KÖHNƏ VERSİYA            

“Erməni xalqının tarixi” “Ermənistan tarixi” fənni ilə niyə əvəzləndi? - Paşinyanın dediyi və ermənilərə açıq deyə bilmədiyi...

Image

Məhərrəm Zülfüqarlı: “Erməni xalqı uzun illər “Erməni xalqının tarixindən”, bu qondarma tezislərdən ciddi əziyyət çəkib, baş nazir onlara bunu izah etməyə çalışıb”

Qriqoryan kilsəsinin və bir sıra erməni alimlərinin uydurduqları, cild-cild cızmaqaraya, dərsliyə çevirdikləri “Erməni xalqının tarixi” artıq iflasa uğrayıb. Belə ki, Ermənistan hökuməti son iclasında “Erməni xalqının tarixi” məktəb fənni adının “Ermənistan tarixi” adı ilə əvəz olunmasına dair qətnamə qəbul edib. Baş nazir Nikol Paşinyanın sözlərinə görə, dərsliyin adı bu şəkildə dəyişdirilir ki, ictimai həyatın mərkəzində dövlət dayansın: “Mən “Erməni xalqının tarixi” ilə “Ermənistan tarixi” arasındakı fərqi necə görürəm? “Ermənistan tarixi” dövlətin, hətta mövcud olmadığı dövrlər də daxil, varlığı və inkişafının nəqlidir. Amma “Erməni xalqının tarixi” dövlətin mövcud olduğu dövrlər də daxil adamların tarixinin nəqlidir. Bu konseptual fərq mühüm əhəmiyyətə malikdir və bizim üçün əsas olanı dövlətin varlığı strategiyasıdır”. 

Burada diqqət çəkən məsələ hökumətin son iclasında “Erməni xalqının tarixi” məktəb fənni adının “Ermənistan tarixi” adı ilə əvəz olunmasına baş nazir Paşinyanın necə izah verməsidir. 

Əslində Paşinyanın verdiyi bu izah Ermənistan cəmiyyətini yola verməkdən başqa bir şey deyil. Belə baxanda, onun dediklərinin ikisi də eynidir. Paşinyanınn mövqeyi düzdür. Bu mənada ki, “Erməni xalqının tarixi” başdan-başa cəfəngiyat və uydurmalardan, miflərdən ibarətdir.  Paşinyan bunu açıq deyə bilmir ki, bu xalqın qədim tarixi yoxdur, yazılanlar yalanlardan, quramalardan  ibarətdir. Paşinyan sətiraltı deyir ki, “Erməni xalqının tarixi” adı altında xalqa cəfəngiyat öyrədirsiz, millətə faciə gətirirsiniz. Bunu açıq deyə bilmədiyi üçün belə ritorik, yalançı məntiqin üstündə mülahizələr qurur.  

“Paşinyan xalqa çatdırmaq istəyir ki, illərdir öyrədilən, təbliğ edilən tarix saxtadır, Ermənistan dövlətinin tarixi isə gerçəkdir, belə bir dövlət ilk dəfə 1918-ci ildə yaradılıb”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, Ermənistanın Baş naziri reallıqdan çıxış edərək belə bir fikir səsləndirib. M.Zülfüqarlı qeyd etdi ki, 44 günlük Vətən müharibəsindən sonra Paşinyan cəmiyyəti reallıqlarla barışmağa, uydurma, mifoloji yanaşmadan qaçmağa çağırır. “Tarixin saxtalaşdırılması, xalqa tarixin uydurma şəklində təqdim olunması məsələsi ən çox ermənilərə aiddir. Erməni xalqı uzun illər “Erməni xalqının tarixindən”, bu qondarma tezislərdən ciddi əziyyət çəkib, baş nazir onlara bunu izah etməyə çalışıb. Əslində, erməni xalqının gerçək tarixi yoxdur, hər şey miflərdən ibarətdir. Paşinyan xalqa çatdırmaq istəyir ki, illərdir öyrədilən, təbliğ edilən tarix saxtadır, Ermənistan dövlətinin tarixi isə gerçəkdir, belə bir dövlət ilk dəfə 1918-ci ildə yaradılıb”.

