“Narkomaniyaya qarşı mübarizə sağlam həyat üçün təminat yaradır” - polkovnik Ramil Mustafayev
Hazırkı dövrdə narkomaniya dünyanı narahat edın ən ağır problemdir. Daha pis tərəfi odur ki, insan həyatında sağalmaz fəsadlar yaradan bəlaya meyllilik getdikcə artır.
Bir vaxt vaxtsız ölümə can atanlar 25-39 yaş həddini əhatə edirdisə, artıq bu gün 13-15 yaşlı yeniyetmə də narkotikin tamını bilir. Bu çox ağır haldır. Məlum həqiqətdir ki, hər xalqın, millətin özəyini onun gəncləri təşkil edir. Beləcə, ən qorxulu pislik bizimlə birgə addımlayır, gələcəyimiz təhlükə altına düşür.
Doğrudur, respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq mühafizə orqanları ilə bərabər, digər təşkilatlarda bir sıra işlər görür. Belə ki, vaxtaşırı izahat işləri vasitəsilə insanları xoşagəlməz vərdişlərdən uzaq olmağa çağırırlar. Amma çox təəssüf ki, dövrümüzün bəlasına qarşı mübarizə gündən-günə artsa da, narkomanların sayı bu, mübarizə ilə sankı bəhsə girir. Məhz bunu əsas götürməklə, görülən tədbirlərdə daimi dövlətdə yaşayan hər bir fərdin yaxından iştirakı borcudur.
Respublikamızın bir parçası olan dağlar diyarı Lerik rayonunda narkomanları sayı barmaq sayı ya olar, ya olmaz. Qaldı ki, rayon polisi dövlətin qərarlarını əldə əsas tutaraq “ağ ölüm” ün tam məhvindən ötrü ciddi mübarizə tədbirləri aparır. Eyni zamanda digər təşkilatları da bu işlərə cəlb edirlər. Qeyd edim ki, polisin nəzərdə tutduğu kompleks tədbirlərin əsasında rayonda fəaliyyət göstərən təhsil ocaqlarında genişmiqyaslı maarifləndirmə məsələləri başda durur. Bu günlərdə Lerik rayonu, Piran kənd tam orta məktəbində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektoru ilə birgə keçirdiyi “Sağlam gələcək naminə narkotiklərə və erkən nikahlara yox deyək” mövzusunda maarifləndirici tədbir deyilənlərin davamı idi. Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin müavini, Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
Narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verən, eləcə də erkən nikahların ağır fəsadları barədə danışın Lerik rayon Polis şöbəsinin rəisi, polkovnik Ramil Mustafayev onu da bildirdi ki, narkotik vasitələrdən istifadə ailələri dağıdır, cinayətkarlığın artmasına gətirib çıxardır. Son illər azyaşlıların narkotiklərə aludəçiliyi bilinir. Vəziyyətin ən pisi də elə budur. Onların asudən vaxtını, əyləncə sistemini maraqlı təşkil etməklə narkomanlığın yayılmasını səngitmək olar. Məktəblərdə uşaqların vətənpərvər böyüməsinə xüsusi fikir verilməli, onları daha çox idmana cəlb etmək vacibdir. Narkomaniyaya qarşı mübarizə sağlam həyat üçün təminat yaradır .
Digər çıxışlarda da yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırmaqla bərabər, həmçinin dedilər ki, narkomanların nə şəxsiyyəti, nə düşüncəsi, nə də gələcəyi olur... Tədbirin sonunda məktəbliləri mövzu ətrafında düşündürən suallara polis rəisi, polkovnik R.Mustafayev ətraflı cavab verdi.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyini üzvü