Rusiya ordusu Ukraynanın polad sənayesini tam çökdürür - o bölgə də itirilsə...
Ukrayna polad sənayesini tamamilə itirmək risqi ilə üzləşib. Buna səbəb isə Rusiya Silahlı Qüvvələrinin Pokrovska (Krasnoarmeysk) doğru irəliləməsidir.
“The Economist” yazır ki, Pokrovskda polad istehsalı üçün lazım olan koksun hasil edildiyi mədən var. Ukraynanın polad sənayesini məhv etmək üçün Rusiya qüvvələrinin sadəcə olaraq mədənin elektrik təchizatını kəsməsi və kömürün polad zavodlarına daşındığı marşruta nəzarət ələ keçirməsi kifayəttdir.
Həmçinin bildirilir ki, 2023-cü ildə Ukrayna polad istehsalı üzrə dünya reytinqində 14-cü yerdən 24-cü yerə düşüb.
TAHİR