Çərşənbə axşamı günü, 15 iyul 2025
     

Şəhid leytenant Ətraf Qənimətovun atası: “Füzulidə şəhid oldu...”

Image

Oktay Qənimətov: "Şəhid olandan sonra 17 gün Ətrafın nəşini axtardıq, 17 gün nəşi neytral ərazidə qaldı"

Şəhidlik müqəddəs yoldur. Bu yolun yolçuları seçilmişlər olur, onları Tanrı seçir, Tanrı yönləndirir bu yola. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən hər bir Vətən oğlu sanki bir atanın, bir ananın övladlarıdır, çünki hamısı bir-birinə çox bənzəyir. 

Bu dəfə barəsində söhbət açacağımız Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının leytenantı, Vətən müharibəsinin şəhidi Ətraf Oktay oğlu Qənimətov, müsahibimiz isə qəhrəman Ətrafın atası Oktay Qənimətovdur. 

Qənimət Ətrafov  20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. Qəhrəmanlığı və cəsurluğu ilə gənc nəslə örnək olan şəhid leytenant Ətraf Qənimətov əslən Laçın rayon Vəlibəyli kəndindəndir. Ətraf Qənimətov 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2012-2013-cü tədris ilinin yekununa görə, "Təlim və tərbiyə"də əldə etdiyi nailiyyətlərə görə "Fəxri Fərmanla" təltif edilib.  2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olub. 2015-ci ildə "Bakı 2015" İlk Avropa Oyunlarında iştirakına görə "Təşəkkürnamə" ilə təltif olunub.  2015-ci ildə  Bakıda keçirilmiş "1-ci Avropa Oyunları"nda Mərasim İştirakçısı olaraq möhtəşəm töhfəsinə görə "Sertifikat"la təltif edilib. Ətraf Qənimətov 17-19 iyun 2016-cı ildə "FORMULA 1 GRAND PRİX OF EUROPE"da könüllü olduğu üçün "Sertifikatla" təltif olunub. 2017-ci il may ayının 12-dən 22-dək keçirilən "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarında da iştirak edib.
 Müharibəyə qədər Ətraf Qənimətov çox böyük və uğurlu yol keçib.
 Azərbaycan Ordusunun Quru Qoşunlarının leytenantı olan Ətraf Qənimətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. Leytenant oktyabrın 13-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
 Şəki rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.
 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ətraf Qənimətov "Vətən Uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

"Biz şəhid valideynləri ağac kimi qurumuşuq" 

Şəkidə yaradıcılıq ezamiyyətində olduqda şəhid leytenant Ətraf Qənimətovun atası Oktay Qənimətovla da görüşdüm. "Ətraf Sumqayıt Dövlət Universitetini bitirmişdi, tarix müəllimi idi. Naxçıvanda əsgərliyini çəkib gələndən sonra üç aylıq zabitlik kurs keçdi. Üç aydan sonra Qazaxa getdi, üç ay idi də orada işləyirdi. Ordan da Füzuliyə "Ohanyan" postuna getdi...

Biz əslən Laçın rayonunun Vəlibəyli kəndindənik, Şəkiyə məcburi köçkün olaraq gəlmişdik. Mən özüm Birinci Qarabağ müharibəsində döyüşmüşəm. Qardaşım da müharibə veteranıdr, qazidir. İkinci oğlum Rahib Qənimətov da 2023-cü ilin sentyabrında lokal antiterror tədbirlərində iştirak edib və Prezidentin sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib. O da zabitdir. 

Mən özüm Şəkidə ailə qurdum. Ətraf 1997-ci ildə Şəkildə doğuldu. Uşaqlarımı çox çətinliklə dolandırmışam. Qaçqınçılıq özü çox ağır bir həyatdır, çətinliklərimiz çox olub. Mən o vaxt oğlumu "Araz" kurslarına göndərdim, üç il ora getdi, iki il müəllim tutdum. O da əməyimizi itirmədi, ali məktəbə qəbul oldu. Mən o vaxt böyük çətinliklə ona hər ay pul göndərirdim, amma evdə dolanışıq imkanım olmurdu. Uşaqlarımı çox çətinliklə böyütmüşəm". 

