç alıb - satmayanda bilmirdiniz ki, erməni " qaçqın - köçkünlər " harada olacaq?!
5.Əsir və girovlar haradadır?10 noyabr sənədi ilə atəşkəs elan olunandan sonra meşələrdə müqavimət göstərərən və ələ keçirilmiş quldurları "hərbi əsir" adlandıranda bilmirdiniz ki, belə hərbi əsir olmur?!
Məncə, Paşinyan yaxın günlərdə 10 noyabr 2020- ci il üçtərəfli bəyanatdakı imzasından imtina edəcək.
Bizə daha yaxşı....İşimizi daha yaxşı bilərik".
Mətləb