"Abzas Media" rəhbərliyinin gizli əməlləri ifşa olundu! - EKSKLÜZİV ARAŞDIRMA
"Abzas Media" xəbər portalı ətrafında son günlər dolaşan məlumatlar bir sıra məqamları üzə çıxarıb.
Belə ki, özlərini "müstəqil media"nın təmsilçiləri kimi qələmə verən, guya "açıq fikir ortaya qoyduqları üçün sıxışdırılan" şəxslər başını quma basırmış dəvəquşu kimi arxada baş verən maliyyə maxinasiyalarından sanki məlumatlı deyillər. Bir analitik yazı formatına sığmadığından faktları açıqlamaq üçün növbəti yazı hazırlamaq zərurəti yaranıb. Belə ki, külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başlanılmış cinayət işi üzrə barələrində həbs qətimkan tədbiri seçilmiş “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov barəsində yeni məlumatlar üzə çıxıb.
Əldə etdiyimiz məlumatlara görə, yuxarıda qeyd etdiyimiz şəxslər təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatların adlarını sadalamaqla oxuculara həyata keçirilən mütəşəkkil işin səviyyəsini nümayiş etdirmək istərdik. Bunlar ABŞ-ın “Beynəlxalq İnkişaf Agentliyi” (USAID), “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil Şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PİN), “Avropa İttifaqı Müstəqil Media üçün” proqramı (EU4 İndependent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri. Görün, Qafqazın bir ölkəsində "demokratiya carçısı" rolunda çıxış etmək üçün nə qədər qurum növbəyə dayanıb və bundan da Ülvi Həsənov və komandası maksimum dərəcədə istifadə etməyə cəhd göstəriblər.
Onlar həmçinin, “Signal” və “Protonmail” platformalarında hesablar yaradaraq, beynəlxalq təşkilatların kod adları “Aleks” və “Daisy” olan nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla görüşüblər.