Müharibə veteranı ölkə prezidenti və vitse - prezidentdən kömək istədi...
Surxay Salmanov:" Mənə qarşı dələduzluq edilib"
Bakının Nizami rayonu, Naxçıvanski küçəsi 2https://baki-xeber.com/55, ünvanında yaşayan, müharibə veteranı Salmanov Surxay İbrahim oğlu (tel.050 326 11 36) dələduzluq faktı ilə üzləşdiyini iddia edərək ən müxtəlif dövlət instansiyalarına, ölkə başçısına, 1- ci vitse- prezidentə, baş nazirə , ombudsmana , müxtəlif nazirliklərə , o cümlədən Bakı- xəbər media Qrupunun redaksiyasına da müraciət edir .Rəsmi poçtla göndərilmiş məktubda veteran vətəndaş dələduzluq hesab etdiyi hadisənin məzmunu barədə məlumat versə də, biz redaksiya olaraq bu faktda həqiqətən dələduzluq motivlərinin ola biləcəyini nəzərə aldıq və məsələyə hüquq- mühafizə orqanlatının müdaxilısindən öncə onu ictimailəşdirmək istəmədik.
Vətəndaş , veteran Salmanov Surxay adını çəkdiyi bir şəxslə aralarında yaranmış problem barədə Nizami rayon prokurirluğuna və Nizami rayon polis idarəsinə də müraciət etdiyini bildirir.
Bakı - xəbər adından arayış xarakterli bu xəbəri yaymaqla ölkədə heç bir vətəndaşın taleyinə və müraciətinə etinasız olmadığımızı göstəririk, Ancaq media orqanı olaraq səlahiyyətlərimizin hansı həddə kimi olduğunu da unutmuruq. Yəqin ki, Nizami rayon polis idarəsi və prokurorluq qanun çərçivəsində gərəkli addımları atacaqlar.
Bakı- xəbər.com