Kiyev meri Zelenskiyə qarşı çıxdı - Ukrayna avtoritarizmə doğru gedir...
Vitali Kliçkonun sözlərinə görə, Ukrayna avtoritarizmə doğru irəliləyir və hər şeyin bir nəfərin şıltaqlığından asılı olduğu Rusiyadan bəlkə də artıq fərqlənmir. Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Kiyev meri Almaniyanın “Spiegel” nəşrinə müsahibəsində bildirib.
“Hər şeyin bir nəfərin şıltaqlığından asılı olduğu Rusiyadan nə vaxtsa fərqlənməyi dayandıracağıq. İndi yalnız bir müstəqil qurum var – yerli hökumət, lakin ona böyük təzyiqlər var”, – Kliçko bildirib.
Kiyev merinin sözlərinə görə, müharibənin ilk aylarında ölkə lidersiz idi, açıq-aydın xaos hökm sürürdü və merlər rəy liderləri kimi əsas rol oynayıb, xalqa və hərbçilərə şəhərləri qorumaqda köməklik edirdilər, lakin prezident aparatında, Kliçkonun fikrincə, merlər ölkədə güc strukturlarının mərkəzləşdirilməsinə maneə kimi baxılır.
Jurnalistin Ukraynada demokratiya üçün ciddi təhlükənin olub-olmaması sualına Kliçko belə cavab verib.
Eyni zamanda Kiyev meri bəyan edib ki, irimiqyaslı müharibə başlayandan bəri prezident Vladimir Zelenski ilə bir dəfə də olsun görüş və telefon danışığı olmayıb.
TAHİR