Bu rayonda 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb
Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə mətbuata Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, qızılca xəstəliyi ilə bağlı yoluxma halı Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb: "Məsələ ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator (ev şəraitində) şəraidı davam etdirilir, vəziyyətləri stabildir.
Mətləb