KÖHNƏ VERSİYA            

Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

Image

Sünnət İcbari Tibbi Sığorta hesabına təminata alınıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib. Qeyd edilib ki, cari ilin 6 ayı ərzində İcbari Tibbi Sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

Bu əməliyyatlar İcbari Tibbi Sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

Sünnətdənsə, olduqca ağır və bahalı müalicə tələb edən onkoloji xəstəliklər İcbari Tibbi Sıortaya daxil edilsəydi daha yaxşı olardı. Çünki sünnət elə bir məsələdir ki, bunu hər valideyn öz vəsaiti hesabına  etdirə bilər. Çox təəssüf ki, son zamanlar abort, sünnət kimi məsələlər İcbari Tibbi Sığortaya salınıb.

Olmaz idmi ki, bunların əvəzinə onkoloji xəstəliklər İcbari Tibbi Sığortaya salınsın? Çünki bu elə bir dəhşətli xəstəlikdir ki, ona hansısa formada dövlətin dəstəyi vacibdir. 

Məlum olduğu kimi, dəfələrlə bu məsələ gündəmə gəlsə də, onkoloji xəstəlik tam olaraq İcbari Tibbi Sığortaya daxil edilməyib, bu xəstəliklə bağlı İcbari Tibbi Sığortaya daxil edilən məsələ isə əsasən müayinə ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən mətbuata bildirilib ki, İcbari Tibbi Sığorta orqanizmdə xərçəngə çevrilmə risqi yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Bildirilib ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir.

Bunlar öz yerində. Amma bütövlükdə onkoloji xəstəliklərin müalicəsinin, əməliyyatların İcbari Tibbi Sığorta hesabına aparılması daha məqsədəuyğundur. Minlərlə insan bu ölümcül xəstəliklə mübarizə apardığı şəraitdə bu məsələ xüsusilə diqqətdə olmalıdır. 

Adil Qeybulla: “Əsas məsələ onkoloji və şəkərli diabetli xəstələrin icbari tibbi sığortaya salınmasıdır” 

Professor Adil Qeybulla “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə onkoloji, şəkərli diabetli, vərəmli xəstələr dövlət proqramı ilə müalicə olunur. “İcbari Tibbi Sığortaya ilkin keçiddə dövlət proqramında olmayan xəstəliklər salındı. Xəstəliklər icbari tibbi sığortaya daxil edildikcə mərhələ-mərhələ həmin dövlət proqramları ləğv olundu. Hesab edirəm ki, onkoloji xəstəliklər də İcbari Tibbi Sığortaya düşəcək. Sadəcə bu, zaman məsələsidir. Yaxşı olardı ki, bəri başdan düşərdi. Lakin fikrimcə, onkoloji xəstəliklər də İcbari Tibbi Sığortaya düşməlidir. Burda çətinlik odur ki, onkoloji xəstəliklərin həm müayinəsi, həm də müalicəsi kifayət qədər vəsait tələb etdiyinə görə bu xəstələrin İcbari Tibbi Sığortaya salınması üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait yetərincə olmalıdır. Çünki bu xəstələrin effektiv müalicə alması üçün bu vacibdir. Yəqin ki, onkoloji xəstəliklər də sığortaya düşəcək. Vətəndaşların buna çox ciddi ehtiyacı var. Bununla bağlı gözləntilər də yetərincədir”.

A.Qeybulla sünnətin İcbari Tibbi Sığortaya daxil edilməsinə də münasibət bildirdi. Qeyd etdi ki, bu daha çox dini mahiyyət daşıyan ayindir, dindən gələn bir məsələdir. “Düzdür, sünnət cərrahi əməliyyat kimi bir sıra hallarda yerinə yetirilir. Amma bunun kütləvi olaraq dini bir ayin kimi yerinə yetirilməsinə tibbi baxımdan baxışlar, yanaşmalar əsasən müəmmalıdır. Hər halda, biz müsəlman dövlətiyik və bu da kütləvi tətbiq olunan bir adətdir. Son vaxtlar sünnət zamanı müəyyən ağırlaşmalar olduğuna görə İcbari Tibbi Sığortaya salınıb. Hər halda bu, vətəndaşlar üçün pis deyil. Amma yenə deyirəm, əsas məsələ onkoloji və şəkərli diabetli xəstələrin İcbari Tibbi Sığortaya salınmasıdır. Hansı xəstəliklər ki çox böyük xərc aparır, ağırlaşmaları olur, o xəstələrin ciddi müalicəyə ehtiyacı var, onların Dövlət Proqramından çıxarılıb İcbari Tibbi Sığortaya salınması artıq zaman məsələsidir. İnsanların bununla bağlı gözləntiləri və buna ehtiyacları var”-deyə A.Qeybulla bildirdi.    

