ABŞ səfiri Azərbaycana edilən yardımın həcmini açıqladı
ABŞ Azərbaycana milyard dollardan çox yardım edib. Trend xəbər verir ki, bunu bu gün ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi ABŞ-nin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.
"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ təhsilin və iqtisadi inkişafın təşviqi, münaqişələrdən zərər çəkmiş məcburi köçkünlərə dəstək və ölkəni ölümcül minalardan təmizləmək üçün bir milyard dollardan çox vəsait ayırıb", - deyib.
Səfir qeyd edib ki, ABŞ bu tərəfdaşlığın perspektivli davamına ümid edir.
"Biz birlikdə Azərbaycan və bütün region üçün sülh, firavanlıq və təhlükəsizliyi təmin edəcək daha dərin əməkdaşlığa çalışırıq", - Mark Libbi əlavə edib.