Bakı metrosunda qatarların hərəkəti niyə ləngidi?- səbəbi açıqlandı
Bu gün səhər saat 08:30 radələrində "Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində ləngimə yaranıb. Gecikmə metronun “Memar Əcəmi” stansiyasında daha çox hiss edilib. Sərnişinlərin sözlərinə görə, bəzi qatarlar gecikib, bir neçəsi isə sərnişinləri boşaldaraq geri qayıdıb. Nəticədə 20 dəqiqəyə qədər yubanma olub.
Bakı metrosunun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a bildirib ki, məsələdən xəbərdardır. Hazırda gecikmənin hansı səbəbdən baş verməsi araşdırılır. "Dərnəgül-Bakmil" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə sərnişinlər "Nəsimi" stansiyasında düşürülüb. Qatar baxış keçirilməsi üçün "Memar Əcəmi" stansiyasında dalan yola verilib. Hazırda araşdırma aparılır", - deyə o qeyd edib.
Mətləb