Şəhid atası bildirdi ki, oğlunun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması olub və öz canını da bu yolda fəda edib. 

Ətrafın nişanlı olduğunu deyən ata bildirdi ki, oğlunun toyuna hazırlaşırmışlar, amma o günü görmək qismət olmayıb. "Ətraf nişanlı idi, toy edəsiydik. Nişanlısı ilə universitetdə oxuyarkən bir-birini sevmişdilər və mən də razılıq verdim ki, ailə qursunlar, nişan taxdıq. Nişanlanandan sonra əsgərliyə getdi və qayıtdıqdan sonra toyunu etməyə hazırlaşdırdıq. Amma Ətrafa toy etmək qismət olmadı. Oğlumun şəhid olması bir ata kimi mənə çox ağırdır. Düzdür, şəhdiliyin qüruru da var. Amma ağrıları da çoxdur. Ən böyük ağrı da odur ki, şəhid olandan sonra 17 gün Ətrafın nəşini axtardıq, 17 gün nəşi neytral ərazidə qaldı. Oktyabrın 13-də şəhid oldu və nəşini oktyabrın 29-da dəfn etdik. Oradakı şəhidlərin hamsını bir-bir görmüşəm. Ətraf tağım komandiri idi, onun əsgərlərini, MAXE-lərini tapdım, hamısı ilə görüşmüşəm, şəhid olan əsgərlərinin hamısının evinə getmişəm. Asim Quliyev vardı, Ətrafın komandiri idi. O dedi ki, oradan dörd günə sürünə-sürünə çıxıb. Bu da qismətdir. Buradakı şəhid ailələrinin də hamsına baş çəkmişəm.  

Övladının şəhid olması valideyn üçün çox ağırdır. Övladı böyüt, ərsəyə çatdır, amma onun barını yemə, bu çətindir. Biz şəhid valideynləri ağac kimi qurumuşuq. 

Amma bir təsəllimiz var ki, övladımız Vətən uğrunda şəhid olub. Övladlarımızın xatirəsini yad edən, onlardan kitab yazan, məqalələr hazırlayan hər kəsə təşəkkür edirik. Xatirə Kitabı Redaksiyası şəhidlərin xatirəsini əbədiləşdirir, sağ olsunlar. Bu kitablar gələcək nəslə bizim övladlarımızı tanıdacaq"-deyə bildirən şəhid atası qeyd etdi ki, oğulları şəhid olsa da, onların qəhrəmanlığı tarixdə yaşayacaq və gələcək nəsillər onları qürurla xatırlayacaq.

İradə SARIYEVA
Şəki-Bakı




VİDEO

SON XƏBƏRLƏR

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:54
Slovakiya Azərbaycanda fəxri konsulluq açır...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

14.07.2025 / 23:48
Tramp Putini sərt tənqid etdi - Onu qatil adlandırmaq istəmirəm, amma o…

14.07.2025 / 23:40
Tramp Putinə 50 gün vaxt verdi - Ukrayna ilə bağlı razılaşma olmasa...

14.07.2025 / 21:32
Ermənilərin azərbaycanlıları əsir götürərkən işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirildi - FOTO

14.07.2025 / 21:19
Kilsə Paşinyana əks-hücuma keçdi - "katolikosa hücum Allaha hücumdur"...

14.07.2025 / 21:05
Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

14.07.2025 / 20:50
Əbu-Dabidə Əliyev-Paşinyan görüşünün ardınca Gorus görüşü başlayıb...

14.07.2025 / 20:35
Azərbaycanın "yaratdığı" Yeni Kaledoniya Dövləti müstəqil xarici siyasət aparacaq... Konstitusiyada ayrıca maddə...

14.07.2025 / 20:21
Azərbaycan qazının Suriyaya nəqlinin bir neçə marşrutu gözdən keçirilir...

