Zərdabda iki bələdiyyə sədri məsuliyyətə cəlb edildi
Zərdab Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə keçirilən tədbirlər zamanı rayonunun Şahhüseynli və Yarməmmədbağı kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinin tələblərini pozduğuna görə hər iki kənd bələdiyyəsinin məsul şəxsləri barəsində qanunvericiliyə uyğun olaraq protokollar tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.