Aydın Əliyev: “Bu olduqca aktual məsələlərdəndir” 

Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyev də “Bakı-Xəbər”ə bildirdi ki, onkoloji xəstəliklər İcbari Tibbi Sığorta zərfində yer almalıdır.  “Bu olduqca aktual məsələlərdəndir. Mən də, xüsusən abortların və sünnətin tibbi sığortaya salınmasının tərəfdarı deyiləm. Lazımı insanlara lazımı təşkilatların vasitəsilə bu işləri pulsuz edə bilərlər. Bu o demək deyil ki, mən onların da tibbi sığortaya daxil edilməsini istəmirəm. Yox. Amma bu gün cəmiyyətimizdə daha ağır xəstəliklər mövcuddur, əsas diqqət onlara yetirilməlidir. Ən ciddi xəstəliklərdən biri hətta gənclər arasında yayılan onkoloji xəstəliklərdir. Onkoloji xəstəlikləri genetik, irsiyyətdən başqa ekoloji mühitin çox çirkli olması da yaradır. Dünyada da, bizdə də ekoloji çirklənmə, içdiyimiz suyun, qidaların keyfiyyətsizliyi, siqaret, alkoqol içkilər, kömpüter və telefonlardan düzgün istifadə etməmək, şüalar və sair insanın bədənində olan hüceyrələrin mübadiləsini dəyişdirir. Bədən keyfiyyətsiz məhsulları normal qəbul edə bilmir, nəticədə ayrı maddələr yaranır. Bədənimizə uyğun olmayan bu  maddələr də müxtəlif xəstəliklərin armasına səbəb olur. Görürsüz, ürək-qan damar xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər nə qədər çoxalıb. Bəli, hamısı göstərir ki, mütləq onkoloji xəstəliklərə də tibbi sığorta tətbiq olunmalıdır. Buna böyük ehtiyac var. Mən də o fikirdə olanlardanam ki, bəli, onkoloji xəstəliklərin müalicəsi də İcbari Tibbi Sığorta vasitəsilə həyata keçirilməlidir”. 

A.Əliyev qida amilini xüsusi vurğulayaraq qeyd etdi ki, qidalar yerli qidalar olmalıdır, insanlar yaşadıqları yerin qidalarını qəbul etməlidir. Qidaların keyfiyyətsizliyinin xəstəliklərə səbəb olduğunu deyən mütəxəssis qeyd etdi ki, keyfiyyəti olmayan qidalar hətta insanların əsəbinə təsir edir, onları gərginləşdirir. “Həmişə hər yerdə bir düstur yayıram: təbiət+insan= sağlamlıq. Yəni insanın təbiətlə, torpaqla nə qədər çox əlaqəsi olarsa insan onda sağlam yaşayar.

Onkoloji xəstəliklərin hansı səbəbdən İcbari Tibbi Sığortaya daxil edilmədiyini soruşursuz. Bunu mən deyə bilmərəm. Ehtimalıma görə, bu, onkoloji xəstələrin sayının çoxluğu ilə bağlıdır. Bir amili də deyim ki, xüsusən də klinikalarda onkoloji xəstələrin ödənişi həddən artıq çox olur, bu, müalicəsi böyük xərc tələb edən xəstəlikdir. Bu amillər də şərtdir. Buna görə də, həyatın tələbidir ki, onkoloji xəstəliklərin müalicəsi də İcbari Tibbi Sığortaya keçirilsin”-deyə A.Əliyev bildirdi.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü - FOTO/YENİLƏNDİ

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

SON XƏBƏRLƏR

06.01.2025 | 14:41
ATƏT PA Prezidenti Gürcüstana səfərini təxirə saldı...