14.07.2025 / 20:07
Supermarketlərimiz yerli bostan məhsullarına bağlıdır - Çindən qarpız idxalı 300 dəfə artır...

14.07.2025 / 19:53
Avropa Bakıdan əlavə 14 milyard kub qaz istəyir - ancaq problem var...

14.07.2025 / 19:40
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14.07.2025 / 19:37
Azərbaycan Yeni Kaledoniyanı dövlət kimi tanıyan ilk ölkə olacaq...

14.07.2025 / 19:25
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Aydın Quliyevi təbrik etdi

14.07.2025 / 19:12
Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

14.07.2025 / 18:57
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif etdi - səfir rəsmən təsdiqlədi...

14.07.2025 / 18:44
Rusiya pomidor ticarətindən Azərbaycana 1,2 milyard dollar ziyan vuracaq?..

14.07.2025 / 18:41
“Başlıbel: yaranışdan işğaladək” kitabının təqdimatı keçirilib

14.07.2025 / 18:30
Müxalifətə münasibətdə Fransa ilə Rusiya eyni ölkələrdir - qətllər, təqiblər...

14.07.2025 / 18:16
Azərbaycanın tərəvəzində həqiqətən xəstəlik tapılır, ya Rusiyada məsələ siyasiləşdirilir...

14.07.2025 / 18:02
Bakıda qapalı Suriya-İsrail danışıqlarında hər tərəfdən bir nəfər iştirak etdi... Çox ilginc...

14.07.2025 / 17:48
Putindən İrana gizli “nüvə mesajı” - Rusiyanın məqsədi nədir...

14.07.2025 / 17:35
40 nəfər bağça direktoru niyə “vuruldu”?..

14.07.2025 / 17:22
Suraxanıda oğurluq edənlər saxlandı...

14.07.2025 / 17:14
Mətbuat Şurası Aydın Quliyevi 65 illik yubileyi münasibətilə təbrik etdi - FOTO

14.07.2025 / 17:02
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı durumu müzakirə etdi - Kartavıxın və Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur...

14.07.2025 / 16:46
Zelenski təsdiqlədi - Ukraynanın yeni baş naziri o olacaq...

14.07.2025 / 16:31
İstilik təchizatı haqqında Qanun təsdiqləndi

14.07.2025 / 16:29
Azərbaycanda Axar-Baxar və İlisu milli parkları yaradılır - SƏRƏNCAM

14.07.2025 / 16:28
Trend-in informasiya dəstəyi ilə UNESCO-da İçərişəhərin Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi qeyd edilib – Sahil Kərimli

14.07.2025 / 16:23
Putinin müdafiə naziri ilə bağlı şok xəbər - sevgilisini 100 milyonluq nəhəng hərbi təyyarə ilə gözəllik salonuna apardı…

14.07.2025 / 16:10
Vətən sevgisinin ən uca zirvəsi...

14.07.2025 / 15:57
Görkəmli filosof Ziyəddin Göyüşov haqqında düşünçələrim...

14.07.2025 / 15:56
BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14.07.2025 / 15:56
Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…

14.07.2025 / 15:25
"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən tez zamanda imzalanacağına ümid edirik" - Ursula fon der Lyayen

14.07.2025 / 14:48
Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

14.07.2025 / 14:44
2024-də ali məktəblərə qəbulda ən aşağı və ən yüksək nəticə göstərən rayonlar - Şahbuz, İsmayıllı və Naftalan...

14.07.2025 / 14:30
Xocalının Təzəbinə kəndinə ilk köç - 28 ailə...

14.07.2025 / 14:23
Bakıda evlərdən 11 min manata yaxın pul oğurlandı - saxlananlar var...

14.07.2025 / 14:17
"Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar" - Xocalı soyqırımı zamanı həyat yoldaşı öldürülmüş, özü girov götürülmüş zərərçəkən

Mətbuatın 150 illiyi həm dövlətçilik, həm də ictimai hadisədir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910