"Deyirik, sizə pensiya düşmür, gedib 2 ay sonra yenidən qayıdır" - Nazir
Əlilliklə bağlı yeni meyarların tətbiq edilməsindən sonra əllilik təyin edilən insanların sayı xeyli artıb. Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Nazir bildirib ki, təyinatların yarısı yeni, digərləri isə təkrar olub. O qeyd edib ki, komissiyanın tərkibinə aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur.
“Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür. Amma insan bununla razılaşmaq istəmir, hüququnu tanıyırıq və gedib 2 aydan sonra yenidən sənədləri ilə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk".