Çərşənbə günü, 23 iyul 2025
     

Cənubi Qafqazda Azərbaycanın kommunikasiyalarına Qərbdən konkret dəstək - sülhün təminatı budur...

Image

Qərbin, xüsusən də ABŞ-ın Cənubi Qafqazla bağlı strategiyası yaxın tezlikdə regionda tamam fərqli mənzərənin formalaşmasına səbəb ola bilər. Özü də  o fonda ki, Azərbaycan burada daha güclü mövqe sahibi olacaq, ölkəmizin tranzit əhəmiyyəti artacaq. Bunu artıq Ermənistanda da qəbul edənlərin sayı artır.

Ermənistan parlamentinin keçmiş deputatı Vardan Xaçatryan qeyd edir ki, indi regionda Azərbaycan üçün daha əlverişli şərait formalaşır. Buna səbəb həm də İrəvanın yanlış siyasətidir: "Avropa İttifaqına (Aİ) istiqamətlənmək nə deməkdir? Ən vacib məsələ təhlükəsizlikdir, bəs Avropanın Ermənistana təmin edə biləcək təhlükəsizliyi varmı? Təbii ki, yoxdur, Avropanın özünün təhlükəsizliyini ABŞ təmin edir". Onun sözlərinə görə, Fransa, Rusiya, ABŞ və Böyük Britaniya da daxil olmaqla, bütün fövqəldövlətlər Zəngəzurla maraqlanır:
 "44 günlük müharibədən sonra ABŞ və Böyük Britaniya Ermənistana təklif irəli sürdülər, onların hər ikisi Zəngəzurla bağlı idi. Böyük Britaniya su anbarları tikməyi təklif etdi, ABŞ isə Zəngəzurda günəş enerjisi sahəsi tikmək istəyirdi. Bütün bunlar yalnız bir şey üçün edilir ki, dünyada mövcud olan müstəsna əhəmiyyətə malik bu kommunikasiyanı - arxasında müstəsna siyasi əhəmiyyətə malik maraqların dayandığı Zəngəzur dəhlizini özlərinin nəzarəti altına götürsünlər". O qeyd edir ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Ermənistandan sonra Azərbaycaan səfəri də Zəngəzur dəhlizi ilə bağlıdır. Politoloq Benyamin Poqosyanın fikrincə, dövlətlər yüklərin tranzitinin alternativ yolu ilə regionda savaş təhdidini də aradan qaldırmaq istəyirlər: "Azərbaycandan Ermənistana, Türkiyədən Ermənistana, Ermənistandan Türkiyəyə ixrac başlayanacaq, bəlkə də Türkiyə ərazisindən keçməklə Ermənistandan Avropaya ixrac olacaq. Bu, cəmiyyətdə daha çox insan üçün müəyyən tərəfdaşlıq yaradacaq və yeni savaşa maneə olacaq, çünki on minlərlə insan sırf öz maliyyə maraqları naminə eskalasiyaya qarşı çıxacaq". Bundan əlavə, politoloq hesab edir ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır və bunun Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına qapı açacağına ümid edir. Poqosyanın fikrincə, bu, Ermənistanın Rusiyanı tərk etmə yoludur: "Birləşmiş Ştatlar istənilən Ermənistan-Azərbaycan sazişinin, hətta hərtərəfli deyil, sırf prinsiplər əsasında imzalanması üçün hər şeyi edir. Ermənistan nəsə edəcək, ya etməyəcək, bilmirəm, amma məncə amerikalılar düşünür, ümid edir, ya da ola bilsin ki, artıq Türkiyə ilə bir məsələdə razılaşıblar. Həmin razılaşmaya görə, Türkiyə israr edir ki, mən Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh müqaviləsi imzalanandan sonra müqaviləyə uyğun tənzimləyəcəyəm. Sonra Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaq. Bundan sonra ABŞ Ermənistan hakimiyyətindən Rusiyanı tərk etmək üçün konkret addımlar atmağı daha sərt tələb edəcək". Ermənistanın keçmiş Baş naziri Xosrov Harutyunyan isə qeyd edir ki, hətta Ermənistanın Aİ-yə daxil olması üçün danışıqlara başlamazdan əvvəl Aİ ilə münasibətlərin inkişafında növbəti addım Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi olacaq. Onun sözlərinə görə, bu məsələ Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcəyi halda da gündəmə gələ bilər: "Hərbi əməliyyat və Zəngəzura müdaxilə Azərbaycan və Türkiyə üçün faydalı olar, buna yalnız bir amil mane olur, o da Rusiyadır. Bu gün Türkiyə və Azərbaycanı hər məsələdə dəstəkləyən Rusiyadır. Bununla belə, o başa düşür ki, Zəngəzur Cənubi Qafqazda ən mühüm strateji nöqtədir, ona görə də Rusiya bundan imtina edə bilməz". Harutyunyan əmin olduğunu bildirib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistana kömək etməsə də, ən azından ona maneə də olmayacaq.

Bu fonda xatırladaq ki, Rusiya ilə Ermənistan arasında münasibətlər iyunun 25-26-da Moskvada keçirilən forumun əsas mövzularından birinə çevrilib. Moskva İrəvana yenidən Qərblə yaxınlaşmanın təhlükələri barədə xəbərdarlıq edib. Ekspertlər hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin səhvlərini təkrarlaya bilər. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk forumdakı çıxışı zamanı Ermənistan hakimiyyətinin qərbyönlü siyasi xəttinə göz yummağı düzgün hesab etmədiyini bildirib. Ermənistanın eyni zamanda Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlüyü mümkün deyil. Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov qeyd edib ki, Rusiya Ermənistanla dostluq münasibətləri qurmağa hazırdır: "Yekun nəticə Moskvadan yox, İrəvandan asılıdır - əsas məsələ Ermənistanın hazırkı rəhbərliyinin Rusiyaya qarşı antaqonizmin daşıdığı risqlərdən nə dərəcədə xəbərdar olmasıdır". "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan bildirib ki, İrəvanın qərbyönlü kursunu respublika əhalisinin cəmi 10%-i dəstəkləyir. O əmindir ki, ölkədəki bütün siyasi qüvvələr Paşinyanın hərəkətlərinin spekulyativ xarakterini anlayır: "Birləşmiş Ştatlar Ermənistanı Rusiyanın təhlükəsizlik çətiri altından tez bir zamanda çıxarmaq istəyir". "News.ru" nəşri isə yazır ki, Paşinyanın kursu bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin siyasəti ilə müqayisə edilir. Bununla belə, Tiflis getdikcə daha çox Rusiya ilə əlaqələrin normallaşdırılmasına yönəlmiş bəyanatlar verir.  Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib ki, Paşinyan Rusiya və Qərblə münasibətlərdə Saakaşvilinin səhvlərindən nəticə çıxaracaq. Onun fikrincə, Paşinyan Rusiyadan tamamilə üz döndərməzdən əvvəl Qərb tərəfdaşlarından "sənədlə təhlükəsizlik zəmanəti" almaq istəyir: "Ümumiyyətlə, Ermənistan Qərbi aldatmağa və Moskva ilə güclü qarşıdurmaya getməməyə hazırdır, o bu qarşıdurmanı alqı-satqıya çevirmək istəyir, lakin buna nail olmayacaq". O, Ermənistanı xarici qüvvələrin Cənubi Qafqaza nüfuz etməsinə kömək edən və regionun çiçəklənməsinə təhlükə yaradan troya atına bənzədir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910