Azərbaycan səfiri ABŞ komissiyasında siyasi korrupsiyanı dəlillərlə ifşa etdi
Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşü zamanı qurumun işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim edib.
Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Dünən ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının üzvləri ilə görüşüm zamanı onlara işlərinin səlibçi zehniyyətinin, islamofobiyanın və siyasi korrupsiyanın məhsulu olduğuna dair açıq dəlillər təqdim etdim.
Bundan əlavə, onlara bu yaxınlarda yazdığım məktubda ABŞ-də dini tolerantlığın pisləşməsi fonunda köməyimizi təklif etdim”, - deyə səfir vurğulayıb.
During my meeting with @USCIRF Commissioners yesterday, I presented clear evidence of their works being a product of Crusader mentality, Islamophobia & political corruption.
— Khazar Ibrahim (@hazar_khazar) December 5, 2023
Also, in my recent letter to them, I offered our help to promote deteriorating religious tolerance in… https://t.co/ILjEjdzmEw
TAHİR