"Qonşu ölkələri işğal etməklə bağlı heç bir planımız yoxdur" - Lavrov
Rusiyanın qonşu ölkələri işğal etməklə bağlı heç bir planı yoxdur, heç vaxt olmayıb və ola da bilməz. Bunu Rusiyanın xarici işlər naziri Serqey Lavrov deyib.
Lavrov Rusiyanın qonşularına qarşı aqressiv planlarının və Qərbdə bu barədə deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
XİN rəhbəri yada salıb ki, Pentaqonun rəhbəri Lloyd Ostin şəxsən dəfələrlə bəyan edib ki, ABŞ Ukraynaya dəstək verməsə, Rusiya qalib gələcək və qonşu ölkələrə hücum edəcək.
Lavrov ATƏT-in roluna da diqqət yetirib və bildirib ki, ATƏT-i dialoq platforması kimi xilas etməyə cəhd etmək olar, lakin şanslar azdır.
Lavrovun təbirincə, beynəlxalq arenada vəziyyəti ikinci soyuq müharibə dövrü adlandırmaq olmaz, çünki prinsipial fərq kollektiv Qərb ölkələrinin beynəlxalq kollektiv təhlükəsizlik sistemini məhv etmək və Ukraynadan Rusiya ilə açıq qarşıdurma üçün istifadə etmək istəyi idi.
ZÜMRÜD