"Əvvəl etdiyimiz səhvləri Qarabağ Universitetində etməməliyik" - Nazir hansı səhvlərdən danışır...
Qarabağ Universitetində bizim hər şeyə yenidən başlamaq imkanımız olacaq. Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi Yığıncağında çıxışı zamanı deyib.
“Qarabağ Universitetində elm və ali təhsilin inteqrasiyası uğurlu olacaq. Əvvəl etdiyimiz səhvləri orada etməməliyik. Biz orada tələbələrimizi, tədqiqatçılarımızı, gənc alimlərimizi görmək istəyirik”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir. Ümumu yığıncaqda bir sıra təşkilati məsələlər müzakirə edilir.