Ağcabədidə bacısını qətlə yetirən şəxs yaxalanıb
![Image](/uploads/posts/2024-06/17176468015843260131_1200x630.webp)
İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı, 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Mətləb