Ermənistan dövləti bir Kaliforniyalı qatil erməninin "alim- filosof obrazını" yaradır...
Ermənilər zaman-zaman faşist ideologiyasının daşıyıcıları olan qatil terrorçuları mifləşdirmə siyasəti yürüdür, belə qatilləri "erməni qəhrəmanı" kimi gözə soxurlar. Terrorçu tör-töküntüləri yeni nəsil ermənilərin beyninə "qəhrəman" kimi dürtüşdürən erməni siyasəti növbəti dəfə daha biabrıçı bir şou düzəltməyə cəhd edir. “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu barədə fikirlərini bölüşüb. Politoloq yazır: Ermənilər qatil Kaliforniya ermənisindən " alim personalı" düzəldirlər- Monte Melkonyan.
1993- cü ildə Ağdamın Mərzili kəndində Azərbaycanın qəhrəman oğlanları tərəfindən haqq etdiyi formada ölümə məhkum edilməsəydi, Arutunyan, Qukasyan , Babayan və digərləri kimi o da indi Bakıda qolu qandallı vəziyyətdə Xocəvınddə, Kəlbəcərdə ,Ağdərədə 1991- 93- cü illərdə törətdiyi tük ürpədən cinayət faktlarının hesabını verməli olacaqdı ...
Ancaq indi Ermənistan hakimiyyətinin onu " qəhrəman " adlandırması və 25 noyabrı ad günü kimi qeyd etməsi də onu Azərbaycanın haqq- hüquq divarından qurtara bilməyəcək. Geci- tezi var.90- cı illərin əvvəlində onun Kaliforniyadan Livana, oradan Yerevana guya tarix arxivlərində işləmək adı ilə gəldiyini iddia edən ermənilər nə qədər tutarsız nağıl uydurduqlarını sanki görmürlər.
Guya Kaliforniya universitetində, Yaponiya institutlarında işləyib, guya mifik " Van çarlığının" tarixinin "böyük tədqiqatçısı" imiş. Əslində isə kor millətçiliklə zəhərlənmiş adı bir qatildir. Belə olmasaydı ,91- ci ildə Yerevana guya tarix öyrənmək adı ilə gəlmiş bu qatil Xocavəndə niyə gəlib çıxdı, üstəlik qaniçən Arsax dəstələrinin Xocavənd batalyonunun komandiri oldu, Kəlbəcərin işğalı zamanı bu qatilin hansı cinayətlər törətdiyini hələ aşkar edəcəyik .Toplu məzarlıqların neçəsini şəxsən o yaradıb?!....Onun min bir cinayətlə ələ keçirdiyi Kəlbəcər elə bu lənətulıahın öz ad günündə - 25 noyabrda əbədi azadlığına qovuşdu, elə həmin vaxtlarda da bu qaniçən qatilin Xocavənddəki murdar heykəli alt- üst edildi. Bu torpaqlar erməni torpağı deyil ki, onun üstündə canilərin,faşistlərin xatirəsi əbədiləşsin?!...
Faşistlərin xatirəsini əbədiləşdirmək,faşistlərdən " alim personalı " yaratmaq ermənilərin köhnə mərəzlərindən biridir.Məsələn, Hitlerçin canı Njdenin heykəlini Yerevanda qoymayıblar? Dronun ( Drasmat Xanoyan) adına Ermənistan Müdafiə nazirliyində ayrıca təlim strukturu yaratmayıblar? Elə bu Melkonyanın özünün də adı ilə bağlı Ermənistan müdafiə nazirliyində tədris proqramı yoxdur? Bunlar qaniçən ,quldur banda başçılarının barəsində guya alim, hansısa fəlsəfi- siyasi ideologiyanın yaradıcısı imici yaratmaq istəyirlər. O "boyda " Hitlerin özü hansısa fəlsəfi cərəyanın yaradıcısı ola bilmədi. Ancaq ermənilər onun sadəcə əlaltısı olmuş faşist Njdenin adına əcaib bir fəlsəfi cərəyan da uydurublar.
Metodologiya eynidir. Əvvəlcə qatil, quldur dəstə başçısına çevirir, sonra da barəsində " alim" " filosof" obrazı yaradırlar...
Tarixi müvəqqəti saxtalaşdırmaq olar, zorlamaq olmaz....