KÖHNƏ VERSİYA            

Ermənistan dövləti ləğv olunur - Kremldən xəbərdarlıq gəldi...

Image

Ermənistan xarici siyasətini kökündən dəyişmək niyyətində olduğunu nümayiş etdirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın siyasi vektorunu dəyişmədiyi, yalnız təhlükəsizliyini şaxələndirdiyi ilə bağlı açıqlamasına cavabında deyib. 

Mariya Zaxarova erməni tərəfinin açıqlamasının yalan olduğunu vurğulayıb: “Bu, həqiqi niyyətləri gizlətmək üçün açıq-aşkar cəhddir. Aydındır ki, söhbət Ermənistanın xarici siyasətdə oriyentasiyasında köklü dəyişiklikdən gedir. Məncə bu, Qərbin təklifi və ya təlqini ilə çox açıq şəkildə edilir”.

Bütün bunlar bir daha təsdiq edir ki, Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə gərginləşir. Burada onu da xatırladaq ki, baş nazir Nikol Paşinyanın ardından ölkənin müdafiə naziri Suren Papikyan və xarici işlər naziri Ararat Mirzoyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)  Minskdə keçirilən iclasında iştirakdan imtina edib. Bundan başqa, Ermənistan parlamentinin spikeri Alen Simonyan təşkilatın dekabrda keçiriləcək tədbirinə qatılmayacaq. “Qraparak” nəşri yazır ki, Ermənistan və KTMT-nin yolları artıq ayrılıb: ”Paşinyan xarici siyasəti manipulyasiya obyektinə çevirib. Onun təzahürlərindən biri də Ermənistanın KTMT tədbirlərində iştirakı məsələsidir”. Paşinyanın demokratiya vədi ilə hakimiyyətə gəlib diktatura qurduğunu bildirən nəşr qeyd edib ki, Nikol KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edir, Ermənistanla bağlı qərarların qəbuluna mane olur: “O, Minskdə baş nazir, xarici işlər və müdafiə nazirləri səviyyəsində keçirilən sammitdə iştirakdan imtina etdi. Eyni zamanda o, KTMT-dən çıxmaq niyyətində olmadığını açıqlayır. Bu nədir, ironiya deyil? Təbii ki, bu, Ermənistanı mövcud təhlükəsizlik sistemindən çıxarmağa yönəlib. Amma problem ondadır ki, o, KTMT-ni nə ilə əvəz edəcəyini bilmir”. Məqalədə bildirilib ki, Ermənistan Rusiyadan imtina edərək Qərb silahları alır: “Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyanın zenit müdafiə sistemi özünü ən yaxşı şəkildə göstərdi. Nikol isə fransız silahı alır. Söhbət MG-200-dən gedir. Bu, cəmi üç kompleksdir. Bu, əlbəttə ki, daha keyfiyyətli rus analoqundan daha bahalıdır. Məqsəd silah deyil, Qərbə qoşulmaqla bizi Rusiya təhlükəsizlik sistemindən tədricən “azad etmək”dir. Ancaq Qərbin təhlükəsizlik sistemi NATO-dur, burada isə bizi qətiyyən gözləmirlər. İnanmırsınızsa, Gürcüstan, Moldova və ya Ukrayna nümunələrinə nəzər salın. Ermənistan rəhbərliyinin KTMT-nin Ermənistanı müdafiə etmədiyi ilə bağlı sözləri manipulyasiyadır. Moskva Rusiya Baş Qərargahının xəritələri əsasında demarkasiyanı, bundan sonra KTMT missiyasını yerləşdirməyi təklif etdi. Lakin bunun ardınca Nikolun növbəti manipulyasiyası baş verdi. Nikol və komandası “KTMT sərhədimizi tanımırsa, missiyası harda dayanacaq” tipində təbliğata başladılar. Halbuki, KTMT missiyası sərhədlərin yerini bilmirsə, Müdafiə Nazirliyinin rəsmiləri onları müşayiət edə bilərdilər - necə ki, avropalı müşahidəçilərlə bunu etdilər. KTMT missiyasının ardınca isə Avropanın nəzərdə tutmadığı daha ciddi müdafiə dəstəyi gələcəkdi. Çünki silahsız avropalı müşahidəçiləri silahlılarla əvəz etsələr belə, onlar çətin ki, Ermənistana görə azərbaycanlılara qarşı vuruşsun”.

Baş verənləri şərh edən rusiyalı hərbi ekspert Yevgeni Mixaylov hesab edir ki, Ermənistan bu addımla Rusiya ilə müttəfiqlik münasibətlərinə son qoymaq istəyir: “Rusiya və Ermənistan arasında münasibətlərin bu həddə çatmasına mən təəccüblənmirəm. Paşinyanın hakimiyyətə gəlməsi ilə ölkə Qərbyönlü olduğunu ortaya qoymuş oldu. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyalarında iştirakdan imtina etməsində də təəccüblü bir hal yoxdur. Bu hərəkətlərin arxasında bir məqsəd dayanır: Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərinə son qoymaq. Bildirirlər ki, hərbi əməliyyatlar zamanı KTMT Ermənistana köməklik etmədi. Niyə köməklik etməlidir? Azərbaycan Ermənistan ərazisinə, dinc insanlara hücum etməyib axı. Bütün günahlar Ermənistanın özündədir, Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul etmirdi. Hakimiyyət düzgün siyasət yürütmürdü, öncə etməli olduğunu sonda etdi”. Ekspert “Baku TV”yə bildirib ki, KTMT ancaq və ancaq Ermənistanı qorumaq üçün yaranmayıb: “Mən düşünürəm ki, vəziyyət daha da gərginləşəcək. Çünki Qərb ölkələri Ermənistan üzərində güclərini göstərməkdə davam edirlər. İrəvan bu yolla bank hesablarını doldurur, vəziyyətdən narahat deyil. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Ermənistan cəmiyyəti hakimiyyətin davranışlarına son qoymaq gücünə qadirdir. İnsanlar birləşərək rəhbərliyə kimin dost, kimin əsl düşmən olduğunu göstərə biləcəklər. Əgər bunlar baş verərsə, nəticədə Nikol Paşinyan və ətrafı uduzacaq”. Rusiya Dövlət Dumasının Təhsil komitəsinin üzvü Anatoli Vasserman isə qeyd edir ki, bu gedişlə Ermənistan dövlətçiliyinin yoxa çıxması istisna edilmir: “Bizə dünya tarixindən məlumdur ki, belə hallar olur”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə qeyd edir ki, İrəvanın Qərbə kor-koranə ümid etməsi iflasa uğradı. O bildirib ki, bu, göz qabağındadır: “Bunu görməmək mümkün deyil. Sülh müqaviləsi ilə bağlı danışıqlara dair mövcud duruma baxanda da bunu görmək olar. Proses hələ də dondurulub”. .Zaxarova deyib ki, Fransanın “Bastion” zirehli texnikasının Ermənistana tədarükü də bunu göstərir: “Bu texnikalar Ukraynada real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib”. Onun sözlərinə görə, Fransa Ermənistana likvid olmayan və digər ölkələrə sırıya bilmədiyi bir texnikanı satıb: “Bu alınan texnikanın Ermənistan ərazisinin suverenliyini necə qoruyacağı qaranlıq olaraq qalır”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031