M.Zülfüqarlı hesab edir ki, “Erməni xalqının tarixi” dərsliyi şagirdlərə gerçəyi öyrətmirdi, amma “Ermənistan tarixi”ndə ermənilərin əsl tarixi, dövlətlərinin hansı dövrdə yaradıldığı yəqin göstərilib. 

“Mən 1984-cü ildə İrəvanda tələbə-inşaat dəstələri komandirlərinin  Cənubi Qafqaz seminarında iştirak edəndə bir məsələnin şahidi oldum. Bizi Matenadarandakı   muzeyə apardılar, muzeyin girişində dünya xəritəsinin iri maketi qoyulmuşdu. Həmin maketdə hər bir ölkənin üzərinə müxtəlif geyimli bir qadın, beş kişi fiquru qoyulmuşdu. Bələdçi bizə   izah edirdi ki, məsələn, filan dövrdə Rumınyada ermənilər belə geyinirdi, Argentinada `belə geyinirdilər və sair. Bunları göstərməklə özlərini “böyük xalq” kimi qələmə verməyə çalışırdılar. Həqiqət isə ondan ibarətdir ki, tarixdə üç xalqın dövləti olmayıb. Bunlardan biri ermənidir. Bu, qaraçılara da, yəhudlərə də aiddir. Onlar dünyada vətəni olmayan xalqlar kimi qəbul olunur. Ermənilər qədim dövrdən dünyaya yayılmağa başlayıblar. Ermənilər öz vəziyyətlərini anlamaq, gerçəyi axtarıb tapmaq, tarixdən nəticə çıxarmaq əvəzinə saxta xəritələr, saxta kitablar çap edirlər, mifik, qondarma “Böyük Ermənistan” şüarını irəli sürürlər. Əslində, Paşinyan onları bu yolla “Böyük Ermənistan” xülyasından ayırmağa, əsası olmayan bir ideyanın ardınca getməkdən çəkindirməyə çalışır.

44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı qələbədən sonra Ermənistanın bir sıra siyasiləri, səlahiyyətli nümayəndələri artıq bu ziyanlı və səhv yanaşmanı başa düşüblər, tarixə yenidən baxmağa, qonşulara qarşı ərazi iddialarından əl çəkməyə başlamaq istəyirlər. Paşinyan hökuməti konstitusiyanı da dəyişmək istəyir. Fikrimcə, “Erməni xalqının tarixi” məktəb fənni adının “Ermənistan tarixi” adı ilə əvəz olunmasına dair qətnamənin çıxarılması təsadüfi deyil, bununla konstitusiyanın dəyişməsinə zəmin yaradırlar. Çünki dərsliklərdəki cəfəng məsələlər, qonşu dövlətlərə ərazi iddiaları konstitusiyada əks olunub. Odur ki, Paşinyan hökuməti ilk dəyişikliyə dərslikdən başlayıb, ardınca bu dəyişiklik konstitusiyada əks olunacaq.  Bilirsiz ki, Ermənistanın gerbində Ağrı dağının təsviri var. Bu da qonşu Türkiyəyə qarşı ərazi iddiası deməkdir. Konstitusiyada Qarabağı da öz əraziləri kimi göstəriblər. Dəfələrlə Paşinyan da deyib ki, Qarabağ Azərbaycan torpağıdır. Bunu Putin də bildirib. Ermənistan Azərbaycanla və Türkiyə ilə münasibətləri düzəltmək üçün bu addımları atmalıdır. Bunun əleyhdarları çox olsa da, amma hökumət bu fikri xalqın beyninə yeridir ki, xəstə təfəkkürdən əl çəksinlər. Bu müsbət addımdır. Gələcəkdə proses güclənərsə qonşularla Ermənistan arasında yaxşı münasibətlər yarana bilər, saxta tarixdən erməni xalqının canı qurtarar, onun faciəsinə səbəb olan bu saxtakarlığa son qoyular. Bu, Qafqazda sülhün bərqərar olması üçün mühüm amildir. Biz də bu addımları bəyənirik”-deyə M.Zülfüqarlı qeyd etdi. 

İradə SARIYEVA  

 








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

Bir ildə cəmi 13 km delimitasiya, 1053 km hələ qalır - Ermənistan 2025-də nə edəcək...

