"Uyğunlaşma üçün işlər görülüb ki, ölkələr öz gələcəklərinə sərmayə qoya bilsinlər" - Baydenin müşaviri
Uyğunlaşma, həmçinin fiskal məkanı yaxşılaşdırmaq üçün işlər görülüb ki, ölkələr öz gələcəklərinə sərmayə qoya bilsinlər və lazım gəldikdə fəlakətlərə cavab versinlər.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı deyib.
O qeyd edib ki, ABŞ Prezidenti Co Bayden 2021-ci ildə uyğunlaşma üçün ABŞ və milli səviyyəli maliyyəni 6 dəfə artırmağı vəd etdi ki, 2024-cü ilə qədər ildə 3 milyard dollara çata bilərik, biz bunu etməyə hazırıq.
“Qeyd edim ki, həmin maliyyə ekstremal hava hadisələrinin xərclərini əhəmiyyətli dərəcədə azalda bilən inkişaf etməkdə olan ölkələr üçün mövcud olan erkən xəbərdarlıq vasitələrinin yaradılmasını əhatə edir.
On ildən artıqdır ki, ABŞ inkişaf etməkdə olan ölkələrə öz milli uyğunlaşma planlarını formalaşdırmaq və həyata keçirmək üçün resurslar təqdim edir”,- deyə o bildirib.