Cənubi Koreya bu məhsulların Rusiya və Belarusa ixracına qadağan qoyub
Cənubi Koreya hökuməti hərbi məqsədlər üçün istifadə olunma ehtimalı olan daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağa qoyub. Bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyi açıqlama yayıb. Qadağan olunan məhsullar arasında metalkəsən avadanlıqlar, optik alətlər və sensorlar da var. Bununla da Ukrayna müharibəsi başlayandan bəri Rusiya və Belarusa ixracı qadağan olunan Cənubi Koreya məhsullarının sayı 1402-yə çatıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sənədinin imzalanması rəsmi Seulun etirazına səbəb olub. Bir neçə gün əvvəl Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik müşaviri Çanq Ho-cin Rusiya və Belarusa məhsul ixracına qoyulan qadağanın genişləndirilməsinə eyham vurmuşdu.
Mətləb