KÖHNƏ VERSİYA            

Ermənistan konstitusiya dəyişikliyindən qaça bilməz - absurd fikirlər kömək etmir...

Image

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyalarında paralellik aparmaq cəhdini qəbuledilməz adlandırıb. 

Nazir qeyd edib ki, Ermənistanın Müstəqillik aktında, Konstitusiyasında, digər qanunvericilik aktlarında qonşu ölkələrə, Azərbaycana qarşı ərazi iddialarının olması faktdır: "Ermənistan cəmiyyətində belə diskussiyaların getməsi özlüyündə müsbət haldır. Amma Azərbaycan və Ermənistan konstitusiyaları arasında bu baxımdan paralellik aparmaq yolverilməzdir. Biz anlayırıq ki, bu, xarici tərəfdaşlarımızda çaşqınlıq yarada bilər. Ona görə biz bunu qətiyyətlə yolvermilməz sayırıq və digər tərəfdaşlarımızı da bununla bağlı məlumatlandırırıq".

Xatırladaq ki, Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasına dair dinləmələrdə Ermənistan və Azərbaycanın öz konstitusiyalarında qarşılıqlı problemləri dilə gətirdiklərini və bu problemlərin uzunmüddətli sülhə maneə olduğunu iddia edib: “Lakin bu o demək deyil ki, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsi Azərbaycanla danışıqların predmetidir”. Mirzoyan qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2018-ci ildən müzakirə edilir və bu müzakirələrin Azərbaycanın tələbləri ilə diqtə edildiyini iddia etmək kökündən yanlışdır: “Bu, Ermənistanın daxili işidir”. Xatırladaq ki, 2024-cü il yanvarın 19-da baş nazir Nikol Paşinyan ölkəni yeni şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. Fevralın 1-də İctimai Radioya müsahibəsində baş nazir faktiki olaraq yeni Konstitusiyada Müstəqilliq haqqında bəyannaməyə heç bir istinadın olmaması lazım olduğunu açıqlayıb: “Əgər Ermənistanın siyasəti Müstəqillik Bəyannaməsinə, “Dağlıq Qarabağ”ın Ermənistan Respublikasına birləşdirilməsinə əsaslanırsa, o zaman müharibə başlayacaq və heç vaxt sülh olmayacaq”. Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər. Çünki sülhə əsas maneə məhz Ermənistan Konstitusiyasında yer alanlardır. Məsələni şərh edən rus ekspert Stanislav Pritçin qeyd edir ki, hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyasına dəyişikliklər zəruridir: “Bu, haqlı olaraq Bakının tələblərindən biridir ki, hazırkı Konstitusiyada Azərbaycan Respublikasının ərazi bütövlüyünü şübhə altına alan elementlər var. Azərbaycan hakimiyyətinin nöqteyi-nəzərindən Konstitusiyada dəyişikliklər münasibətlərin yekun tənzimlənməsinin mühüm elementidir. Və əslində, dövlətin təsis sənədində başqasının torpağı ilə bağlı iddialar varsa, onda həmin dövlət qonşusunun ərazi bütövlüyünü tanıyan müqaviləni necə imzalaya bilər? Hüquqi baxımdan belə uyğunsuzluq suallar doğurmaya bilməz və onu aradan qaldırmaq lazımdır. Aydındır ki, Konstitusiyaya edilən istənilən dəyişiklik istənilən dövlət üçün fundamental hadisədir və Ermənistan hakimiyyəti bunun təşkili üçün çox böyük iş görməlidir. Burada həm cəmiyyətdən, həm də müxalifətdən çoxlu suallar olacaq və düzəlişlər etmək o qədər də asan olmayacaq. Amma ən azı, baş nazir Nikol Paşinyanın açıqlamalarına görə, biz görürük ki, hakimiyyət Ermənistan Konstitusiyasında bu və ya digər dəyişikliyə meyllidir”. Ekspert vurğulayır ki, Ermənistan müxalifəti Paşinyana qarşı impiçment planı hazırlayır və bu, Azərbaycanla davam edən münasibətlərin tənzimlənməsini sual altına qoya bilər: “Burada əvvəlki illərlə indiki etirazları müqayisə etməyə dəyər. Əvvəllər Nikol Paşinyan müxalifətin çıxışlarına fəal cavab verir, tərəfdarlarını toplayır və hökumətyönlü mitinqlər təşkil edirdi. İndi görürük ki, o bunu etmir, baş nazirin adi işini yerinə yetirir, o cümlədən müxtəlif ölkələrə xarici səfərlərdə sakitcə gəzir. Siyasi psixologiya səviyyəsində bu o deməkdir ki, Paşinyan müxalifətin yeni fəaliyyəti ilə bağlı heç bir narahatlıq nümayiş etdirmir. Nikol Paşinyan iqtidarının sabitliyinə müxalifətin Ermənistanın gələcək həyatı üçün aydın yol xəritəsinin, ciddi gündəmin olmaması, yalnız Paşinyanın istefasını tələb etməsi çox kömək edir. Bu arada baş nazirin özünün də belə bir yol xəritəsi var və ona görə də o, özünü kifayət qədər inamlı hiss edir və başa düşür ki, müxalifətin ölkədəki vəziyyətə hansısa formada təsir etmək şansı çox deyil”.

