KÖHNƏ VERSİYA            

Qalib dövlətin konstitusiyası...

Image

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi.

Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. 

 Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. 

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Ali normativ hüquqi akt dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək  kimi nailiyyətlər təsbit olunmuşdur.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. Müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si  Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bununla da Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Konstitusiyanın 158 maddəsindən 48-i bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Bir çox beynəlxalq hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.

Ötən  illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində Azərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Sevindirici haldır ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş,  ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.

Qürurverici haldır ki, xalqımız Əsas Qanunun qüvvəyə minməsinin 29-cu ildönümünü qalib xalq kimi ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub.

Sevinc Qasımova
Sumqayıt şəhər prokurorunun köməkçisi,
III dərəcəli hüquqşünas







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

21 yaşlılara silah hüququ tanımaq kimlərinsə "silah biznesinə" dəstəkdən başqa bir şey deyil...

SON XƏBƏRLƏR

25.01.2025 | 22:36
Türkiyə Suriyada son və risqli hərbi əməliyyatın ərəfəsindədir - Allah saxlasın....

25.01.2025 | 22:00
Əsəd devrildi, sövdələşmə bitdi - Rusiya Suriyanın Tartus limanından geri çəkilir...

25.01.2025 | 20:03
Dünyanın ən iri beynəlxalq depozitar institutu xəbərdarlıq etdi - Rusiya aktivlərinə həbs qoyulsa...

25.01.2025 | 17:35
Rusiya XİN Ukraynada müharibənin 100 günə bitəcəyinə inamı itirir...

25.01.2025 | 17:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Davosda CGTN telekanalına müsahibəsindən görüntülər paylaşılıb - VİDEO

25.01.2025 | 16:59
12 milyard dollar - Qərb sanksiyalarına qarşı Putinlə Paşinyan gizli işbirliyi içindədir...

25.01.2025 | 16:05
Trampın Bakı-İrəvan sülh prosesinə təsir göstərmək imkanları var - bir şərtlə...

25.01.2025 | 14:41
Ermənilər eyforiyada - "Tramp Vardanyanı Bakı məhkəməsindən xilas edəcək"...

25.01.2025 | 13:50
Yaşar Güler Hikmət Mirzəyevi qəbul etdi...

25.01.2025 | 13:17
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlandı

25.01.2025 | 12:51
Azərbaycanda ev qiymətinə telefon nömrələri satışa çıxarıldı

25.01.2025 | 12:30
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

25.01.2025 | 11:43
Şəmkirdə dəhşətli qəza - 5 nəfər öldü...

25.01.2025 | 11:00
Meksika Trampa meydan oxudu - ABŞ təyyarəsinin enişinə icazə verilmədi!

25.01.2025 | 10:30
"Səbail" "Kəpəz"ə, "Sabah" "Sumqayıt"a qarşı

25.01.2025 | 10:20
Ağsuda silahlı narkokuryerlər saxlanılıb

25.01.2025 | 10:11
Prezident İlham Əliyevin Davosda çinli jurnalistlə səmimi söhbəti - VİDEO

25.01.2025 | 10:06
6 minə qədər taksi sürücüsü imtahandan uğurla keçib

25.01.2025 | 10:00
Türkiyədə daha 2 aktyor dindirilmək üçün məhkəməyə çağırıldı

25.01.2025 | 09:52
ABŞ bütün xarici yardımları dayandırdı - Dövlət Departamentindən QƏRAR

25.01.2025 | 09:33
Çinin hibrid və elektrik maşınlarında ağır problemlər üzə çıxır...

25.01.2025 | 09:30
Pentaqonun yeni rəhbəri açıqlandı - içki aludəçiliyində və qadınlara qarşı zorakılıqda ittiham olunurdu...

25.01.2025 | 09:20
Zaqatala sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb

25.01.2025 | 08:44
Rusiyaya 1.2 dollara pomidor satıb 3 dollara geri alırıq...

25.01.2025 | 00:39
“Trampın 2020-ci ildəki qələbəsi “oğurlanmasaydı” Ukraynada böhran baş verməzdi” - Putin

24.01.2025 | 23:16
Şahbaz Şərif Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşdü

24.01.2025 | 22:40
VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR?

24.01.2025 | 21:18
Makron Əlcəzairdən üzr istəmək əvəzinə bu ölkənin vətəndaşlarını həbs etdirir...

24.01.2025 | 21:02
Rusiya 800 min əsgər itirib - Tramp şok rəqəm açıqladı...

24.01.2025 | 20:47
Silahın haraya göndərilməsi də dövlət sirri sayılacaq - pərdəarxası incə mətləb...

24.01.2025 | 20:33
Delimitasiyanın ən mürəkkəb mərhələsi başlanır - Ermənistan gərginliyi toqquşmaya çevirə bilər...

24.01.2025 | 20:18
Tramp İranla münasibətləri bir nəfərə tapşırdı - Tehran Zəngəzur dəhlizinin açılmasına razılıq verə bilər...

24.01.2025 | 20:04
Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

24.01.2025 | 19:51
Avropanın qaz dilemması dərinləşir, ABŞ sıxır - Azərbaycan güclənir...

24.01.2025 | 19:39
Həyatına dəyər verən adam bu dietoloqun qrupuna qoşulmaz...

24.01.2025 | 19:25
Ermənistan bu il KTMT-dən rəsmi çıxacaq...

