KÖHNƏ VERSİYA            

İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid - qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi

Image

Azad ərazilərimizdə “yaşıl enerji”yə keçid bu torpaqları cənnətə çevirir...

Dünya özünə qayıdır. Son illərdə təbiətin dəngəsinin pozulması ekoloji problemlərin katastrofik həddə çatdığını göstərməklə dünyanın xilasını ciddi şəkildə gündəmə gətirdi, həm də dünyanın özünə qayıdışını şərtləndirdi.

Məsələ burasındadır ki, bugünə qədər təbiət problemləri müasir insanı çox az düşündürürdü, dövlətlərin əsas prioriteti özünün enerji tələbatını ödəməkdi ki, bu üzdən də Yerin təki ciddi şəkildə istismar olunurdu. Lakin gün gəldi, təbiət özü bunu insanların yadına salmağa başladı: bir tərəfdə su hövzələri quruyarkən başqa tərəfdə sellərin, daşqınların baş verməsi, katastrofik hadisələrin yaşanması ilə xatırlatdı özünü ana təbiət. Xatırlatdı ki, dünyamız yaşasın, xatırlatdı ki, bəşəriyyət xilas olsun…

Azərbaycan dünyanın xilasında ön cərgədə… 

Azərbaycan neft-qaz ölkəsi olsa da, iqtisadiyyatınin əsas hissəsi karbohidrogen istehsalından gələn gəlirə dayansa da, dünyanın yaşıl enerjiyə keçid çağırışına ilk səs verənlərdən və “yaşıl işıq” yandıranlardan oldu. Məsələ burasındadır ki, Azərbaycan dövləti özünün əzəli-əbədi torpaqlarını məhz belə bir zamanda Ermənistanın 30 illik işğalından azad etmişdi. Azərbaycanın Qarabağ kimi dilbər guşəsinin özünə qayıtması isə burada mövcud olan “yaşıl enerji” potensialını səmərəli şəkildə istifadə etmək üçün geniş imkanlar açırdı. Belə bir vaxtda Azərbaycan dövlətinin dünyanın “yaşıl keçid” çağırışına səs verənlərin ön cərgəsində olması isə onun və şəxsən Prezident İlham Əliyevin zamanın nəbzini tutmaq kimi fitri istedadından irəli gəlirdi. Artıq bu gün Azərbaycanın Qarabağ İqtisadi Rayonunda “yaşıl enerji”yə keçid sahəsində genişmiqyaslı işlərə başlaması faktdır. Hazırda Azərbaycan BMT və digər beynəlxalq təşkilatların “yaşıl enerji” proqramlarında fəal iştirak edir, qabaqcıl təcrübələr öyrənilərək ən müasir standartlar çərçivəsində tətbiq olunur. 

Araşdırmalar nəticəsində bəlli olub ki, Qarabağ və ətraf əraziləri çox böyük Günəş enerjisi potensialına malikdir, ildə ortalama 2500-3000 saat Günəş şüası alır. Dağlıq və dağətəyi bölgələrin külək enerjisi istehsalı, Qarabağın çay və su hövzələrinin isə hidroenerji istehsalı üçün böyük potensialı var. Bu gün dünyada yaşıl enerji mənbələrinə investisiyaların sürətlə artdığı faktdır. Bu isə Azərbaycana azad ərazilərimizdə yenidənqurma və bərpa işləri ilə yanaşı, Qarabağ İqtisadi Rayonuna xarici investorların cəlbi və “yaşıl enerji” istehsalında ciddi uğurlar vəd edir. Üstəlik bu, öz doğma yurd-yuvalarına geri dönmüş insanlar üçün potensial iş yerləri deməkdir ki, bu məsələ də dövlətimizin prioritetləri sırasındadır. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanar-başlanmaz, Laçın rayonunda Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası işə salındı. Dövlət başçısı İlham Əliyevin işə saldığı bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Mütəxəssislər bildirir ki, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir. Buna görə də vaxtilə burada bir çox stansiyalar olub. Lakin mənfur qonşularımız işğal dövründə bu stansiyalardan geninə-boluna istifadə etsələr də, əraziləri məcburi şəkildə tərk edərkən bütün su elektrik stansiyalarını vandalcasına dağıtmaqdan çəkinməyiblər. Hazırda ölkə başçısının tapşırığı ilə bu ərazilərdə ermənilər tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpası yönündə ciddi iş aparılır. Belə ki, Laçın rayonu ərazisində 5 su elektrik stansiyası, Kəlbəcər rayonunda isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Ölkə başçısı da çıxışlarında bu məsələyə toxunaraq bildirib ki, bərpaolunan enerji növlərinin işğaldan azad torpaqlarımızda çox böyük potensialı var və onlar arasında “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları ən böyük potensiala malik olacaq: “Bu stansiyaların tikintisi ilə bağlı İran İslam Respublikası ilə razılığa gəlmişik. Yaxın gələcəkdə bu su elektrik stansiyaları tikiləcək və beləliklə, Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və “Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər və Laçın rayonlarındakı su elektrik stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya gücü deməkdir və bunun üstünlüyü odur ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri çox aşağıdır. Bununla paralel olaraq, artıq göstəriş vermişəm ki, bizim azad edilmiş bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin və yerlərin müəyyənləşdirilməsi prosesinə start verilsin”.

ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, neft ölkəsi olması Azərbaycanın günahı deyil. Bu resurslardan necə istifadə edildiyinə baxmaq lazımdır. Azərbaycan dövləti bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün istifadə edir. 

