Şimali Koreya ABŞ-ı şoka saldı: kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkib
Şimali Koreya ABŞ-ı şoka salan addım atıb. Məsələ burasındadır ki, Şimali Koreyaya məxsus hərbi kəşfiyyat peyk Ağ Evin, Pentaqonun və ABŞ-nin hərbi dəniz qüvvələrinin bazasının şəkillərini çəkib
Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bu barədə məlumat yayıb. Agentliyin xəbərində deyilir ki, KXDR lideri Kim Çen In artıq həmin fotoları görüb.
Hərbi kəşfiyyat peykinin ABŞ-nin daha bir neçə hərbi strateji məntəqəsinin, o cümlədən Norfolk hərbi dəniz bazasının, Nyuport tərsanəsinin və Virginiyadakı aerodromun, habelə Böyük Britaniyanın təyyarədaşıyan gəmisinin şəkillərini çəkdiyi bildirilir.
Mətləb