Ermənistanda müzakirə olunmağa başlayan Konstitusiyaya dəyişikliyinin yeni mövzu olmadığını bildirən digər politoloq Denis Kislov qeyd edir ki, bu, sülh üçün çox vacibdir: “Əslində, bu məsələ indi yox, Ermənistanda siyasi-hüquqi böhran yaranan son bir neçə ildə aktuallaşıb. Söhbət bütövlükdə Ermənistan qanunvericiliyinin dəyişdirilməsindən gedir və qonşulara qarşı ərazi iddiaları, sadəcə olaraq, ümumi paketə salınacaq. Bu o zaman mümkün ola bilər ki, Ermənistan həmin vaxta qədər dövlət olaraq qalsın. Bir daha qeyd edim ki, Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi zəruridir ki, bu da hərtərəfli sülh sazişinin bağlanması, delimitasiya və demarkasiya işlərinin aparılması istiqamətində bir addım olacaq. Eyni zamanda, bu struktura nə qədər şübhə ilə yanaşsaq da, yekun sənədlər, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı məlumatlar Birləşmiş Millətlər Təşkilatına təqdim edilməli və təsdiqlənməlidir, çünki söhbət kiminsə ərazisinə iddialardan imtina etməkdən gedir. Bir qayda olaraq, bir çox dövlətlər bunu etmir, amma etsələr yaxşıdır. Təsdiq prosesi ya BMT Təhlükəsizlik Şurasının gündəliyi, ya da sərhədlərin delimitasiyası, demarkasiyası, yenidən demarkasiyası yolu ilə suverenliyin sənədləşdirilməsi varsa, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə həyata keçirilir. Tərəflər arasında qanuni bəyannamələr və razılaşmalar olduğu halda BMT-nin hansısa sammitdə qəbul etdiyi qərarlar əsasında sərhədləri müəyyən etdiyi, ona yenidən baxdığı, təsdiq etdiyi nümunələr olub. Bu, əlbəttə ki, tam o deyil, amma buna baxmayaraq, Balkan ölkələrində nə qədər sərhədlər məhz belə təyin olunub. Bosniya və Herseqovina və ya Makedoniya Respublikası ilə Yuqoslaviya Federativ Respublikasını xatırlayın”. Hələlik isə Ermənistanda ərazi iddialarından uzaq, beynəlxalq hüquqa zidd olmayan hüquqi normativ aktların dəyişdirilməsi və ya yenidən yazılması istiqamətində aparılan müzakirələr müsbət haldır. Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışıqlar davam edir. Bu baxımdan da dinc münasibətlərin davamlı olması üçün sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Ermənistan Azərbaycana qarşı ərazi iddialarına sözdə yox, həm də sənədlər üzərində son qoymalıdır.  Ermənistan xalqı Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasını istəyirsə, o zaman Azərbaycanın və Türkiyənin tələbi ilə yeni qanunvericilik aktlarının qəbulunu da həyata keçirməyə hazır olmalıdır. İndilikdə isə blokada vəziyyətində olan, bütün regional layihələrdən kənarda qalan Ermənistanın ərazi iddiaları, xəstə xülyaları onu dünyadan daha da təcrid vəziyyətinə salır. 

