KÖHNƏ VERSİYA            

Paşinyan ikitərəfli danışıqlardan qaçır - Qərbin təlimatları "işini gördü"

Image

Bəlli olduğu kimi, Azərbaycan Xarici İşlər Nazirliyi İrəvana sülh prosesini müzakirə etmək üçün sərhəddə görüş keçirməyi təklif edib. Azərbaycan bunu həm də onunla əsaslandırır ki, vasitəçilərlə aparılan danışıqlar istənilən nəticəni vermir. 

Bunun əsas səbəblərindən biri Qərb platformalarının qərəzli, birtərəfli mövqeyidir. Belə şəraitdə digər platforma olan Rusiyanın vasitəçiliyini də Ermənistan qəbul etmir. Deməli, yeganə yol vasitəçilərsiz, birbaşa danışıqlardır.

Lakin görünən budur ki, Ermənistan hələ ikitərəfli əsasda sülh danışıqları üçün özündə lazımi cəsarəti tapa bilmir. Bunu Bakının danışıqların ikitərəfli əsasda başlanması və görüşün qarşılıqlı məqbul məkanda və ya dövlət sərhədində baş tutması təklifinə İrəvanın cavabı da  təsdiq edir. Burada qeyd olunur ki, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa, reallaşa bilər. Elə bu fonda Ermənistan Azərbaycana təklif edir ki, dövlət sərhədində hər iki ölkənin delimitasiya-demarkasiya komissiyalarının iclası keçirilsin. Beləliklə, Azərbaycan təklif edir ki, sülh danışıqları dövlət sərhədində, yaxud hər iki tərəfin qəbul edəcəyi məkanda vasitəçisiz baş tutsun. Ermənistan da təklif edir ki, sərhəddə demarkasiya komissiyalarının iclası keçirilsin. Yəni bununla Ermənistan ikitərəfli əsasda sülh danışıqlarının aparılmasından imtina edir. Bu isə ikitərəfli formatda sülh danışıqlarının İrəvan üzündən hələ ki mümkün olmadığını göstərir. Halbuki, vasitəçilərsiz danışıqlar daha effektiv nəticələr verə bilər. Bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, Azərbaycan və Ermənistanın artıq vasitəçilərə ehtiyacı yoxdur. Hər iki ölkənin 30 ilə yaxın müddətdə vasitəçilik prosesində iştirak etdiklərini bildirən ekspert vurğulayıb: “İki ölkə elə bir səviyyəyə gəlib çatıb ki, liderlər artıq sülh istədiklərini və 5 baza prinsipində, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması barədə razılığa gəldiklərini bəyan ediblər. Bu prosesə yeganə maneə separatçı rejim və Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda mövcudluğu idi. Bu problem də artıq aradan qaldırılıb və iki ölkə liderinin sülh müqaviləsi barədə razılığa gəlməsinə heç bir maneə yoxdur”. Brayza hesab edir ki, sülh müqaviləsinin tezliklə imzalanması hər zamankından daha realdır. “Mən son bir neçə aya qədər heç zaman sülh müqaviləsi barədə razılığın əldə edilməsinin bu qədər real olmasına dair açıqlama verməmişəm. Bu, indi daha çox mümkün görünür. Bu prosesi dayandıra biləcək yeganə hal Nikol Paşinyanın əleyhdarları olan radikal millətçilər, həmçinin ABŞ-da prosesin əleyhinə olan diaspor nümayəndələrinin siyasi sabotaja əl atması ola bilər”. Sabiq səfirin sözlərinə görə, regional inkişaf baxımından sülh müqaviləsi çox böyük əhəmiyyətə malikdir. Metyu Brayza vurğulayıb ki, müqavilənin əleyhdarları Zəngəzur dəhlizinin açılmasını Azərbaycanın Ermənistan ərazisinə daxil olması cəhdləri kimi iddialar irəli sürsələr də, reallıqda bu barədə məhz Ermənistan özü 2020-ci ilin 10 noyabr tarixində razılığa gəlib: “Mən əminəm, Nikol Paşinyan anlayır ki, əgər nəqliyyat əlaqələri bərpa olunarsa və bu xətt Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərsə, bu, nəinki Ermənistana investisiya cəlbini artıracaq, həmçinin iş yerlərinin açılmasına, iqtisadiyyatın inkişafına gətirib çıxaracaq, Ermənistan iqtisadiyyatının regional iqtisadiyyata reinteqrasiyasına şərait yaradacaq. Bu isə regionda tamamilə yeni iqtisadi dinamika formalaşdıracaq və davamlı sülhün bərqərar olmasına yol açacaq. Sülh müqaviləsi regionda bütün investisiyaları real edəcək”.

Hələlik isə Ermənistan bu reallıqları qəbul etmək istəmir. Bu səbəbdən də ikitərəfli əsasda sülh müqaviləsinin əleyhinə çıxır. Azərbaycan ikitərəfli formatı əvvəldən dəstəkləyir, hətta məkan kimi bölgədə vasitəçilik uğrunda mübarizə aparan Qərb və Rusiya masasını yox, Tiflisi təklif edib. Bu formatla bağlı son çağırışdan sonra rəsmi Bakı sülh danışıqlarının dövlət sərhədində keçirilməsi ideyasını irəli sürüb.  Ermənistan hələ ki, real nəticə verə biləcək bu formatdan yayınır. Halbuki, sülhə hansısa ciddi əngəl qalmayıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edən zaman bir daha diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb. Dövlət başçısı bəyan edib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. Bu fonda prezident ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb. Amma  Ermənistan hələ də özündə lazımı cəsarəti tapa bilmir. Ermənistan  hakimiyyəti Qərbin verdiyi təminat və təlimatlara uyğun şəkildə sülh prosesini uzatmağa çalışsa, bundan yalnız özü zərər görəcək.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031