Əslində Azərbaycan son illərdə Avropanın ən böyük enerji təchizatçılarından birinə çevrilməklə, bir çox ölkələrin sanksiyalar altında əzilən Rusiyanın qaz asılılığından xilas olmasında əhəmiyyətli rol oynadı və bu ölkələrin hələ də Azərbaycan qazına böyük ehtiyacı var. Lakin ölkəmiz iqlim dəyişmələri və onun fəsadları ilə bağlı dünyanı cənginə almış narahatlıqları da bölüşməyə bilməzdi və o üzdən də bərpaolunan enerji çağırışlarına həssaslıqla cavab verdi. Məsələ burasındadır ki, Azərbaycan dövlətinin məqsədyönlü enerji siyasəti bu kataklizmin çox yaxın zamanda başlayacağını proqnozlaşdırdığından, hələ bir neçə il əvvəl, 2021-ci ilin oktyabrında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə əməkdaşlıq Memorandumu imzalanmışdı. Həmin vaxt Bakıda keçirilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalandı ki, onlardan biri də “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan və təmiz enerji sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu idi. Memorandum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpaolunan enerji mənbələrinin tətbiqi sahəsində potensial əməkdaşlıq imkanlarını müəyyən edir. 

Yaşıl dünya naminə həmrəylik ili... 

Ümumiyyətlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələr, o cümlədən, "yaşıl enerji" layihələri, "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" ölkəmizin bərpaolunan enerji keçidinə sadiqliyini göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər tam sürətlə aparılır.

Qeyd olunur ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürür.

Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması əsas prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqi və ekosistemin bərpası da elə dövlətin prioritet elan etdiyi bu vəzifələrə dayanır.

Əslində, Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi hələ 2021-ci ilin fevralında qəbul edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri"ndə öz əksini tapıb. Elə 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması, 2023-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi də Azərbaycanın bu sahəyə olan diqqətinin bariz nümunəsidir.

2023-cü ilin dekabrında isə Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Müvafiq strukturların rəhbərləri tərəfindən imzalanan birgə kommünike bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlığı nəzərdə tutur.

“Yaşıl enerji”yə keçid həm də karbon emissiyası üzrə ölkəmizin üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Öhdəliyə əsasən, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faizədək azaltmalı və işğaldan azad edilmiş ərazilərdə "sıfır emissiya" zonası yaratmalıdır. Göründüyü kimi, artıq bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir.

Azərbaycan dövlətinin daha bir hədəfi isə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli siyasətini həyata keçirməkdir. Hazırda ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. 

COP29-a ev sahibliyi - ölkəmizə etimadın bariz nümunəsi... 

Azərbaycan dövlətinin bu qlobal böhrana həssas münasibəti və atdığı məqsədyönlü addımlar dünya ölkələri tərəfindən diqqətlə izlənilir və təqdir olunur. Bunun nəticəsidir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi ki, bu da beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının göstəricisidir.

Azərbaycan COP29 çərçivəsində “yaşıl enerji” və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə qoşulmaqla bərpaolunan enerjinin ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə payının 2027-ci ilədək hazırkı 20 faizdən 33 faizə yüksəldilməsini hədəfləyir. Prezident İlham Əliyev çıxışlarında qeyd edir ki, indi zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz “yaşıl gündəliyə” doğru irəliləyirik. Belə bir mötəbər tədbirə ev sahibliyinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən rəsmi Bakının sanballı “yaşıl gündəliyə” malik olmasının məntiqi nəticəsi sayılmalıdır. Nəticə isə mütləq uğurlu olacaq. Çünki Azərbaycan rəhbərliyi nəyi nə zaman etməyin lazım olduğunu bildiyini hər zaman əməlləri ilə təsdiq edib.

Samirə SƏFƏROVA
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur.







VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 18:28
Tiflisdə azərbaycanlıları da təkrar seçki tələbilə ayağa qaldırırlar...

26.12.2024 | 18:22
Aktauda təyyarə qəzasında yaralananlar FHN-in xüsusi təyyarəsi ilə Bakıya yola düşdü - FOTO

26.12.2024 | 18:15
“Quru keçidlər açıq olsaydı, təyyarə qəzası olmazdı” - sosial şəbəkələrdə absurd müzakirə...

26.12.2024 | 18:12
Andjey Duda Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 18:02
Vaxtı ötmüş kreditlər probleminin günahkarı yenə də banklar özləridir...

26.12.2024 | 17:49
MDB ölkələri ilə ticarətimizdə böyük nöqsan var - cəmi 1.4 milyard dollar...

26.12.2024 | 17:44
Si Cinpin Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 17:37
Tarix muzeyində saxta “Erməni Kilikiya şahlığı” ekspozisiyası açılıb

26.12.2024 | 17:26
Bakıda şagirdlər marşrut avtobuslarına buraxılmır...

26.12.2024 | 17:18
Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb

26.12.2024 | 17:10
Rusiyadan NATO və Avropa ölkələrinə nüvə xəbərdarlığı - istənilən ssenariyə hazırıq...

26.12.2024 | 17:02
Təyyarə qəzasında xəsarət alan bir qrup vətəndaşımız ölkəyə gətirilir - FOTO

26.12.2024 | 16:51
AZAL-ın təyyarəsinin qəzaya uğramasına Rusiya raketi səbəb olub - "Euronews"dan iddia...

26.12.2024 | 16:44
Slovakiya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:30
Fələstin Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

26.12.2024 | 09:00
FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031