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

SON XƏBƏRLƏR

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi - FOTO/YENİLƏNDİ

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

25.12.2024 | 12:10
Mehriban Əliyeva Aktaudakı təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdi - FOTO

25.12.2024 | 12:00
“Müsəlman Səkkizliyi”nə üzv olduq - bu təşkilatdan qazancımız nə olacaq?

25.12.2024 | 11:25
Bakı-Qroznı reysi ilə uçan təyyarə qəzaya uğradı - FOTO/VİDEO/YENİLƏNDİ

25.12.2024 | 11:20
İnsult xəstəliyi üzrə tibbi xidmətlər təkmilləşdirilir

25.12.2024 | 11:16
Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları dinləyəcək

25.12.2024 | 11:10
Şəkidə avtomat gizlədən keçmiş məhkum yaxalandı

25.12.2024 | 11:05
Türkiyədə ƏMƏLİYYAT - İŞİD-ə bağlı 182 nəfər saxlanıldı

25.12.2024 | 11:00
Vladiqafqazda güclü partlayış - ölən və yaralananlar var

25.12.2024 | 10:30
Bu gün Cəhridə işıq olmayacaq -XƏBƏRDARLIQ

25.12.2024 | 10:20
Bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə protokolları hazırlanacaq

25.12.2024 | 10:10
"35 yaşımda artıq məcburi köçkünlük həyatı sona çatır” - Cəbrayıl sakini

25.12.2024 | 10:05
"Məşədi Dadaş" məscidinə bıçaqla hücum edən şəxsə hökm oxunub -18 il həbs cəzası...

25.12.2024 | 10:00
Paşinyan Putinlə məzələnir - MDB iclasına getməmək üçün "virusa yoluxmuşam" dedi...

25.12.2024 | 09:40
Şamaxıda avtomobil aşıb, xəsarət alan var

25.12.2024 | 09:32
Sumqayıtda bu qızı axtarırlar - 13 yaşı var, itkin düşdü

25.12.2024 | 09:23
Alış-verişdə "3 qəpikliklər" nəyəsə yaramırsa... Sikkə kəsiminə izafi xərc...

25.12.2024 | 09:20
Ulduz müğənni “Instagram” səhifəsində 1 milyon dollarlıq nişan üzüyünü paylaşdı...

25.12.2024 | 09:10
Mertensdən "Qalatasaray" açıqlaması - gedir, yoxsa qalır?

25.12.2024 | 09:05
Cəbrayıla daha 49 ailə - 253 nəfər köçürüldü

25.12.2024 | 09:00
Bilgəhdə intihar hadisəsi olub

25.12.2024 | 08:38
Azərbaycanın qızıl əşya və “plitkaları” bazarda necə işləyir... Araşdırdıq...

24.12.2024 | 23:39
Britaniyanın Ədliyə naziri Əsədin arvadına sığınacaq vermək istəmədi....

24.12.2024 | 23:36
DİN reklamlarla bağlı vətəndaşlara xəbərdarlıq etdi - diqqətli olun...

24.12.2024 | 23:35
Taekvondo üzrə Azərbaycan çempionatının ilk günün qalibləri bunlar oldu...

24.12.2024 | 21:19
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir...

24.12.2024 | 21:04
Kredit ittifaqları dərin böhran içindədir - sayları 109-dan 36-ya düşdü...

24.12.2024 | 20:50
Qərb Gürcüstanın dövlət adamlarının bütün aktivlərini dondurdu...

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031