Binəqədidə musiqi alətləri mağazasını soymağa çalışan şəxs yaxalandı
![Image](/uploads/posts/2023-11/polis_baku_karantin_140620_47.webp)
Noyabrın 1-də gecə saatlarında Binəqədi rayonu ərazisində yerləşən qorunan musiqi alətləri mağazasından Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılaraq 40-cı Polis Bölməsinə təhvil verilib.
Onun Qubadlı rayon sakini T.Ələsgərov olması məlum olub.
Araşdırma aparılır.