İranın Bakı və Yerevandakı səfirlərinə yeni tapşırıqlar verildi...
İranın xarici işlər naziri Hüseyin əmir Abdollahiyan Qafqaz regionunda davamlı sülhün və sabit əmin - amanlığın yaradılmasının vacibliyini vurğulayıb. İRNA agentliyi xəbər verir ki, İran XİN rəhbəri ölkəsinin Ermənistan və Azərbaycandakı səfirləri Mehdi Sobhani və Abbas Musəvi ilə görüşdən sonra belə bir açıqlama verib. İran XİN başçısı görüşdə iki şimal qonşu dövlətlə münasibətlərin inkişaf etdiyini vurğulayıb. O əlavə edib ki, İran İslam Respublikasının xarici siyasəti Cənubi Qafqaz regionuna ciddi diqqət yetirir.
Mətləb