06.01.2025 | 14:21
BNMİ əməliyyat keçirdi, yeni ilin ilk günündə 30 kiloqram narkotik tutuldu - FOTO/VİDEO

06.01.2025 | 14:06
Səhiyyə Nazirliyindən yeni yayılan metapnevmovirusla bağlı açıqlama...

06.01.2025 | 13:40
"Azərbaycan vətəndaşlarının təyyarə qəzasında həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir" - Prezident

06.01.2025 | 13:35
Prezident İlham Əliyev: "Biz təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik"

06.01.2025 | 13:33
DİN saxta kirayə ev elanları ilə bağlı vətəndaşlara müraciət etdi - ehtiyatlı olun...

06.01.2025 | 13:27
"Azərbaycan dövləti öz oğul və qızlarının qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib" - Prezident

06.01.2025 | 13:17
Bakıda avtomobil qaçıran keçmiş məhkum saxlandı

06.01.2025 | 13:03
Бербок решила не оставить Сирию в покое - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.01.2025 | 12:47
Martda 16 gün iş olmayacaq...

06.01.2025 | 12:30
Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

06.01.2025 | 12:18
Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır...

06.01.2025 | 12:07
Kəskin hava şəraiti Ermənistanın Rusiyaya yolunu bağladı...

06.01.2025 | 12:00
Ötən ay dövlət sərhədini pоzan 32 nəfər saxlanılıb

06.01.2025 | 11:30
“Amin Mərdəkanski”ni öldürməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısında

06.01.2025 | 11:30
Suriya uğrunda savaş qızışır – Rusiya da oyunun içindədir...

06.01.2025 | 11:15
Blinken Seulda Koreya rəsmiləri ilə görüşüb

06.01.2025 | 11:10
Beynəlxalq Türk Akademiyasının prezidenti Mədəniyyət Nazirliyində olub

06.01.2025 | 11:03
İranın Azərbaycana qarşı yeni təxribatının səbəbi nədir? - CANLI

06.01.2025 | 11:00
Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü - FOTO/YENİLƏNDİ

06.01.2025 | 10:45
Magistraturaya sınaq imtahanına qeydiyyat bu gün başa çatır

06.01.2025 | 10:20
Qəzza zolağında öldürülən jurnalistlərin sayı açıqlandı -şok rəqəm!

06.01.2025 | 10:15
Daha 5 nəfər dəm qazından zəhərlənib- bu dəfə Sumqayıtda...

06.01.2025 | 10:10
Qusarda iki avtomobil toqquşub, xəsarət alanlar var

06.01.2025 | 10:05
Bu ölkədə prezidentin həbs olunması polisə tapşırıldı

06.01.2025 | 10:00
Ursula fon der Lyaye MƏHKƏMƏ QARŞISINDA - 35 milyard avrodan çox korrupsiya işi!

06.01.2025 | 09:30
Zığ yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

06.01.2025 | 09:30
Bayden Putini ŞOKA saldı - "47 ildir onu tanıyıram"...

06.01.2025 | 09:20
"Yollarda məsuliyyətli olmağa çağırırıq" - yol polisindən sürücülərə və piyadalara müraciət

06.01.2025 | 09:15
Donuz qripi QAPIDA - "Bu xəstəlik sürətlə yayılır və artıq xüsusi xəbərdarlıq olunub"

06.01.2025 | 09:10
Castin Trüdo istefaya gedir

06.01.2025 | 09:05
Yeni ilin ilk iş həftəsi tıxaclarla başladı...

06.01.2025 | 09:00
"Terror problemi Türkiyənin gündəmindən çıxarılacaq" - Ərdoğan Trabzonda bəyan etdi

05.01.2025 | 20:44
Kurskda qanlı döyüşlər gedir - Ukrayna ordusu rusları dayandırmaq üçün əks-hücuma başladı...