SON XƏBƏRLƏR

03.01.2025 | 16:57
Trampın sülh mesajları Moskvanın diqqətini çəkmədi - "...bizi maraqlandıracaq heç nə yoxdur”

03.01.2025 | 16:36
Slovakiya Zelenskiyə görə ukraynalı qaçqınlara dəstəyi azaldır...

03.01.2025 | 15:47
Bayden və ailəsinin xarici liderlərdən aldıqları hədiyyələr ortaya çıxdı - 20 min dollarlıq 7,5 karatlıq brilyant...

03.01.2025 | 14:58
Tokayev BMT baş katibi olacağı ilə bağlı şayiələrə aydınlıq gətirdi

03.01.2025 | 13:00
Qadın azarkeşi qucaqladı, yarım milyard cərimələndi - İranda skandal hadisə!

03.01.2025 | 12:10
"Milan" və "Yuventus" görüşəcəklər - bu dəfə Səudiyyə Ərəbistanında

03.01.2025 | 12:00
Bələdiyyə seçkilərində “exit-poll” keçirilməsi üçün sənəd qəbulu bu tarixdə başa çatır

03.01.2025 | 11:13
Almaniyalı nazir Dəməşq yolçusudur - Əhməd əl-Şaraa ilə görüşəcək

03.01.2025 | 11:10
20 il əvvəl İraqda necə oldusa, Suriyada da elə olacaq- sabah Ümumsuriya konfransı başlayır, sonda yenə Kürd muxtariyyatı...

03.01.2025 | 11:03
MSK seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını açıqladı

03.01.2025 | 11:00
ABŞ bu ölkəyə 3,64 milyard dollarlıq raket satdı

03.01.2025 | 10:20
"Qara qutuların Braziliyaya göndərilməsi ədalətli istintaq üçün yeganə vasitədir" - Tokayevdən AÇIQLAMA

03.01.2025 | 10:10
Hacıqabulda dəhşətli yol qəzasında 3 nəfər ölüb

03.01.2025 | 10:00
20 yaşlı özbək futbolçu İngiltərə nəhənginin transfer hədəfində

03.01.2025 | 09:51
Bu ölkə prezidentindən Makrona çağırış - "qoşunlarını ölkəmizdən çıxart!"

03.01.2025 | 09:48
Türkiyəli aktyor özündən 22 yaş kiçik xanıma eşq elan etdi...

03.01.2025 | 09:00
Berlində baş verən partlayışda 2 polis yaralanıb

02.01.2025 | 23:46
Yeni Orleanda izdihamın üstünə sürülmüş "İŞİD avtomobili" əslində Trampa qarşı əməliyyatdır...

02.01.2025 | 23:00
Netanyahu əməliyyatdan sonra xəstəxananı tərk edib

02.01.2025 | 22:41
"Opel" Gəncədə qəza törətdi, 1 nəfər öldü

02.01.2025 | 22:30
Məşhur türkiyəli müğənni 80 yaşında vəfat etdi

02.01.2025 | 22:18
Ukraynanın üzərinə öhdəlik qoyulur - itirdiyi torpaqları hərbi yolla geri ala bilməyəcək...

02.01.2025 | 22:00
"Buna görə məyusam" - "Barselona"nın futbolçusundan ETİRAF

02.01.2025 | 21:30
İsrail ordusu Suriyanın cənubdakı ən böyük su anbarını ələ keçirdi...

02.01.2025 | 21:30
İran səfirini çağırdılar, tələb qoydular - "jurnalisti dərhal azad edin!"

02.01.2025 | 19:10
Azərbaycan XİN ABŞ-dakı hücumu pislədi

02.01.2025 | 17:47
Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

02.01.2025 | 17:16
Fransada iğtişaş - bir gecədə minə qədər avtomobil yandırıldı, 420 nəfər saxlandı...

02.01.2025 | 16:36
Bəzi plastik cərrahların tibbi təhsil sənədləri saxta imiş - rəsmən təsdiqləndi...

02.01.2025 | 16:07
Moskvada Bəşər Əsədə sui-qəsd cəhdi - zəhərlədilər...

02.01.2025 | 15:20
Bu ölkə ötən il 9,5 milyard dollarlıq silah ixrac edib

02.01.2025 | 15:07
6 iranlının edam edilməsi gərginliyə səbəb oldu - İran Səudiyyəyə nota verdi...

