Kəlbəcərin işğaldan azad edilməsindən 3 il ötür
Kəlbəcər rayonunun işğaldan azad edilməsindən 3 il ötür.
44 günlük Vətən Müharibəsi nəticəsində Ermənistan kapitulyasiya aktı imzalamaq və ərazilərini tərk etmək məcburiyyətində qalıb. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyannaməyə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələri noyabrın 25-də Kəlbəcər rayonunu tərk edib. Bununla da Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi işğaldan azad edilib
Vətən müharibəsinin elə ilk günlərində Azərbaycan ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturunu nəzarətdə saxlamağa imkan verdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun şanlı qələbəsi nəticəsində işğaldan azad etdiyi digər ərazilər kimi, Kəlbəcərə də həyat qayıdır.