05.01.2025 | 20:10
Paşinyan Azərbaycanın həlledici rolu barədə başa düşənlərə dərin mesajlar verdi - "2024 ən dinc il oldu..."

05.01.2025 | 17:53
Qazaxda narkokuryerlik edən şəxslər saxlandı

05.01.2025 | 17:25
İran Suriyadan sonra İraqdan da qovula bilər - Tramp Bağdada xüsusi mesaj göndərdi...

05.01.2025 | 16:47
Misir İsraillə eyni cəbhədə - Qahirə husilərə qarşı müharibə hazırlığına başladı...

05.01.2025 | 16:00
“Qalatasaray”a BƏD XƏBƏR - İkardi mövsümü bitirdi!

05.01.2025 | 15:24
YAP Mərkəzi Aparatında müşavirə keçirilib

05.01.2025 | 14:33
Azərbaycandan humanitar yardım aparan avtomobillər Türkiyə-Suriya sərhədinə çatdı

05.01.2025 | 14:18
Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlanır

05.01.2025 | 13:12
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

05.01.2025 | 12:00
Ulduz tennisçi bu turnirdən imtina etdi - səbəbi açıqlanmır...

05.01.2025 | 11:40
ABŞ-da qar qorxusu - bəzi ştatlarda fövqəladə vəziyyət elan edilib

05.01.2025 | 11:32
Meloni Trampla görüşüb - nə müzakirə etdikləri gizli qalır...

05.01.2025 | 11:00
Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanıb

04.01.2025 | 18:47
Qərbi Azərbaycan İcması Ermənistanın irqçi siyasətini ifşa etdi - Petrosyanın 1993-dəki çıxışı...

04.01.2025 | 17:53
Almaniyalı nazir Rusiyanı hərbi bazalarını Suriyadan çıxarmağa çağırdı...

04.01.2025 | 16:43
ABŞ narahatdır - Rusiya nüvə silahından istifadə edə bilər...

04.01.2025 | 16:10
Ermənistanın Baş Qərargah rəisinin keçmiş müavini 44 günlük müharibə ilə bağlı saxlandı

04.01.2025 | 14:43
Goranboyda narkokuryerlik edən 48 yaşlı qadın saxlandı - FOTO

04.01.2025 | 14:18
Qəzaya uğrayan AZAL təyyarəsilə bağlı istintaqın yekunlaşacağı son tarix açıqlandı

04.01.2025 | 13:30
Braziliyada AZAL-ın təyyarəsinin “qara qutu”larının açılmasına başlanıb

04.01.2025 | 12:55
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpıldı - ölən və yaralananlar var...

04.01.2025 | 11:00
ABŞ-dan ŞOK addım - İsrailə 8 milyard dollarlıq silah satacaq

04.01.2025 | 10:30
Ötən gün 27 cinayətin üstü açılıb - DİN açıqlama yaydı

04.01.2025 | 10:20
"Burda son mövsümümdür" - Məhəmməd Salah "Liverpul"dan gedir

04.01.2025 | 10:05
Gürcüstandan ABŞ dolları ilə bağlı YENİ QƏRAR

04.01.2025 | 10:00
Bu tarixdə Trampa qarşı məhkəmə hökmü oxunacaq - aktrisanı rüşvətlə susdurmaqda ittiham olunur..

03.01.2025 | 23:28
AZAL Bakı–Kazan reysilə bağlı iddiaları təkzib etdi

03.01.2025 | 21:49
Moskva rus qazının Avropaya nəqlinin dayandırılmasına görə ABŞ-ı günahlandırdı - bədəlini ödəyəcəklər...

03.01.2025 | 20:07
Ermənistandakı pirotexniki məmulatlar anbarında yanğın olub

03.01.2025 | 19:07
Antalyada qorxulu anlar - 4,5 bal gücündə zəlzələ oldu...

03.01.2025 | 18:38
Cənubi Koreyada gərgin anlar - prezidenti həbs etmək üçün saraya minlərlə polis və xüsusi təyinatlı yeridildi

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031