02.01.2025 | 14:59
Rusiyanın "qara polkovnik"i idi, 74 yaşında öldü

02.01.2025 | 14:48
Bu ölkədə narkotikaya görə cəzalar sərtləşdirildi

02.01.2025 | 14:08
Saxta pul dövriyyəsi ilə məşğul olan şəxs tutuldu

02.01.2025 | 13:20
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahdağda “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olublar - FOTO/YENİLƏNDİ

02.01.2025 | 12:41
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi dəyişdi

02.01.2025 | 12:35
Su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib

02.01.2025 | 12:31
Tarif Şurası elektrik enerjisi üzrə yeni tarifləri müəyyənləşdirdi

02.01.2025 | 12:27
Təbii qaz tarifləri tənzimləndi

02.01.2025 | 12:15
Bir sıra kommunal xidmətlər və dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirildi

02.01.2025 | 11:48
Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edildi - FOTO

02.01.2025 | 10:55
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

02.01.2025 | 09:28
ABŞ-da sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı 15-i keçdi

01.01.2025 | 20:38
Afrika ölkələrindən Makrona Yeni il sürpizi - daha 3 ölkə Fransa ordusuna qapını göstərdi...

01.01.2025 | 18:37
Almaniya 9 Gürcüstan rəsmisinin ölkəyə girişini qadağan etdi

01.01.2025 | 18:06
Rusiyanın iki ölkəyə qarşı müharibə planı 10 il sonra ortaya çıxdı - nüvə obyektləri də rusların hədəfində olub...

01.01.2025 | 15:36
Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki...

01.01.2025 | 15:15
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək

01.01.2025 | 14:51
İran səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı

01.01.2025 | 11:17
Prezident İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrinə məktub göndərdi

01.01.2025 | 11:12
Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

31.12.2024 | 23:59
"Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq" - Prezident İlham Əliyev

31.12.2024 | 23:53
"Gələn il Qarabağa və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq" - Prezident

31.12.2024 | 23:53
Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"

31.12.2024 | 23:48
Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb

31.12.2024 | 23:47
Prezident: "Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib"

31.12.2024 | 23:46
"Azərbaycan sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır" - Prezident İlham Əliyev

31.12.2024 | 23:45
Prezident İlham Əliyev xalqa müraciət etdi... - VİDEO/YENİLƏNDİ

31.12.2024 | 18:26
Təqvimlər üzərində Allahın rəqəmsal imzası var - Elmi-lədun hesablama

31.12.2024 | 17:00
"Qalatasaray" 62 hektarlıq idman kompleksi tikir

31.12.2024 | 16:08
DİN-dən kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq...

31.12.2024 | 14:36
"Azərbaycandakı qardaşlarımızın yanında olmuşuq və olacağıq" - Yaşar Güler

31.12.2024 | 14:01
Prezident Agentliyin bir qrup əməkdaşını təltif etdi...

31.12.2024 | 13:58
Prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarını təltif etdi

31.12.2024 | 13:55
Röya Tağıyeva “Şərəf” ordeni ilə təltif edildi

31.12.2024 | 13:53
Tahir Budaqov “Şöhrət” ordeni ilə təltif edildi

31.12.2024 | 13:03
Surinam Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

31.12.2024 | 12:44
ABŞ-nin “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib - FOTO

31.12.2024 | 12:09
Türkiyə səfirliyi Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib

31.12.2024 | 10:55
Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər - FOTO

31.12.2024 | 10:33
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

31.12.2024 | 00:15
Azərbaycan Yeni ili möhtəşəm Zəfər atəşfəşanlığı ilə qarşıladı

31.12.2024 | 00:10
Mehriban Əliyeva Azərbaycan xalqını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi - FOTO

31.12.2024 | 00:03
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur

30.12.2024 | 23:45
Təyyarə qəzasında xəsarət alan daha üç vətəndaşımız ölkəyə gətirildi...

30.12.2024 | 23:08
Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib - FOTO

30.12.2024 | 22:52
"AZAL-ın təyyarəsindəki qara qutunun iki saatlıq yaddaşı olub" - Qazaxistan rəsmisi

30.12.2024 | 21:10
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib - FOTO

30.12.2024 | 20:36
DİN azad ərazilərə səfər edən şəxslərə müraciət etdi

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031