Tramp seçici dəstəyinə görə Kamala Harrisi üstələyir - ən son rəy sorğusu açıqlandı
ABŞ-da prezidentliyə namizəd respublikaçı Donald Tramp seçicilər arasında dəstəyinə görə Demokratlar partiyasından olan əsas rəqibi vitse-prezident Kamala Harrisi iki faiz üstələyir. Bunu “Rasmussen Reports” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Sorğu iştirakçılarının 48 faizi noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı, 46 faizi isə Kamala Harrisi dəstəkləməyə hazır olduqlarını deyib. Respondentlərin 3 faizi isə onların heç birini dəstəkləmədiyini və başqa namizəd olarsa, ona səs verəcəklərini bildirib. “Rasmussen Reports” mərkəzinin əvvəlki sorğusu zamanı Donald Trampa dəstək 49 faiz, Kamala Harrisə dəstək isə 47 faiz olub.
Mətləb Salahov