Mirzoyan: "Azərbaycanla sülh sazişi vacibdir"
Azərbaycanla sülh sazişi vacibdir. Trend xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu fikirləri Xorvatiyanın Dubrovnik şəhərində albaniyalı həmkarı İqli Hasani ilə görüşdə səsləndirib.
Mirzoyan Hasaniyə danışıqlar prosesindən bəhs edib.
"Bakı və İrəvan arasında sülh sazişi regionda sabit sülhün bərqərar olunması üçün vacibdir", - Mirzoyan deyib.
Qeyd edək ki, iyunun 26-da Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.
İyunun 4-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə yenidən işlənmiş 9-cu redaksiyasını göndərməklə cavab verib.
Aprelin 8-də isə İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinin 8-ci redaksiyasına cavab göndərib.
Xatırladaq ki, Ermənistan bundan əvvəl 2024-cü il yanvarın 4-də sülh müqaviləsinin mətninin öz versiyasını Azərbaycana göndərib. Fevralda Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı əlavə təkliflər alıb. Sülh müqaviləsinin mətni üzərində iş birbaşa Bakı ilə İrəvan arasında aparılır.