Nazir Vilayət Eyvazov Gəncədə sakinlərlə görüş keçirəcək...
Noyabrın 15-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl və Naftalan şəhər və rayonlarının sakinləri ilə görüş keçirəcək.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşə yazılmaq istəyən vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 14-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Görüşə gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.