24.01.2025 | 19:12
İqtisadi tərəqqidə sahibkarların yeri və rolu artır...

24.01.2025 | 18:58
Ermənistanın eyni anda Aİ və Aİİ-yə üzvlüyü Mirzoyanla Lavrovu üz-üzə qoydu...

24.01.2025 | 18:45
Bakıda mühakimə edilən Vardanyanın vəkili bu yalanlarla onu daha ağır duruma salır...

24.01.2025 | 18:31
Mədəniyyət Nazirliyi Yasamalda bu fakta görə niyə cinayət işi başlatmadı?..

24.01.2025 | 18:17
Paşinyan Davosda etiraf etdi - Azərbaycan regional gücdür...

24.01.2025 | 18:04
Rusiya və İran sanksiyalarına görə Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq...

24.01.2025 | 17:50
Trampın yeni sülh formulu... OPEK-i neft qiymətlərini aşağı salmağa çağırdı – Ukraynada müharibə dərhal bitəcək...

24.01.2025 | 17:44
“Putin Trampla danışıqlara hazırdır, siqnal gözləyirik" - Kreml

24.01.2025 | 17:37
Azərbaycan alimlərinin elmmetrik bazası tələblərə cavab vermir... - MÜSAHİBƏ

24.01.2025 | 17:24
İrəvandan Moskvaya qarşı daha bir gediş - rus sərhədçiləri ABŞ-ın köməyi ilə Ermənistandan çıxarılacaq...

24.01.2025 | 17:17
AŞPA-da Azərbaycanın 10 düşmənindən biri Jurnalistləri Müdafiə Komitəsi imiş...

24.01.2025 | 17:05
Azərbaycanlılara 21 yaşda silah almaq hüququ verildi...

24.01.2025 | 17:02
Xeyirxah əməllər sahibi

24.01.2025 | 16:53
Dövlәt Ehtiyatları Agentliyinin vergidәn yayındığı ortaya çıxdı...

24.01.2025 | 16:45
“Dünya İqtisadi Forumu dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir” - Vüqar Rəhimzadə

24.01.2025 | 16:32
Zəlimxan Yaqubun 75 illik yubileyi qeyd olundu

24.01.2025 | 16:25
Ermənistan KTMT-yə dönmək niyyətində olmadığını bəyan etdi – Moskvaya mesaj...

24.01.2025 | 16:17
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib" - Nazir

24.01.2025 | 16:08
Rusiyadan Trampa çağırış – Baydenin Ukrayna səhvlərini düzəldin...

24.01.2025 | 16:05
QƏDİM TƏBABƏTƏ AİD ƏLYAZMALAR NƏŞR OLUNUR

24.01.2025 | 15:58
Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən şəxsi belə xilas etdi - VİDEO

24.01.2025 | 15:43
Dələduzluqda təqsirləndirilən şirkət rəhbəri məhkəmədə qandallandı...

24.01.2025 | 15:40
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu - FOTO

24.01.2025 | 15:27
Davos Forumu - imkanlarımızı nümayiş etdirmək üçün qlobal əməkdaşlıq platforması

24.01.2025 | 15:26
Vilayət Eyvazov: "Əldə edilmiş müsbət nəticələr Daxili İşlər Nazirliyinin əməkdaşlarını arxayınlaşdırmır"... - FOTO

24.01.2025 | 15:24
"Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyən olunub" - DİN

24.01.2025 | 15:10
Qəhrəmanlar unudulmur - FOTO

24.01.2025 | 15:00
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqqlar ödəyəcəklər? - Deputat açıqladı...

24.01.2025 | 14:47
"Aqroservis"in bölmə direktoru həbs olundu...

24.01.2025 | 14:30
Aktauda təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər...

24.01.2025 | 14:21
Zərdabda narkokuryerlik edən şəxs saxlandı

24.01.2025 | 14:00
"Fransa hakimiyyəti Kanak xalqının dinc etirazlarını zorakılıqla yatırdı..." - BTQ

24.01.2025 | 14:00
Təyyarə qəzasında xəsarət alanlardan müalicəsi davam etdirilir, 1 nəfərin vəziyyəti ağır stabildir - BİRGƏ MƏLUMAT

24.01.2025 | 13:44
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücü saxlandı

24.01.2025 | 13:30
"Qəzaya uğrayan AZAL təyyarəsinin ekipajının danışıqlarından “sızmış” məlumatlar “qara qutular”dakılarla uyğun gəlmir" - Kanat Bozumbayev

24.01.2025 | 13:18
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşdü

24.01.2025 | 13:10
Трамп поставил ультиматум Путину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

24.01.2025 | 13:05
Bakıda moped və motosiklet oğurlayan şəxslər saxlandı

24.01.2025 | 12:57
Tramp daha bir müddətə ABŞ prezidenti ola bilər - konstitusiyada dəyişiklik təklif edildi...

24.01.2025 | 12:43
Bu xəstəxanalara göndərişsiz, sığorta ilə müraciət etmək olacaq...

24.01.2025 | 12:42
Bakıda oğurluq edən 2 keçmiş məhkum tutuldu

24.01.2025 | 12:30
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO

24.01.2025 | 12:14
Qaradağda oğurluq edən şəxslər saxlandı

24.01.2025 | 12:00
Rusiyadan Kiyevə kütləvi PUA hücumu - 3 nəfər həlak olub

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031